Qəhrəmanımız ata nənəsinin adını
daşıyır. Maraqlısı odur ki, ona bu adı elə Fizzə nənə özü verib. Lazım bəy Fizzə
nənənin sonuncu övladı olduğu üçün onun qızına öz adını vermək qərarına gəlir.
Nəvə Fizzə məktəbəqədər dövrdə rəsm çəkməyə
xüsusi maraq göstərib. Ən çox xoşladığı məşğuliyyət isə atası və qardaşı ilə
balıq tutmağa getmək, ailəlikcə gəzintiyə çıxmaq olmuşdur. Anası ali təhsilli
müəllim olduğu üçün məktəbəqədər ona yazıb-oxumağı da öyrətmişdi.
Fizzə Lazım qızı Hüseynli 1994-cü il
sentyabrın 15-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. İlk təhsilə
2001-ci ildə Bakı şəhəri Nizami rayonundakı Ərəstun Mahmudov adına 220 sayli məktəb-liseydə
başlayıb. IX-XI sinifləri isə Səbail rayonundakı Tofiq Məmmədov adına 239 sayli
məktəbdə oxumyub. Orta təhsilini 2012-ci ildə başa vuran Fizzə elə həmin ildə yüksək
balla Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat ixtisasına qəbul
olub.
2004-2009-cu illərdə Nizami rayonundakı
33 saylı Uşaq Musiqi Məktəbində fortepiano üzrə musiqi təhsili alıb.
Fizzədə iqtisadiyyata maraq uşaqlıqdan
yaranıb. Eyni zamanda atasının yolunu davam etdirmək istəyinin də bu sahəyə
maraq göstərməsinə xüsusi təsiri olmuşdur.
Orta məktəbdə dərslərinə xüsusi maraqla
yanaşıb. Sevimli fənlərim isə ingilis dili və tarix olub.
Ali məktəbdə də nəticələri yaxşıdır, sevimli
fənləri isə iqtisadi nəzəriyyə və rus dilidir.
Fizzə: “ - Həyatımdakı ən maraq dolu
gün məktəbə ilk qədəm qoyduğum gundur. Çünki həmin gün 11 il təhsil alacağım
bilik yuvası ilə ilk dəfə tanış olurdum.
Sevdiyim ixtisasa yiyələnməkdə, qəbul
imtahanında göstərdiyim nəticəyə görə ilk növbədə valideynlərimə borcluyam.
Gələcəkdə öz ixtisasım üzrə Maliyyə
Narizliyində işləmək arzusundayam.
Asudə
vaxtlarımda daha çox kitab oxumağı, teatra, operaya getməyi xoşlayıram.”
Комментариев нет:
Отправить комментарий