Qaməddin körpəlikdə ağıllı,
sakit və təmizkar uşaq olub. Sakit xasiyyəti ilə hamını ozünə cəlb edirdi. Xoşladığı məşğuliyyəti futbol, cüdo və ən əsası
isə musiqi idi. 8 yaşından musiqiyə maraq göstərməyə başlayıb.
Tanrıverdiyev
Qaməddin Rəfail oğlu 10 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Bakı
şəhər Binəqədi rayonundakı 306 saylı orta məktəbdə təhsil alır.
Yeni il və Novruz
şənliklərində ansambl və solo konsertlərdə iştirak edib. 2014-cü ildə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqədə
diplomla təltif olunmuşamub. Həyatımın ən əlamətdar günü də məhz diplomla
təltif olunduğu gündür.
Qazandığım uğurlara görə
valideynlərimə və müəllimlərimə borclu olduğunu deyən Qaməddin gələcəkdə xalq
artisti, tarzən Ramiz Quluyevə oxşamaq istəyir.
O ən yüksək zirvəyə -
Azərbaycan incəsənətinə, mədəniyyətinə, musiqisinə töhfələr verə biləcək qədər
yüksəlmək istəyir.
Tarzən kimi – tarı gələcək
nəsillərə sevdirib, tar sənətinin sirlərini öyrətmək, təbliğini etmək üçün
musiqişünas olmaq istəyir.
Asudə vaxtlarında Azərbaycan
xalq mahnılarını, muğamlarını dinləyir və tar çalıram.
Gələcək planı musiqi
məktəbini bitirib təhsilinmi Konservatoriyada davam etdirməkdir. İlk növbədə
yorulmadan, usanmadan çalışmaq, musiqinin sirlərinə dərindən bələd olmaq,
qazandığım bilik və təcrübəni daha da inkişaf etdirməklə gələcək nəsillərə
çatdırmaq niyyətindədir.
Комментариев нет:
Отправить комментарий