Azərbaycan istedadlar diyarıdır. Belə gənc
istedadlarımızdan biri də Nərmin Adil qızı Talıblıdır. Nərmin 1 may 2004-cü ildə
Bakı şəhəri Suraxanı rayonunda anadan olub. Valideynləri deyir ki, Nərmin körpəlikdə
çox sakit bir uşaq olub, hər bir şeylə maraqlanmağı xoşlayıb . Ən sevimli məşğuliyyəti
isə musiqiyə qulaq asmaqdır.
Nərmin məktəbə gedəndə 32 hərfin hamısını
tanıyır,sözləri artıq oxuyurdu. Yazıb-oxumağı anası tərəfindən oyrənib. Uşaqlıqdan
türk mahnılarını daha tez öyrənib oxuyurdu. Bu da Nərminin qeyri-adi istedadlı
olduğunu aşkara çıxartdı və valideynləri ondan Azərbaycan musiqisini-
muğamlarını öyrənməyi xahiş elədi.
Nərmin ilk təhsilini 226 saylı orta məktəbdə
almışdır. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir.
Dərs əlaçısı olan Nərminin ən sevimli fənləri azərbaycan
dili, ədəbiyyat və tarixdir. Nərmin təhsil aldığı orta məktəbin və bir də
musiqi məktəbinin bütün tədbirlərində ön sırada iştirak edir . Ən çox muğam və
mahnı oxumaq ,bir də gözəl şeir demək qabiliyyəti var. O,2014 -cü ilin iyun
ayında Xan Şuşinski adına 2-ci Respubmuğam festivalında çıxış etməyi günü ən
uğurlu gün hesab edir.
Nərmin qazandığı uğurlar və nailiyyətlərinə görə
anasına borclu olduğunu düşünür. Çünki onun bütun əziyyətlərini anası çəkir.
O,Allahın köməkliyi ilə həmişə zirvədə olmaq
arzusundadır .
Nərmin hazırda xanəndə olmaq arzusundadır . O ,asudə
vaxtlarında musiqi dinləyir, kitablar oxuyur, kompyuterlə maraqlanır.
Nərmin azərbaycan muğamlarını, mahnılarını və təsniflərini
öyrənməyə üstünlük verir.
Əsas hədəfi universitetə qəbul olmaq və öz səsi ilə
Azərbaycanı xarici ölkələrdə təmsil etməkdir.
Arzusu,məqsədi böyük olan Nərminə bizdə uğur
arzu edir , dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий