Qəhrəmanımızın adı böyük Azərbaycan
şairi, filosofu Nizami Gəncəviyə olan böyük hörmətdən, onun da Şeyx Nizami kimi
böyük bir mütəfəkkir olması istəyindən doğub.
Nizami körpəlikdən həmişə
yazıb-oxumağa, şəkil çəkməyə böyük maraq göstərib. Valideynləri onun boya ilə çəkdiyi
şəkilləri hələ də saxlayırlar. Texniki oyuncaqlarla oynamağı sevirdi. Onları
sökür və yenidən yığırdı.
Məktəbə gedənə qədər Nizami
artıq yazıb-oxumağı, saymağı bilirdi. Nizami uşaqlıqdan təbiəti çox sevir. Ona
görə də hələ uşaqlıqdan tətillər başlayan kimi Tovuz rayonunun Sarıtala kəndinə,
baba və nənələrinin yanına gedərdi. O tələbəlikdə də təbiət qoynuna getməkdən əl
çəkmirdi. Həmişə tələbə yoldaşlarını səfərbər edib Azərbaycanın dilbər guşələrinə
gəzməyə gedərdilər.
Nizami Nazim oğlu İmamverdiyev 1986-cı il iyunun 25-də Bakı şəhərində anadan olub. 1993-cu ildən 2000-ci ilə kimi Xətai
rayonundakı 95 saylı orta məktəbdə təhsil alıb. Sonra təhsilini Nizami rayonundakı
289 saylı “Zəngi” liseyində davam etdirib. 2004-cü ildə 603 balla BDU-nun iqtisadi
nəzəriyyə ixtisasina qəbul olub. Universitetdə təhsil aldığı muddətdə Polşa,
Macarıstan və Gürcüstanda kecirilən treyninqlərdə iştirak edib və sertifikatlara
layiq görulüb. Bundan əlavə 2008-ci ilin yanvar ayindan iyun ayina qədər
AEGEE-Bakı Avropa tələbələr forumu təşkilatında idarə heyətinin üzvü və xəzinədar
vəzifəsində işləyib. 2008-ci ildə BP və Dünya Bankı tərəfindən maliyələşdirilən
Tbilisidəki Beynəlxalq İqtisadi Məktəbin (İSET) iqtisadiyyat ixtisasi üzrə
magistraturasına qəbul olub. 2009-cu ilin yayında Dünya Bankinin Azərbaycan
ofisində təcrubə keçib. Magistraturada təhsil aldığı muddətdə Beynəlxalq İqtisadi
Məktəbin və USAİD-nin təqaüdlərinə layiq görülüb. 2010-cu ildə Kanadanın
Kalqari ve İngiltərənin Reding Universitetlərinə qəbul olub. Lakin təqaüd ala
bilmədiyi üçün təhsilini 1 illik dondurub. 2010-cu ilin dekabr ayından
EMBAWOOD-Gürcüstan mebel şirkətində təchizatçı vəzifəsində çalışır.
Nizami: “ - İqtisadiyyat
ixtisasına marağım orta məktəbdən yaranıb. Liseydə iqtisadi nəzəriyyə fənnindən
ingilis dilindən tərcümə olunan kitablar məndə iqtisadiyyata böyük maraq
oyatdı.
Orta məktəbi əla qiymətlərlə
bitirmişəm. Ən çox marağım riyaziyyat, ingilis, iqtisadi nəzəriyyə və coğrafiya
fənlərinə olub. Orta məktəbdə oxuyarkən ictimai işlərdə həmişə fəal olmuşam.
2000-ci ildə rus dilində tərtib etdiyim divar qəzeti lisey üzrə I yerə layiq
görülmüşdü. 2001-ci ildə Azərbaycandakı palçıq vulkanları haqqında yazdığım
referat Nizami rayonu üzrə I yeri tutmuşdu. 2002-ci ildə riyaziyyat olimpiadasının
şəhər turunda II yeri tutmuşam.
Bakı Dövlət Universitetini
qırmızı diplomla bitirmişəm. Ən çox marağım makroiqtisadiyyat, mikroiqtisadiyyat
ve beynəlxalq ticarət dərslərinə olub.
Həyatımda ən maraqlı gün Beynəlxalq
İqtisadi Məktəbə qəbul olduğum gündür. Cunki bakalavr pilləsində təhsil aldığım
dövrdə ingilis dilində iqtisadiyyat ixtisası üzrə təhsil almağı arzulamişam və
bu arzum reallaşdı.
Sevdiyim ixtisasa yiyələnməkdə
ilk novbədə valideynlərimə, daha sonra muəllimlərimə borcluyam. Onların dəstək
və qayğısı nəticəsində iqtisadiyyat ixtisası üzrə yuksək səviyyəli təhsil
almışam.
Liseydə riyaziyyat müəllimim
Arif müəllimə, coğrafiya müəllimim Həsən müəllimə, qəbul imtahanına hazırlaşdıqda
mənə dərin köməklik göstərən ingilis dili müəllimimə borcluyam.
Arzum Dünya Bankı və Beynəlxalq
Valyuta Fondu kimi beynəlxalq təşkilatlarda işləməkdi.
Asudə vaxtlarımda kitab
oxumaq, maraqlı məlumatlar toplamaq, gəzinti və üzgüçülüklə məşğul oluram.
2010-cu ildə telebe.az saytina fəaliyyətim barədə
müsahibə vermişəm”.
e-mail: inizami_5878@yahoo.com
Комментариев нет:
Отправить комментарий