Novruzzadə Mehrin Etibar qızı 21 yanvar 1999-cu ildə
İsmayıllı şəhərində dünyaya göz açıb. O uşaqlıqda sakit, sözəbaxan, musiqiyə həvəskar
bir uşaq olub. Mahnı oxumağa, rəqs eləməyə, şəkil çəkməyə çox həvəskar idi. Tərbiyə
aldığı uşaq bağçanın bütün tədbirlərində
fəal iştirak edirdi. Uşaqlıqda həmişə qələmi mikrofon əvəzi tutub mahnı oxuyardı.
Qardaşının karandaşlarını gizlicə götürüb rəsmlər çəkərdi.
Mehrinə məktəbə qədər yazıb oxumağı Xədicə nənəsi və
bağça müəllimi Məhəbbət xanım öyrətmişdi.
Rəsm müəllimi Əlixan Soltanov ona dərs dediyi illərdə onda rəsmə
maraq yaratmış, istedadın aşkara çıxartmışdır.
Mehrin təhsilə ilk qədəmlərini İsmayıllı şəhər 1
saylı tam orta məktəbdə atıb. Hazırda İsmayıllı şəhər 2 saylı tam orta məktəbin
şagirdidir. Dərslərini yaxşı oxuyur və daha çox çalışır. Ən çox fizika və riyaziyyat fənnlərini sevir.
Məktəbdə keçirilən Yeni il tədbirlərində, Novruz şənliyində,
bilik yarışmalarında aparıcı və ya iştirakçı kimi fəaldır. Çoxlu rəsm və inşa
yazı müsabiqələrində, olimpiadalarda fəal iştirak edb. Həyatımda ən maraqlı və uğurlu gün 5 may 2010-cu ildə “Vergi
uşaqların gözü ilə” adlı ilk resm müsabiqəsində yer tutduğum gün idi. 25 fevral
2011-ci ildə “Xocalı əsrin faciəsidir”, 25 iyun 2012-ci ildə “Silahlı qüvvələr günü”
rəsm müsabiqələrində, 1 iyun 2012-ci ildə və 23 may 2013-cü illərdə “Fövqəladə
hallar uşaqların gözü ilə” ümumrespublika yaradıcılıq müsabiqələrində, 1 may
2011-ci ildə riyaziyyat, 31 may 2012-ci ildə Azərbaycan tarixi və 31 may
2013-cü ildə xarici dil fənni üzrə olimpiadalarda iştirak edib uğur qazandığına
görə dəfələrlə diplom və fəxri fərmanlarla mükafatlandırlıb.
Mehrin təsviri incəsənətdə uğur qazanmağına görə rəsm
müəllimi Əlixan müəllimə və yaradıcılıq müəllimim Xalıq Xalıqova borclu
olduğunu deyir və onlara çox təşəkkur edir.
Mehrinin fəaliyyəti barədə İsmayıllı qəzetində
“Mehrinin arzusu”, “İstedadlar sorağında” başlığı altında məqalələr də dərc
edilib.
Mehrin: “ - Mənim bu sahəni seçməyim sadəcə gələcək
xəyallarım, arzularım və Azərbaycana layiqli bir övlad olmaq istəyim oldu. Əlbəttə
ki ailəm olmasaydı heç vaxt heç nə
bacarmazdım. Mən dünyanın ən məhşur memarı Odile Dekə bənzəmək istərdim və hətta
ondan daha çox bacarıqlı olmaq istərdim.
Gələcəkdə memar olmaq istəyirəm. Məşhur memar olub dünyada
yenilik yaradacaq binalar ucaltsam özümü xoşbəxt hiss ederdim.
Asudə vaxtlarımda rəsm çəkməyi, piano çalmağı, musiqiyə
qulaq asmağı, kitab oxumağı, mahnı oxumağı
çox sevirəm.
Bu gün üçün ən
böyük arzum ilk növbədə ali təhsil almaq, təhsilimi xaricdə dəvam etdirib, sənətimə
daha da mükəmməl yiyələnib uğur qazanmaqdır.”
coxx beyendim.....))))
ОтветитьУдалитьbeyenildi....))))
ОтветитьУдалить