Ayselin adını bibisi Sevinc xanim qoyub. Körpəlikdə
sakit və bacarıqlı uşaq olub Aysel. Güclü yaddaşı və özünəməxsus fikirlər ilə həmyaşıdlarından
fərqlənib. Məktəbə gedənə kimi yazmağı, oxumağı anasının köməyi ilə öyrənib. Adətən
qız uşaqlarının marağı gəlincik olduğu halda Aysel heyvanlarla oynamağı
sevirdi.
Aysel Ədalət qızı Hüseynova 30 noyabr 1991-ci ildə
Naxçıvan şəhərində anadan olub.1998-ci ildə Naxçıvan şəhər Azər Tağıyev adına
17 saylı orta məktəbin I sinifinə gedib və 2009-cu ildə həmin məktəbi bitirərək
yüksək balla Naxçıvan Dövlət Universitetinin Xarici dillər və beynəlxalq
münasibətlər fakültəsinə qəbul olub. 2010-cu ildə bakalavr pilləsində təhsilini
uğurla başa vuraraq Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər
ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur.
Ayseli dinləyək: “ - Orta məktəbi və universiteti
yaxşı və əla qiymətlərlə başa vurmuşam. Sevdiyim fənnlər xarici dil, Azərbaycan
dili və riyaziyyat olub. Heydər Əliyev haqqında konfranslarda, konstitusiya
yarışmalarında, qeyri-ixtisas fənnləri yarışmalarında I və II yerlərə layiq
görülmüşəm. IX sinifi fərqlənmə ilə bitirmişəm. Həyatımın ən uğurlu günü ali məktəbə
qəbul olduğum və ana olduğum gün olub.
Universitetdə oxuduğum müddətdə koreya, ingilis və
rus dillərini öyrənmişəm.
Bütün nailiyyətlərimə görə valideynlərimə və müəllimlərimə
borcluyam. Mənim formalaşmağımda onların rolu danılmazdır. Ən böyük
arzularımdan biri isə Xarici İşlər Nazirliyində işləməkdir. Peşəkar həyatımda isə
Heydər Əliyev mənimçün ideal diplomatdır.”
Xoşbəxtliyi saglamlıqda, ailədə və keyfiyyətli işdə
görən Ayselin əsas arzularından biri də xarici ölkələrdə təkmilləşmək və Azərbaycanı
xaricdə təmsil etməkdir.
Комментариев нет:
Отправить комментарий