Quliyeva Rəşidə 1990-cı il aprel ayının 6-da Bakı şəhərində
dünyaya göz açmışdır.O, uşaqlıqda çox mehriban, sakit uşaq olmuşdur.Orta məktəbə
qədəm qoymazdan əvvəl oxuyub və yazmaqa qarşı sevgi oyanmışdır.Rəşidə orta məktəbdə
oxuduqu müddətdə dərslərini çox gözəl oxuyarmış.O, onbir illik orta məktəb həyatını
144 saylı tam orta məktəbdə bitirb.Məktəbi əla qiymətlərlə başa vurmuşdur.
Bütün bunların nəticəsində də, 2008-ci ildə İctimai Siyasi universitetin “Beynəlxalq
İqtisadi münasibətlər”ixtisasına daxil olub.O,bununla kifayətlənməyərək ikinci
ali təhsilini də davam etdirir.2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasına qəbul olub.”Memarlıq və Dizayn” fakültəsində təhsil alır.Nəhayət
ki,öz arzularına çataraq sevdiyi ixtisasa qəbul olub.Rəşidə orta məktəbdə dərslərini
yaxşı oxuduqu kimi, ali məktəbdə də bunu
davam etdirərək,dərslərini çox yaxşı oxuyub.Onun bu ixtisası ilə baqlı maraq
onda uşaqlıqdan bəri yaranmışdır.Uşaqlıqda müxtəlif şəkillər çəkmişdir.Onun rəsm
çəkmək qabiliyyətinin olmasını artıq hər kəs başa düşmüşdür.Bu ixtisası seçməyinin
səbəbi gözəl əl qabiliyyətinin olmasıdır.Rəşidənin çox gözəl rəsm çəkmək
qabiliyyəti var.O,müxtəlif sayda şəkillər çəkib,portretlər yaradıb.Onun çəkdiyi
şəkillərdə sanki hər bir şey canlı təsvir olunub.Rəşidə hətta asudə vaxtlarını
da rəsm çəkməklə keçirir.Bir növ rəsm çəkməkdən zövq alır.Əl qabiliyyətinin gözəl
olmasını nümayiş etdirmək üçün müxtəlif tədbirlərdə və sərgilərdə iştirak
etmişdir.Çəkdiyi rəsmlərdə müxtəlif mövzulara müraciət etmişdir.Rəşidənin maraq
dairəsi çox geniş olduquna görə hər bir mövzu ona yaxındır.Onun həyatında ən
uğurlu gün,baş vermiş hadisə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul
olduqu gündür.Rəşidə gənc yaşda oluduquna baxmayaraq, Rəssamlar İttifaqının da
gənc üzvlərindən biridir.İnanırıq ki, o həyatda layiqli yerini tutacaq və məşhur
rəssamlardan biri olacaq.Çünki, bu sənəti çox sevir.Həyatda yaşadıqı müddətdə
xoşbəxtliyi isə sevdiyi işlə məşqul olmaqda görür.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
30 сентября 2015 г.
Məmmədova Zəhra Tofiq qızı
Məmmədova Zəhra Tofiq qızı
2002-ci il yanvar ayının 5-də Bakı şəhəri,Binəqədi rayonu Biləcəri qəsəbəsində dünyaya göz açmışdır.Zəhranın
valideyinlərinin sözlərinə görə o sakit,sözəbaxan bir uşaq olub.Onun ilk
maraqlarından biri rəsm çəkmək olub.Hətta,3-4 yaşı olarkən onda valideyinləri
bu sevgini hiss etmişdirlər.Zəhra ilk təhsilini
5 nömrəli tam orta məktəbdə almışdır.Hal-hazırda da həmin məktəbdə təhsilini
davam etdirir.O,məktəbə qədəm qoymazdan əvvəl saymaqı və hərfləri yazmaqı
bilirdi.Bütün bunları ona valideyinləri öyrətmişdir.Məktəbdə oxuduqu müddətdə də
dərslərini çox yaxşı oxuyur.Ən sevdiyi fənlər isə Biologiya,Fizika,Kimya və
Coğrafiyadır.
Zəhranın
çox gözəl əl qabiliyyəti var.Ona görə də Zəhra bir çox tədbirlərdə,şənliklərdə
də iştirak etmişdir.O,Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətində iştirak
etmişdir.21 sentyabr tarixində Beynəlxalq Sülh Günü münasibətilə Ombudsmanın təşəbbüsü
ilə keçirilmiş “Sülh və Tolerantlıq nümunəsi Azərbaycan”mövzusunda uşaq rəsm
müsabiqəsinin iştirakçısı olmuşdur.Zəhra ikinci sərgidə də iştirak etmişdir.Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm qalereyası,Daşkənd şəhərində
keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirak
etmişdir.Üçüncü iştirakı isə Hollandiya Krallığının doğum günü münasibətilə təşkil
olunan İncəsənət Müsabiqəsidir.Onun dördüncü sərgisi isə “Xocalı uşaqların gözü
ilə” adlı sərgi olmuşdur.Bütün bu tədbirlərdə Zəhra gözəl rəsmlərin nümayiş
etdirmişdir.Zəhra bütün bu tədbirlərdən sertfikat,diplom əldə
etmişdir.O,2013-cü il 26 aprel tarixində Daşkənd şəhərində keçirilmiş”Özbəkistan
Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirakına görə diplomla təltif
olunmuşdur.Onun “Yaddaşlarda yaşayan Xocalı”sərgi-aksiyada iştirakına görə isə
sertfikatla bir daha təltif olunub.Zəhraya Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən
Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəal iştirakçısı olduquna görə tərifnamə
ilə mükafatlandırılmışdır.Zəhra xalqını,millətini çox sevir.Ona görə də 20
yanvar,Xocalı kimi tədbirlərimizdə dəfələrlə iştirak edir. O,20Yanvar faciəsinin
25-ci il dönümünə həsr olunmuş “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda
keçirilmiş rəsm müsabiqəsində fərqləndiyinə görə diplom əldə etmişdir.Bütün
bunlarla kifayətlənməyərək Məmmədova Zəhraya Bakıda keçirilən Uşaq və Yeniyetmələrin
II “Saf rənglər”Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında qazandığı yaradıcılıq
uğurlarına görə diplomla təltif olunmuşdur.Onun bu diplom və sertfikatlardan
başqa müxtəlif sayda nailiyyətləri də vardır.O,bütün bu nailiyyətlərinə görə özünü
atasına,anasına və müəllimlərinə borclu bilir.Bu fəaliyyətindən dolayı tanınmış
rəssamlara və müəllimlərə oxşamaq istəyir.Zəhranın gələcək planlarında oxuyub
ali təhsil alıb,modelyer olmaq istəyi var.Rəsm çəkməyə böyük həvəsi və
maraqı olduqu üçün uşaqlıqdan bəri bu
fikrə düşüb.O,incəsənətin rəsm sahəsi ilə məşqul olur.Çəkdiyi şəkillərdə hər
bir mövzuya müraciət edir.Onun həyatında ən böyük arzusu modelyer dizayner
olmaqdır.Bu sevgi onda o qədər yüksəkdir ki,asudə vaxtlarını belə maraqlı rəsmlər
çəkməyə həsr edir.Zəhranın istedadın hətta Kütləvi İnformasiya Vasitələri də kəşf
etmişdir.Zəhranı ilk dəfə 2012-ci il 1 iyun “Uşaqların müdafiə günün”ə həsr
olunmuş mövzuda Aztv 1 kanalına səhər
proqramına dəvət etmişdirlər.Onu ikinci dəfə isə 2013-cü il 21 sentyabr
tarixində “Sülh” haqqında mövzuya həsr olunmuş həmin səhər proqramına yenidən dəvət
etmişdirlər.Zəhra öz əl qabiliyyətinin gözəl olmasını bu verlişdə bir daha təsdiqləmişdir.Onun
üçün də 2015-ci il 27 fevral tarixində xalqımızın qan yaddaşı yeri olan “Xocalı
faciəsinə” aid mövzuda bir daha Aztv 1 kanalında çıxış etmişdir.
Zəhra
tarixin yaddaşında isə tanınmış rəssam və yaxud modelyer olması ilə qalmaq istəyir.
20 сентября 2015 г.
Tanrıverdiyev Qaməddin Rəfail oğlu
Qaməddin körpəlikdə ağıllı,
sakit və təmizkar uşaq olub. Sakit xasiyyəti ilə hamını ozünə cəlb edirdi. Xoşladığı məşğuliyyəti futbol, cüdo və ən əsası
isə musiqi idi. 8 yaşından musiqiyə maraq göstərməyə başlayıb.
Tanrıverdiyev
Qaməddin Rəfail oğlu 10 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Bakı
şəhər Binəqədi rayonundakı 306 saylı orta məktəbdə təhsil alır.
Yeni il və Novruz
şənliklərində ansambl və solo konsertlərdə iştirak edib. 2014-cü ildə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqədə
diplomla təltif olunmuşamub. Həyatımın ən əlamətdar günü də məhz diplomla
təltif olunduğu gündür.
Qazandığım uğurlara görə
valideynlərimə və müəllimlərimə borclu olduğunu deyən Qaməddin gələcəkdə xalq
artisti, tarzən Ramiz Quluyevə oxşamaq istəyir.
O ən yüksək zirvəyə -
Azərbaycan incəsənətinə, mədəniyyətinə, musiqisinə töhfələr verə biləcək qədər
yüksəlmək istəyir.
Tarzən kimi – tarı gələcək
nəsillərə sevdirib, tar sənətinin sirlərini öyrətmək, təbliğini etmək üçün
musiqişünas olmaq istəyir.
Asudə vaxtlarında Azərbaycan
xalq mahnılarını, muğamlarını dinləyir və tar çalıram.
Gələcək planı musiqi
məktəbini bitirib təhsilinmi Konservatoriyada davam etdirməkdir. İlk növbədə
yorulmadan, usanmadan çalışmaq, musiqinin sirlərinə dərindən bələd olmaq,
qazandığım bilik və təcrübəni daha da inkişaf etdirməklə gələcək nəsillərə
çatdırmaq niyyətindədir.
18 сентября 2015 г.
Nərmin Adil qızı Talıblı
Azərbaycan istedadlar diyarıdır. Belə gənc
istedadlarımızdan biri də Nərmin Adil qızı Talıblıdır. Nərmin 1 may 2004-cü ildə
Bakı şəhəri Suraxanı rayonunda anadan olub. Valideynləri deyir ki, Nərmin körpəlikdə
çox sakit bir uşaq olub, hər bir şeylə maraqlanmağı xoşlayıb . Ən sevimli məşğuliyyəti
isə musiqiyə qulaq asmaqdır.
Nərmin məktəbə gedəndə 32 hərfin hamısını
tanıyır,sözləri artıq oxuyurdu. Yazıb-oxumağı anası tərəfindən oyrənib. Uşaqlıqdan
türk mahnılarını daha tez öyrənib oxuyurdu. Bu da Nərminin qeyri-adi istedadlı
olduğunu aşkara çıxartdı və valideynləri ondan Azərbaycan musiqisini-
muğamlarını öyrənməyi xahiş elədi.
Nərmin ilk təhsilini 226 saylı orta məktəbdə
almışdır. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir.
Dərs əlaçısı olan Nərminin ən sevimli fənləri azərbaycan
dili, ədəbiyyat və tarixdir. Nərmin təhsil aldığı orta məktəbin və bir də
musiqi məktəbinin bütün tədbirlərində ön sırada iştirak edir . Ən çox muğam və
mahnı oxumaq ,bir də gözəl şeir demək qabiliyyəti var. O,2014 -cü ilin iyun
ayında Xan Şuşinski adına 2-ci Respubmuğam festivalında çıxış etməyi günü ən
uğurlu gün hesab edir.
Nərmin qazandığı uğurlar və nailiyyətlərinə görə
anasına borclu olduğunu düşünür. Çünki onun bütun əziyyətlərini anası çəkir.
O,Allahın köməkliyi ilə həmişə zirvədə olmaq
arzusundadır .
Nərmin hazırda xanəndə olmaq arzusundadır . O ,asudə
vaxtlarında musiqi dinləyir, kitablar oxuyur, kompyuterlə maraqlanır.
Nərmin azərbaycan muğamlarını, mahnılarını və təsniflərini
öyrənməyə üstünlük verir.
Əsas hədəfi universitetə qəbul olmaq və öz səsi ilə
Azərbaycanı xarici ölkələrdə təmsil etməkdir.
Arzusu,məqsədi böyük olan Nərminə bizdə uğur
arzu edir , dərslərində müvəffəqiyyətlər diləyirik.
Подписаться на:
Сообщения (Atom)