Bu gün ölkəmiz və xüsusilə də ölkə idmanı durmadan
inkişaf edir. Ölkəmizin inkişafi Aydın kimi isdedadlı gənclərdən asılıdır.
Aydın da ölkəmizin və öz gələcəyinin çiçəklənməsi naminə idmana marağı,
istedadı sayəsində sözün yaxşı mənasında inkişafa can atır.
Manafov Aydın Babək oğlu 2002-ci ilin qızıl payiz
ayı oktyabrın 4-də Ucar rayonunun Qazıqumlaq kəndində dunyaya göz açmişdir. O
kiçik yaşlarinda xususi istedada malik olmuş, durmadan yeni oyunlar kəşf etmiş,
rəsmlər çəkmişdir. Yazmağı və oxumağı anası ona oyrətmişdir.
Aydında idmana maraq elə uşaqlıq yaşlarında
yaranmışdır. Aydin doyuş filmlərindəki kimi özünü hiss edirdi və məşhur
aktyorların hərəkətlərini yerinə yetirməyə çalışırdı. Bu gün Aydın ölkəmizi istənilən
beynəlxalq yarışda təmsil edə biləcək namizədlərdən biridir.
Aydının uğurlarını saymaqla bitirmək olmaz. O ölkəmizin
bir çox şəhərlərində keçirilən respublika əhəmiyyətli, rayonlararası,
zonalararasi yarışlarda və s. kimi əhəmiyyətli idman tədbirlərində iştirak
etmişdir. Aydin daim iştirak etdiyi turnirlərdən doğma kəndi Qazıqumlağa muxtəlif
medal, kubok, sertifikat, diplom və tərifnamələrlə qayıtmışdır. Gəncə, Bakı,
Göyçay, Ucar, Yevlax, Mngəçevir, Şəki, Ağdaş və s. şəhərlərdə keçirilən bir çox
idman yarışlarında iştirak etmişdir. Bunların nəticəsi olaraq o Qazıqumlaq kənd
1 saylı tam orta məktəbin və bütünlukdə rayonun fəxrinə çevrilmişdir.
Aydın - yaxşı idmançı olmaq üçün təkcə güc kifayət
deyil - deyir. Bunun üçün həm də öz ana dilini və tarixini dərin bilmək lazım
olduğunu bildirir. Elə buna gorə də Aydının ən sevimli fənni Azərbaycan dili və
ədəbiyyatı, Azərbaycan tarixidir.
Aydın həm də incəsənətlədə məşğul olur. İncəsənət və
idman bir-birindən çox fərqlənsələr də daim yaradıcı olan insan ruhu bu fərqliliyi
aradan qaldirir. Aydın musiqini çox sevir və boş vaxtlarında tar və nağara ilə
məşğul olur. Eyni zamanda muxtəlif şeirlər, hekayələr oxumaği çox sevir.
Qəhramanımızın istəkləri durmadan böyüyür və gələcəyin
vicdanlı polis işçisi olmaq üçün durmadan çalişir.
Aydın əldə etdiyi bütün nailiyyətlərə görə atasına
və müəlliminə borclu oldugunu bildirir.
Комментариев нет:
Отправить комментарий