Səbinə Azər qızı Feyzullayeva 8 sentyabr 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Körpəlikdə çox sakit təbiətli uşaq olub. 3-4 yaşından etibarən valideynlərinin kitabları ilə maraqlanırdı, şəkil çəkməyi sevirdi. Təfəkkürü, dərketmə qabiliyyəti hər zaman yüksək olan Səbinə yaşıdları ilə oynamağı sevmirdi. Çünki onların maraq göstərdiyi oyunlar Səbinə üçün maraqsız idi. Yay istirahətini babası və nənəsi ilə birlikdə təbiət qoynunda keçirməyi xoslayırdı.
Səbinənin təhsilə
necə böyük maraq göstərdiyini görən valideynləri ona rəngli kitablar alırdılar.
Və elə o zamandan qəhrəmanımız hərfləri öyrənməyə başladı. Artıq 4 yaşında
təmiz yazmağı və oxumağı bilirdi. 5 yaşında o, artıq ingilis dili kursuna
gedirdi.
Səbinə Sumqayıt
şəhərinin ən qabaqcıl təhsil ocaqlarından biri olan Təbiət Elmləri Təmayüllü
Gimnaziyada təhsil alır. VIII sinif şagirdidir. Bu vaxta qədər daim dərs
əlaçısı olub. Ümidvarıq ki belə də davam edəcək. Elmlərin şahı olan riyaziyyat,
biologiya, kimya, tarix fənlərini daha çox sevir.
Səbinə məktəbin
ictimai həyatında da fəallığı ilə seçilən şagirdlərdəndir. Tədbirlərdə yaxından
iştirak edir. Elə təkcə öz sinifləri ildə bir neçə dəfə tədbir keçirir. Bu
tədbirlərdə Səbinə adətən aparıcılıq edir, şer söyləyir. Bir çox tədbirlərdə
ssenarilərin yazılmasında müəllimlərə yaxından kömək edib. Bir sıra şəhər
tədbirlərində, məktəb və şəhər olimpiadalarında iştirak edib. 2013-cü ilin
əvvəlində riyaziyyat fənni üzrə olimpiadanın I turunda III yeri tutduğuna görə
diplomla təltif olunub. 2010-cu ildən üzü bu yana 4 dəfə dalbadal Azərbaycan
Müəllimlər İnstitutu Sumqayıt filialının keçirdiyi riyaziyyat olimpiadasının
qalibləri sırasında yer alıb.
Səbinə: “ –
Təhsildə əldə etdiyim uğurlara görə öncə valideynlərimə, sonra isə məni daha
yaxşı oxumağa həvəsləndirən ilk ingilis dili müəllimim Nurlan müəllimə, ilk
sinif müəllimim Zümrüd xanıma, Şəfiqə xanıma, riyaziyyat fənnini mənə sevdirən
Elman müəllimə, biologiyaya marağımı artıran Zenfira xanıma, Azərbaycanın tarixini,
keçmişini öyrədən, vətənə bağlılığımı daha artıran Rüxsarə xanıma və
ümumiyyətlə bütün müəllimlərimə borcluyam.
Gələcəkdə həkim
olmaq və bu arzuma çatıb xalqıma xidmət etmək istəyirəm.
Nə qədər ki
torpaqlarımız düşmən tapdağı altındadır, əsgərlərimiz mənfur düşmənlərin
gülləsinə tuş gələcək. Mən də əsgərlərin sağlamlığı keşiyində durmaq istəyirəm
ki, torpaqlarımızı sağ-salamat qoruya bilsinlər.
Asudə vaxtlarımda
bədii kitab oxuyuram, internet vasitəsilə Azərbaycanda və bütün dünyada baş
verən hadisələrlə maraqlanıram. Rəsm çəkməyə marağım hüdudsuz olsa da təəssüf
ki, bu sahə ilə məşğul olmağa yetərli zamanım yoxdur.
Bu gün orta
məktəbi əla qiymətlərlə başa vurub yüksək balla ali məktəbə qəbul olmağı
qarşıma məqsəd qoymuşam. Təhsilimi xaricdə davam etdirmək istəyirəm və bu
arzuma çatmaq üşün üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışıram.
Çox istərdim ki,
torpaqlarımız düşmən əsarətindən qurtulsun və bunda mənim də bacardığım qədər
əməyim olsun.”
Комментариев нет:
Отправить комментарий