Növbəti qəhrəmanımız Elladadır. "Mədəniyyət, tərbiyə" mənasını
daşıyan adını ona xalası Leyla xanım qoymuşdur. Gəzəl mənası, incə səslənməsi
və çox xoşladığı adlardan biri olduğundan bacısı qızının bu adı daşıması
istəyini bildirəndə anlayışla qarşılanmışdır. Ellada diqqətli, həssas,
zəhmətkeş, bacardığı işləri görmək qabiliyyətinə malik bir uşaq olub. Həmişə
özündən böyüklərlə təmasda olmağı xoşlayır, maraqlandığı sualları verməklə nəsə
öyrənməyə səy göstərirdi. Çılğın, inadkar idi. İstəyinə, məqsədinə nail olmaq
üçün var gücünü səfərbər etməyi bacarırdı. Rəqsə, musiqiyə və təhsilə, şeirlər
yazmaga böyük həvəsi var idi. Məktəbə qədər anası, bacıları ona yazmağı da
öyrətmişdilər.
Ellada Əli qızı Çalova 1989-cu il aprelin 25-də Gürcüstanda ziyalı
ailəsində doğulmuşdur. İlk təhsilini də Gürcüstanın Bolnisi rayonunun Aşağı
Qoşakilsə kəndindəki orta məktəbdə almış, III sinifdən IX sinfə qədər təhsilini
Nizami rayon 10 saylı məktəbdə davam etdirmişdir. IX sinifdən etibarən Kimya-Biologiya
Təmayüllü respublika liseyinin şagirdi, 2006-cı ildə həmin məktəbin məzunu
olmuşdur. Elə həmin ildə Azərbaycan Tibb Universitetinə yüksək balla daxil
olmuşdur. Təhsildən əlavə, III sinifdə oxuyarkən rəqslə məşğul olub. Məktəb
nəzdində xor dərnəyində ifa etmiş, həmçinin Nizami rayon Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində fortepiano üzrə təhsil almışdır. Bunlardan əlavə,
Azərbaycan Dövlət Teleradio Şirkətində həmyaşıdı ilə birgə həftənin hər bazar
günü radio vasitəsi ilə yayımlanan uşaq verlişinin aparıcısı olmuş, “Diqqət -
danışır Bakı”, “Təbiəti sevənlər” və. s kimi verilişlərdə də iştirak etmişdir.
Elladanın dediklərindən: “ - Ümumiyyətlə, uşaqlıqdan müxtəlif ixtisaslara
marağım var idi. Əvvəl jurnalist, sonra hüquqşünas olmaq arzusundaydım. Atam
isə onun davamçısı, yəni riyaziyyatçı olmağımı istəyirdi. İxtisasımla bağlı
maraq isə mən də VIII sinifdə oxuyarkən oyanıb. Bu ixtisas çətin, lakin çətin
olduğu qədər də şərəflidir. Daxilən olan sevgim, marağım, hörmətim məni bu
ixtisasa yiyələnməyə vadar etdi. Qəlbimdə gözəl Azərbaycanımın sağlam əllərdə
olmasını görmək istəyi yaşayır daim!
Orta məktəbdə də dərslərimi yaxşı oxumuşam. Ümumiyyətlə, özümə söz
dedirtməyi xoşlamadığımdan dərslərimə hər zaman hazırlıqlı getmişəm. Ən sevimli
fənnim riyaziyyat olub, hətta o vaxt riyaziyyat sahəsini seçmədiyimə görə sinif
yoldaşlarım da çox təəccüblənmişdilər. "Həyat dərsi"ni atamdan
alıram, çətin anlarımda onunla bolüşürəm. Ümumiyyətlə, valideynlərimlə qürur
duyuram. Onlar kimi qayğıkeş valideyn olmaq arzusundayam.”
Ellada orta məktəbdə bir çox bayram tədbirlərində həm aparıcı olub, həm də
bir cox rollar ifa edib. Həmçinin tarix üzrə elmi konfransda iştirak edib. Riyaziyyat
üzrə olimpiadada qalib olduğuna görə 13 noyabr 2002-ci ildə diplomla təltif olunmuşdur.
İbtidai təhsilini uğurla başa vurduğuna, 1998-1999-cu tədris ilində əldə etdiyi müvəffəqiyyətlərə görə məktəb direktoru Y. M. Mirzəliyev tərəfindən 21 may 1999-cu ildə tərifnaməyə layiq görülüb. 25 may 2002-ci ildə yenə də tədris ilində müvəffəqiyyətə görə tərifnamə ilə təltif olunub.
Ali məktəbdə də dərslərini yaxşı oxuyur. Əlaçıdır. Həyatının ən uğurlu günü universtetə qəbul olduğu gündür. İlk və ən məsuliyyətli, çətin sınaqdan uğurla keçib valideyinlərinin etimadını doğrultduğuna görə məhz həmin günü həyatının ən uğurlu günü hesab edir.
Onun əksər günləri maraqlı keçir. Əzizləri ilə, ona doğma olan hər kəslə keçirdiyi, sevimli işləri ilə məşğul olduğu günlərin hamısı onun üçün maraqlı və əvəz olunmazdır.
İxtisasına yiyələnməkdə özünü valideyinlərinə, müəllimlərinə borclu bilir. Ona psixoloji cəhətdən köməklik, qayğı göstərən, zərrə qədər də olsa köməyi dəyən insanların hər birinə minnətdardır. Hesab edir ki, seçdiyi ixtisası sevməyində valideyinlərinin, xüsusən də anasının rolu daha böyük olub.
Qəbul imtahanlarında göstərdiyi nəticələrə
görə ibtidai təhsilindən başlayaraq, orta təhsilini başa vurana kimi əməyi olan
bütün müəllimlərinə minnətdarlığını bildirir. Ali məktəbə qəbul imtahanı zamanı
özünə güvənsə də həyacan yenə də özünü büruzə verirdi. İmtahan günü televizya
vastəsilə imtahan suallarının düzgün cavabları deyilirdi. O, da cavablarını
yoxlayıb, nə qədər bal topladığı haqda məlumat aldı. Ancaq cavablar çıxana qədər qəlbində həyəcan var idi. Ona görə də, cavablar
çıxana qədər Azərbaycanın dilbər guşələrindən biri olan Qubada istirahət etməyi
qərara aldılar. Cavablar tez çıxdığına görə onlar hələ Qubadaydılar. Atasının
dostu hara qəbul olduğu haqqda məlumat almaq üçün zəng vurdu. Sms gəldi ki,
“Tələbə adın mübarək!”. İnanılmaz dərəcədə həsrətindəydi bu cümlənin. Ardınca
hara qəbul olduğu haqda məlumat gəldi. O qədər sevincli, o qədər şən idilər
ki…. Hətta Qubadakı qonşuları onların başına toplaşmışdılar. Çox maraqlı gün
idi.
O, xoşbəxtliyi yalnız karyerada deyil, "dəyərli insan" adını qazanmaqda görür. Valideyinlərinin etimadini doğruldan, baş ucaldan övlad və övladlarının fəxri, qayğıkeş ana olmağı bacaran valideyin, gözəl həyat yoldaşı , insanlara kömək etməyi bacaran, vətənpərvər və ən əsası yüksək karyera əldə etmiş olsa özünü çox xoşbəxt hiss edər.
Asudə vaxtlarında mütaliə etməyi sevir. İxtisası ilə bağlı əlavə ədəbiyyatlardan məlumat toplamağı xoşlayır. Çingiz
Abdullayevin əsərlərini oxumaqdan zövq alır.
2012-ci ildə Azərbaycan
Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən Ellada xanim hazırda xaricdə
akuşer-ginekoloq ixtisası üzrə təhsilini davam etdirir. Müxtəlif konfranslarda
aktiv istirak edərək sertifikatlarla təltif olunub. Hər addımında Azərbaycanlı oldugunu,
qərib ölkədə Azərbaycanı təmsil etdiyini dusunur. Tərbiyəsi, mədəniyyəti, dunyagöruşü,
intellektual söhbətlərilə hər kəsin diqqətini çəkməyə, Azərbaycanımızın necə övladlar
yetişdirməsi və gələcəkdə də necə əllərdə olacağı barədə hər kəsdə inam yaratmaq
üçün əlindən gələni edir.
İbtidai sinif
müəllimi Heyran Süleymanova: “ - Ellada fiziki və əqli cəhətdən sağlam,
xaraktercə sakit, mehriban, yoldaşlarına qarşı qayğıkeş və səmimi bir şagird
olub. Onun bütün fənlərə, xüsusilə riyaziyyata, təbiətşünaslığa marağı var idi.
Çox çalışqan, qoyduğu məqsədə çatmağa səy göstərən şagird idi. Sinifdə nümunəvi
olması, sinfin həyatında fəal iştirak etməsi ilə seçilib. Bilik, savad
öyrənməyə daim cəhd göstərib. Dərslərini əla qiymətlərlə oxumaqla yanaşı, məktəbin
ictimai həyatında da iştirak edib. Hamının sevimlisi olmasının səbəbi həddindən
artıq mehriban, söhbətçil və sərbəst olmasıdır. Həmyaşıdları ilə şən və
mehriban davranır. Boş vaxtlarında mütaliə etməyi xoşlayırdı. Gözəl danışığı
ürək açır, könül oxşayır. Danışarkən təmkinli idi. Fikrini aram-aram,
tələsmədən ifadə etməyi bacarırdı. Fikrini qısa və dolğun ifadələrlə
çatdırırdı. Düşünmək, fikir yürütmək, nəticə çıxartmaq bacarığı ilə
başqalarından seçilirdi. Gözəl, intonasiya ilə şeir demək qabiliyyəti var idi. Sinifdaxili
tədbirlərdə göstərilən səhnəciklərdə maraqlı rollar ifa etmişdi. Xor dərnəyində
oxuyurdu. Gözəl səsi vardı. Hiss olunurdu ki, valideynlərinə, müəllimlərinə bir
sözlə, vətəninə layiqli bir övlad yetişir. Müstəqil Azərbaycanın xoşbəxt
gələcəyinə inanır və bu dövlətin qurucularından olmağa can atır. Arzusu
vətənimizi çiçəklənən ölkələr arasında görmək və ona sədaqətlə qulluq edən
layiqli bir övlad olmaqdır”.
Gəlin, Elladaya uğurlar
arzulayaq.
Комментариев нет:
Отправить комментарий