Qəhrəmanımız ata nənəsi Gülüstan xanımın adını daşıyır. Körpəlikdə çox ağıllı, sakit uşaq olub. Uşaqlıqdan idman, rəsm və milli rəqslə məşğul olmuşdur.
Gülüstan Həsrət qızı Əlizadə 15 dekabır 1991-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri Nəsimi rayon 14 saylı orta məktəbinin I sinfinə qəbul olub. 2010-cu ildə həmin məktəbi bitirib Bakı Dövlət Universitetinə qəbul olub.
2001-ci ildə Bakı şəhər Şövkət Ələkbərova adına 20 saylı Uşaq Musiqi Məktəbinə kamança ixtisası üzrə qəbul olub və 2006-cı ildə müvəffəqiyyətlə bitirib. Ansambl, orkestr və solo şəkildə müsabiqələrin iştirakçısı olub. 2001-ci ildən həndbolla məşgul olub və hazırda BDU-nin həndbol yığmasinin üzvüdür.
İxtisasına maraq qardaşımdan yaranıb. O, Azərbaycan Dövlət Neft Akademyasının məzunu olmuş, təhsil aldığı illərdə böyük nailliyyətləri qazanmışdır. Ondan ilhamlanıb Gülüstan da neft ixtisasına yaxın bir sahə seçib.
I sinifdən nümunəvi şagird olub və digər sinif yoldaşlarından seçilib. Texniki fənnlərə xüsusi marağı olub. Ən sevdiyi fənn riyaziyyat və fizika olub. Muxtəlif fənnlər üzrə (kimya, riyaziyyat, fizika, coğrafiya) olimpiadalar mukafatçısı olub.
Həyatının dönüş nöqtəsi 2011-ci ilin iyul-avqust aylarına təsadüf edir. Məhz bu müddətdə Azərbaycanı təmsil edən 25 fəal tələbə siyahısına seçilib, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi MDB ölkələri tələbə-liderlərinin Qəbələdə keçirilən yay məktəbinin iştirakçısı olub.
Ardından sentyabr ayında (2011) ATGTİ-nin Tələbə Gənclər Təşkilatları üzrə iş departamentinə elan olunmuş vakansiya üzrə işə qəbul olub. Bir il müddətində (2011-2012) kollecler üzrə məsul şəxs vəzifəsində işləməyə başlayıb.
Ali məktəbi bitirdikdən sonra “Halliburton”, “Baker”, “BP” kimi neft şirkətlərinin birində işləmək istəyir.
Xoşbəxtliyi həyatda, ailəsində görür. Düşünür ki onu dəstəkləyən, uğurlarına inanan insanlar olduqca zirvələrə qalxacaq və xoşbəxt olacaq.
Asudə vaxtlarını musiqi, idman, bəzən də ictimai fəaliyyətlə məşğul olaraq keçirməyi sevir.
Onun barədə bir çox KİV-də məlumatlar verilb (Az.TV, İTV, Mədəniyyət, Azərbaycan Radiosu, qəzet və jurnallarda).
Gülüstanın uğurları barədə məlumat vermək istəyirik:
2011-ci ilin may ayında keçirilən “Univision” tələbə mahnı müsabiqəsində təşkilat komitəsinin üzvü kimi iştirak edib.
2011-ci ilin oktyabr ayında “Yeni nəsil: Sərhədsiz məsuliyyət” forumunun iştirakçısı olub.
Azərbaycan Gənclərinin VI forumuna nümayəndə seçilib.
2012-ci ilin martında keçirilən “Yeddi xonça” Novruz festivalında və Qobustanda təşkil olunan “Yaşıl Enerji” düşərgəsində təşkilat komitəsinin üzvü olub.
Həmin ilin iyul ayılda “Yeni nəsil: Yenilikçi gənclik” forumunun iştirakçısı olub, Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələri tələbə liderlərinin “Дни Содружесtво Молодежи - 2012” düşərgəsində Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil edib.
2012 ilin avqust ayında Şəkidə keçirilən tələbə liderlərinin “Xəmsə” liderlik məktəbində komanda kapitanı kimi qalib olub.
2013-cü ilin mart ayında Hindistanda keçirilən tələbə-təcrübə proqramında Azərbaycan nümayəndəsi olub.
Ümumilikdə birqat Azərbaycan tələbə lider və ikiqat MDB ölkələri tələbə lideri adını qazanıb.
Комментариев нет:
Отправить комментарий