Səkinə Ramiz qızı Hacıyeva 1992-ci il martın 3-də Bərdə şəhərində anadan olub. 1998-ci ildə Bərdə şəhər 7 saylı əsas məktəbin I sinfinə, 2000-ci ildə isə Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinə daxil olub. 2007-ci ildə həm musiqi məktəbini, həm də 7 saylı məktəbi bitirib. Məktəb doqquz illik olduğu üçün təhsilini Qaradəmirçi kənd orta məktəbində davam etdirib. 2009-cu ildə həmin məktəbi əla qiymətlərlə başa vurub, 581 balla Bakı Dövlət Universetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.
Babası Əvəz Əliyev və nənəsi Ağca Hüseynova tanımış, hörmət qazanmış riyaziyyat müəllimləri olub. Səkinə də baba və nənəsinin yolunu davam etdirmək qərarına hələ erkən yaşlarımdan gəlib. Orta məktəbdə dərslərini əla oxuyub. Ən sevimli fənnləri riyaziyyat, kimya, ingilis dili olub. İctimai işlərdə, olimpiadalarda müntəzəm iştirak edib. Ali məktəbdə də cəbr və ingilis dili ən sevimli fənləridi.
Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə valideynlərinə, babasınaa, Ceyran bibisi və müəllimləri Natella xanım, Sevinc xanım, Şəhla xanım, Nailə xanım və Firudin müəllimə minnətdarlıq bildirdi.
Ali məktəbi bitirdikdən sonra ən qabaqcıl məktəblərin birində müəllim işləmək arzusundadır. Xoşbəxtliyi istedadlı şagirdlər yetişdirməkdə, layiqli mütəxəssis olmaqda görür.
Asudə vaxtlarında ingilis dili öyrənir, kiçik əsərləri kətan üzərinə tikir, piano çalır. Ən çox “Laçın” mahnısını ifa etməyi xoşlayır.
Комментариев нет:
Отправить комментарий