Qəhrəmanımızın adının
tarixcəsi cox maraqlıdır. Belə ki, anası röyasında gözəl bir mələk görür və bu
mələk ona qızının olacağını, adının isə Tamilla qoyulmasını bildirir. Bir necə
aydan sonra yuxu təkrarlanır. Buna görə də qəhrəmanımız dünyaya gələndə anasının
təkidilə adını Tamilla qoyurlar. Tamilla fransız sözü olub gözəl, ismətli deməkdi.
Bu qız məktəbəqədərki
dövrdə gəlinciklərlə oynamağı xoşlayırdı. Rəqs etməyi də çox sevirdi. Uşaq tədbirlərində
dəfələrlə rəqs səhnəciyində rol almışdı. Tamilla məktəbə gedənə qədər yazib-oxumağı
da öyrənmişdi. Şəkil çəkməyi, rəngləməyi çox xoşlayırdı. Atası ona xüsusi rəngləmə
kitabçaları alırdı. Tamilla saatlarla oturub onların içərilərini rəngləyər və
bundan xüsusi zövq alardı.
Tamilla İlqar qızı
Əhmədova 9 noyabr 1995-ci ildə Baki şəhərində anadan olub. 2002-ci ildə 94
saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Orta təhsili 2013-cü ildə bitirib
Baki Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
Tamilla: “ - Tarix
elmini seçməyimin tarixçəsi çox maraqlı olub. Orta məktəbdə yaxşı oxuyurdum, əksər
qiymətlərim əla idi. Maraqlısı odur ki, tarix fənnini oxumaqda müəyyən cətinliklər
cəkirdim. Gah yaxşı, gah da əla qiymət alırdım. Sevdiyim fənn isə Azərbaycan
dili və ədəbiyyatı idi, bu fəndən qiymətlərim əla idi. IX sinifdə filoloq olmaq
istəyim var idi. Ona görə də III qrupa verməyi qərara aldim. III qrupa qəbul
olmaq üçün tarix fənnini daha geniş şəkildə öyrənmək lazım idi. Vaxtımın əksər
hissəsini tarix fənninə ayırdım və getdikcə bu elm məni özünə cəlb etdi. Bu marağı
oyadan isə tarix müəllimim Məryəm xanım olmuşdur. Bunun nəticəsi olaraq Bakı Dövlət
Universitetinin tarix müəllimliyi ixtisasına qəbul oldum. 94 saylı tam orta məktəbin
2013-cü il məzunları arasında ali məktəbə imtahanlar zamanı ən yüksək bal toplamışdım.
Orta məktəbdə bir
neçə fənn istisna olmaqla əla qiymətlərlə oxuyurdum. İngilis dili üzrə respublika
məktəblərarası yarışmada iştirak etmişəm, ikinci tura keçmişəm. Məktəbin
ictimai işlərində fəal iştirak etmişəm, daha çox şeir demişəm, müxtəlif səhnəciklərdə
rol almışam.
Ali məktəbdə dərslərimi
yaxşı oxuyuram, sevimli fənlərim Azərbaycan tarixi, mənbəşünaslıq,
etnoqrafiyadır. BDU-nin Tələbə Həmkarlar Təşkilatının üzvüyəm, keçirilən hər
bir tədbirdə fəal iştirak edirəm.
Həyatımda ən
uğurlu gün ali məktəbə seçimlərin açıqlandığı gün idi. Bu gün çox həyacanlı və
həlledici gün idi. Həmin gün mənə olmazın sevinc bəxş etdi. Çünki bu gün 11
illik əziyyətin, müəllimlərimin əməyinin, valideynlərimin sevincinin və mənə bəslənilən
inamın tərənnümü günü idi. Mən bu gündə yaşadıqlarımı heç vaxt unuda bilməyəcəm.
Həm də bu sevinc mənim seçimim ilə üst-üstə düşdü.
Seçdiyim ixtisasa
yiyələnməkdə, qəbul imtahanlarında göstərdiyim nəticələrə, əldə etdiyim və edəcəyim
uğurların bünövrəsini qoyan ibtidai sinif müəllimim Şəhla xanıma, sonradan bu əziyyəti
aralarında bölüşdürən bütün müəllimlərimə və xüsusən də ixtisas seçimimdə müstəsna
rol oynamış atama minnətdaram.
Ali məktəbi
bitirdikdən sonra Bakı Dövlət Universitetində qalıb tədrislə məşğul olmaq istərdim.
Seçimimə nail olmaq üçün bakalavr pilləsini bitirdikdən sonra magistraturaya
daxil olmalı, daha yuxarı pillələrdə təhsil almalıyam. Mənə elə gəlir ki, istək
olsa hər şeyə nail olmaq olar.
Xöşbəxtliyi heç
bir çətinlikdən qorxmayıb irəli getməkdə, çətinliklərin həllinə çalışmaqda,
mübarizə aparıb qalib gəlməkdə görürəm. Mən artıq müəyyən qədər bu qələbənin
dadını hiss etmişəm və bundan sonra da dayanmaq fikrində deyiləm. Mənim üçün
zirvə tarix elmləri doktoru elmi adını almaqdır. Bilirəm seçdiyim zirvə çox
ucadır, amma mən bütün çətinliklərə tab gətirərək bu elm zirvəsinə qalxmaq niyyətindəyəm.
Asudə vaxtlarımda
musiqi dinləməyi, şeir və maqələ yazmağı xoşlayıram. Artıq bir sıra şeir və məqalələrim
var. Gələcəkdə özümü bu sahədə də sınamaq istəyirəm. Arzularımdan biri gələcəkdə
kitabımın çap olunmasıdır. Həyat mövzusu məni həmişə düşündürür, özünə cəlb
edir. Asudə vaxtlarımda bu mövzuya toxunmağı çox xoşlayıram.”
Həyat-yaşamaq, mübarizə aparmaq, məğlubiyyətlə barışmaz olub ona sinə gəlmək, çalışmaq və sonda qalib olmaq.....Necə çətindir elə deyilmi?! Bəzən düşünürsən ki, bacara bilməyəcəksən, mübarizədən bezirsən və qalib olmaq ümidini itirirsən. Amma unudursan ki, insan övladı üçün əlçatmaz heç nə yoxdur, sadəcə düzgün istiqamət və hədəf seçimi. Əgər qarşına məqsəd qoyursansa və məqsədinə çatmaq üçün irəliləyirsənsə deməli hər zaman qalibsən, unutma!
Həyat həm kədərdir,
həm də ki sevinc. Bəzən sevinc bir anlıq olur, kədər isə bir ömür. Bəzən gözəllik
səthi olur, üzüntülər isə çox dərinlərə yol açır. Çox qəribədir elə deyilmi?
Amma bütün bunlara baxmayaraq insan unutqandır. Zamanla hər şey unudulur, sadəcə
olaraq qəlbdə, beyində bir iz buraxır, sadəcə bir iz.... Həyat boyu yaşayırsan.
Sadəcə yaşamaq yetməz! Həyatda qalmaq üçün, əbədiyyata qovuşmaq üçün,
yaddaşlarda bir iz buraxmağı da bacarmalısan.
Yaşa dolduqca çətinliklər
artır, onların həllinə çalışırsan və yenə mübarizə, yenə inam, yenə güc, yenə səbr...
Əlbəttə sonda xeyir həmişə qalibdir. Bütün çətinliklərin sonu sevinc, uğur və
gözəllikdir. Bütün bu yolda bir dayaq yerin var - Vətən, bir inam yerin var-
Allah, bir sığınacağın var - Ailən.
Vətən sənə
dayaqdır, sən də Vətənə! Vətənə, Dövlətə sadiq ol, onu həmişə qoru!
Allaha inam səni həmişə
düz yola çəkər!
Ailəsinə sığınan,
heç vaxt tək qalmaz. Bütün səhvlərinlə ailən həmişə səninlədir!
Heç kimin səni üzməsinə
imkan yaratma, xoşbəxtlik uğrunda vuruş, çünki həyatının rejissoru elə sənsən!
Baş rolda özün!!!
Комментариев нет:
Отправить комментарий