Almaz Ərrəhman qızı
Əhmədova 1 iyun 2002-ci ildə Ağdaş şəhərində doğulub. Ağdaşda S. Vurğun adına şəhər
tam orta məktəbin VII sinfində təhsil alır. Almaz körpəlikdə çox sakit, maraqlı
və eyni zamanda kök uşaq olub. Ən çox maraqlandığı məşğuliyyət barmaqlarını
oynatması olub. Anası Dilşad xanım ali təhsilli olduğu üçün və eyni zamanda
bacısı Şəlalə məktəbdə təhsil aldığı üçün Almaz məktəbə gedənə qədər
yazıb-oxumağı bilirdi. Orta məktəbdə kimya, biologiya fənlərinə hədsiz marağının
sayəsndə evdə kiçik təcrübələr aparmağı sevərdi. Təhsil aldığı S. Vurğun adına
orta məktəbin direktoru Natella xanımın Almaz barədə dedikləri: “ - Almaz məktəbdə
öz qabiliyyəti, savadı və tərbiyyəsi baxımında digər şagirdlərdən seçilir. Mən
inanıram ki, Almaz tək məktəb həyatında deyil, eyni zamanda bütün həyatı
boyunca bu xüsusiyyətlərinə hər zaman sahib çıxacaq.”
12 yaşlı Almaz eyni
zamanda rayonda keçirilən "Novruz", "Yeni il" şənliklərində
fəal iştirak edir. Almaz yaşına görə hələ az həyat yaşamasına baxmayaraq bu
vaxta qədər həyatında ən çox sevdiyi hadisəni belə söylədi: “ - 15 sentyabr
2008-ci ildə ilk dəfə I sinifə getdim. Və həmin gün sinifdəki şagirdlər
arasında ən çox səsi toplayaraq sinif nümayəndəsi seçildim.”
Almaz 2011-ci ildə
"İlin şagirdi" və 2013-cü ildə fənnlər üzrə yarışın qalibi olub.
Uğurlarına görə anası Dilşad xanıma borcludur. Fəaliyyətlərindən
dolayı atası Rəhman bəyə oxşamaq istəyir. Rəhbər işlərdə işləmək məqsədi ilə
idarəçilik akademiyasında oxuyub, akademiyanı yüksək nəticə ilə bitirərək dövlət orqanlarında çalışmaq istəyən azyaşlı
Almaz bu fikrə 2014-cü ilin yanvar ayından düşüb.
Asudə vaxtlarında
kitab oxumağı və rəsm çəkməyi sevir. Ən böyük arzusu dövlət orqanlarında işləməkdir.
Azyaşlı olmasına baxmayaraq Almaz şəxsiyyət kimi tarrixin yaddaşında xeyirxah əməlləri
və fəaliyyətləri ilə qalmaq istəyir. Onu da qeyd edək ki, Almaz həm də rəsm çəkmək
qabiliyyəti ilə seçilir. Onun rəsm əsərləri 4 oktyabr 2014-cü ildə
"REGİON"TV-də nümayiş etdirilib.
Комментариев нет:
Отправить комментарий