Məmmədova Nərgiz Musa qızı 22 oktyabr 1998-ci il NMR Babək rayonunun Xalxal kəndində dünyaya göz açıb. I sinfə Naxçıvan şəhərindəki 10 saylı orta məktəbdə gedib. Daha sonra təhsilini Bakının Biləcəri qəsəbəsindəki E. Əliyev adına 297 saylı orta məktəbdə davam etdirib.
Nərgiz körpəlikdə sakit uşaq olub. Şəkil çəkməyi, maraqlı kitablar oxumağı xoşlayıb. Təhsilə güclü maraq göstərən Nərgiz hələ məktəbə gedənə qədər bəzi hərfləri, rəqəmləri, yazmaği öyrənmişdi. Böyük bacısı Nərminin məktəbə getməsi onun təhsilə marağını daha da artırırdı.
Nərgiz: “ - Dərslərimi əla oxuyuram. Sevimli fənlər - ana dili, biologiya, tarixdir. Tarix fənni üzrə olimpiadada Bakı şəhərində III, Binəqədi rayonu üzrə isə I yerə çıxmışam. Məktəbdə keçirilən ictimai tədbirlərdə adətən şeir demişəm. Əldə etdiyim nailiyyətlərə görə valideyinlərimə, müəllimlərimə borcluyam.
Təhsilimi xaricdə davam etdirmək, biliyimi daha yüksək zirvələrə qaldırmaq istəyirəm. Tibb universitetinə daxil olmaq, həkim olmaq istəyirəm.
Asudə vaxtlarımda şair və yazıçıların həyat və yaradıcılıqları ilə tanış olmağı çox xoşlayıram.
Valideynlərimə minnətdarlığımı bildirirəm ki, məni sevdiyim sənətə yönəldirlər və mənə hər işdə çox dəstək olurlar. Arzum ali təhsil almaq, xalqımı dünya səviyyəsində təmsil etmək, vətənimi dünyaya azad və müstəqil bir ölkə olaraq tanıtmaqdır.
Təbii ki, hər kəs tarixin yaddaşında yaxşı işlər görmüş şəxsiyyət kimi qalmaq istəyər. Həmçinin mən də istərəm tarixdə yaxşı insan kimi iz qoyum. Bunun üçün isə var gücümlə çalışıram.”
Комментариев нет:
Отправить комментарий