elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 июня 2012 г.

YENİLİKLƏR ETMƏK FİKRİNDƏDİR (Qaziyev Zaur Zahir oğlu)

Məlumdur ki, tədris materiallarının əhəmiyyətliliyi, mənalılığı, strukturu, həcmi, emosionallıq, çətinlik dərəcəsi və s. dərsdə nəzərə alınması vacib olan xüsusiyyətlərdəndir. Dərsləri elə təşkil etmək lazımdır ki, şagirdlər təkcə problemli situasiyalarla qarşılaşmasın, eyni zamanda onu müstəqil olaraq həll etməyə cəhd göstərsinlər. çətinliklə qarşılaşan şagird həmin problemi həll etmək üçün yeni yol, vasitə axtarmağın zəruriliyini dərk edir. Nəticədə şagird yaradıcı olur. Yüksək fəallıq şəraitində çalışır. Bütün bunlar isə materialı daha yaxşı anlamaq, mənimsəməklə yanaşı, şagirdin əqli inkişafına da müsbət təsir göstərir.
Növbəti qəhrəmanımız Zaur da tələbədir. O, yaradıcı olmaqla yanaşı, daim axtarışda olan tələbədir. Məlumdur ki, ağacdan yerə düşən alma Issak Nyutona ümumdünya cazibə qanununu kəşf etməyə kömək etmişdir. Zaur isə ümumdünya cazibə qüvvəsinin yaranma səbəblərini axtarır.
Zaur Zahir oğlu Qazıyev 1986-cı il mayın 21-də Zaqatala rayonunun Suvagil kəndində anadan olub. 1993-cü ildə Suvagil kəndində yerləşən Akif Qədirov adına 2 saylı orta məktəbin I sinfinə getmiş, 2004-cü ildə həmin məktəbin XI sinfini fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin ili də yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.
Zaurun adını kiçik xalası Solmaz xanım qoyub. O, bu adı məhz atasının adı ilə oxşar olduğuna görə seçib. Körpəlikdə Zaur çoxda dəcəl uşaq olmayıb. 2-3 yaşlarında texnika və mexanizmlərə çoxlu maraq göstərirdi. Ətrafında özü ilə oynamaq üçün balaca uşaq olmadığına görə həyətdə təkcə müxtəlif taxta parçalarından müəyyən ev fiqurları qurur və evciklərin ətrafında torpaqdan yollar, körpülər düzəldərdi. Ən böyük istəyi isə təyyarə və vertalyotların necə uçmasını bilmək idi. Bu həvəsi onda görən atası Zauru rayon aeroportuna apararaq orada təyyarəyə mindirib.
Zauru 2 yaşından uşaq bağçasına qoyublar. Bir-iki həftə keçəndən sonra Zaur bağçaya özü sərbəst gedib-gəlirmiş. Elə yazıb-oxumağı da uşaq bağçasında öyrənmişdi. Bağçada buraxılış günü bütün əlifbanı çaşmadan həm əzbərdən oxuyub, həm də yazı taxtasına yazıb.
Orta məktəbdə sinif kollektivi arasında böyük hörmət qazanan bu oğlan sinif nümayəndəsi olub. Onda xüsusi idarəçilik qabiliyyəti, kollektivi ələ almaq bacarığı və yüksək etika vardır. Müəllimlərə diqqətlə qulaq asar, özündən asılı olmayaraq müəyyən mimikalarla müəllimin dediklərinə reaksiya verərdi. “Hansı fənlərə daha çoxüstünlük verirsənə” - soruşanda texniki fənlərə daha artıq maraq göstərdiyini deyərdi. Buna baxmayaraq, Azərbaycan dili və ədəbiyyatı çoxhəvəslə öyrənirdi. Sinifdən-sinfə keçdikcə onun öyrənmək, bilik dairəsini genişləndirmək həvəsi daha da artırdı.
Rayonda “Araz” hazırlıq kursları tərəfindən tez-tez sınaq testləri keçirilirdi. Zaur da bu sınaq testlərinin fəal iştirakçısı idi. Son sınaq testində rayon üzrə ən yüksək bal toplayanlardan biri də məhz o, olub. Məktəbin bütün elmi yarışlarında, fənn olimpiadalarında yaxından iştirak edib.
Məktəbdə keçirilən olimpiadalarda 4-5 fəndən I yeri tuturdu. Rayon üzrə keçirilən olimpiadalarda isə riyaziyyat və fizika fənlərindən birinci yeri qazanaraq, tərifnamə və fəxri fərmanlarla təltif olunub. Həmçinin orta məktəbin hərbi çağırışaqədərki gənclərinin “Şahin” hərbi komandasının kapitanı olub.
Savdiyi ixtisasa yiyələndiyi üçün özünü ixtisas müəllimlərinə borclu sayır və onlara öz minnətdarlığını bildirir. Akif Qədirov adına Suvagil kənd 2 saylı orta məktəbinin riyaziyyat müəllimi Soltan Balayev Zauru istedadlı şagirdlərindən biri sayır. Bu istedadlı oğlanın öz biliyi və çalışqanlığı sayəsində həyatda layiqli yerini tutacağına inanır. Öz şagirdlərinə gələcəkdə müvəffəqiyyətlər diləyir. Fizika müəllimi, eyni zamanda məktəbin təlim işləri üzrə direktor müavini İlqar Həsənov Zaurda müşahidə etdiyi ən qiymətli xüsusiyyətin öyrənmək eşqinin sonsuz olması olduğunu deyir. Onun uğurlarına baxdıqca sevindiyini bildirən İlqar müəllim belə bir ulduzun parlamasında az da olsa zəhməti olduğu üçün sevinir. Tarix müəllimi Aydın Babayev bir müəllim kimi Zaurun gələcəyinə böyük ümidlər bəsləyir. Işıqlı sabahlara, elmin zirvələrinə gedən yolda ona uğurlar arzulayır. Ingilis dilini tədris edən Aydın Qədirov keçmiş tələbəsi Zaura XI sinifdə oxuyarkən, sinif yoldaşları qarşısında “Möhtərəm Zaur Qazıyev sən bizim məktəbimizin adını yüksəldəcək və tarixlərə yazacaqsan” - sözləri ilə müraciət edib. O, Zaurun adının bizim kitabımızın səhifələrinə döşməsinə hədsiz sevinir. Aydın müəllim onun simasında məktəbin adını qaldıracaq gələcəyin diplomatı, dövlət xadimi, ən başlıcası isə hər hansı bir elm sahəsində akademiki yetişir deyir. İbtidai sinif müəllimi Sima Hacıyeva öz şagirdinin gələcəkdə məşhur mütəxəssis olacağını əvvəldən hiss etdiyini söyləyir, ona uğurlu həyat yolu arzu edir. Məktəbin direktoru Q. Məmmədov isə aşağıdakı sözlərlə öz rəyini bildirirdi.
Ay elə tək-tək doğar,
Gün elə tək-tək doğar,
Zaur kimi oğulu
Analar tək-tək doğar.
Universitetdə də dərslərini əla qiymətlərlə oxuyan Zaur ali məktəb müəllimlərinin də etimadını qazanıb. İxtisası üzrə Bill Qeytsi güclü mütəxəssis hesab edir. Asudə vaxtlarında Azərbaycan şairlərinin əsərlərini oxumaqdan zövq alır.
O, xalqın yaddaşında qalmaqdan ötrü bir çoxaddımlar atmaq fikrindədir. Öz xoşbəxtliyini məhz Azərbaycan Dövlət Neft Akademiyasında - proqram təminatı ixtisası üzrə oxumağında görür.
Qəbul imtahanlarında yüksək nəticə göstərən Zaur Qazıyev haqqında filoloq Qəhrəman Əhmədov rayonun yerli televiziya kanalı olan “Aygün” TV-də ətraflı məlumat vermişdir.

Комментариев нет:

Отправить комментарий