elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 мая 2016 г.

Səfərov Cavid Ramil oğlu

Səfərov Cavid Ramil oğlu 1 sentyabr 1997-ci ildə Ağdaş şəhərində anadan olub. Cavidlə söhbətimiz çox maraqlı alınıb. O, özü haqqında danışanda onu dinləmək çox böyük zövq verir insana. Caviddən adının mənasını və bu adı ona kimin verdiyini soruşanda Cavid bu barədə fəxrlə danışdı. Onun sözlərinə görə bu adı ona babası verib – böyük mütəfəkkirimiz, dahi Cavidin əziz xatirəsi ilə bağlı olaraq. Cavid bildirdi ki, sevimli babası  hələ Cavid beşinci sinifdə oxuyanda vəfat edib, adı ona babasında yadigar qalan tək şeydir. Buna görə də yaşadığı ömür yolunda həmişə Cavid adını doğrultmağa çalışacaq.
Cavid ilk təhsilinə 2004-cü ildə Ağdaş şəhər 3 saylı orta məktəbin 1c sinfində başlayıb, 2008-ci ildə isə Ağdaş şəhər M.Şeyxzadə adına THT təmayüllü gimnaziyanın beşinci sinfinə qəbul olub. Məktəbəqədərki dövrdə Cavidin ən sevimli məşğuliyyəti rəsm olub. Uşaqlıqdan bu sahəyə böyük marağı olduğundan, əvvəllər təxminən heçə bərabər olan əl qabiliyyətini getdikcə inkişaf etdirib, əlindən gələni əsirgəməyib. Məktəb həyatına başlayanda isə bu qabiliyyətini artıq təkmilləşdirib. Təxminən yeddi - səkkizinci  siniflərdə oxuyanda artıq istənilən bir nümunəyə baxmaqla onun rəsmini asanlıqla çəkə bilib, müəllimi də onun rəsmlərini bəyənib. Hətta müəllimi onun çəkdiyi rəsmlərin toplandığı albomu özü ilə götürərək digər siniflərdəki şagirdlərə nümunə göstərib. Cavidin fikrincə, gözəl rəsm çəkməyinin əsas səbəbi yorulmadan öz üzərində işləməsi olub. Cavid məktəbə getməzdən əvvəl yazıb – oxumağı bacarmayıb. Bunları yalnız məktəbdə öyrənib. İlk vaxtlarda uğurlu alınmasa da getdikcə yüksək səylə öz üzərində işləməsi öz bəhrəsini verib, tədricən sinifdəki yaşıdlarını qabaqlaya bilib. 2015-ci ildə M.Şeyxzadə adına THT təmayüllü gimnaziyanın  məzunu olub, TQDK – nın keçirdiyi qəbul imtahanında 681 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.   Təhsildən əlavə məşğuliyyətlərindən biri məsciddə ərəb əlifbasını öyrənməsi olub, bundan sonra o müstəqil şəkildə Qurani – Kərimi oxumağı öyrənib. Məsciddə uşaqlar arasında dini biliklər üzrə keçirilən kiçik, həvəsləndirici yarışlarda iki dəfə yoldaşlarını qabaqlayaraq birinciliyə layiq görülüb, buna görə də müxtəlif dini kitablarla mükafatlandırılıb.
İxtisası ilə bağlı maraq Caviddə 10-cu sinifdə oxuyanda yaranıb. O vaxta qədər isə həkimlik, hüquqşünaslıq və digər ixtisaslara marağı olub. Amma sonradan hiss edib ki, Dövlət İdarəçilik işlərində olması onun daha yaxşı nəticələr əldə etməsinə şərait yaradacaq. Gələcəkdə vətənimiz Azərbaycan üçün, onun inkişafı, dirçəlməsi, gələcəkdə tam inkişaf etmiş bir dövlət olması üçün əlindən gələni edəcəyinə söz verib. Məqsədlərinə, arzularına çatmaq üçün təbii ki, gözəl, yüksək dərəcəli ali təhsil almaq lazımdır. Beləliklə, Cavid qarşısına məqsəd qoyub ki, idarəçilik işlərində ona ən yaxşı təhsili verə biləcək universitetə daxil olsun və o, bunu bacarıb – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Doqquzuncu sinifdən etibarən bu Akademiyaya qəbul olmağı qarşısına məqsəd qoyub. Əvvəllər “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasına marağı daha çox olub. Cavid bunun bir səbəbini də altı il ərzində sinif nümayəndəsi olaraq, sinfin idarəçilik işlərində uğurlu nəticələr əldə etməsi ilə izah edir. Qazandığı uğurlar sayəsində məktəb rəhbərliyi tərəfindən həmişə digər sinif şagirdlərinə örnək göstərilib. Sinif idarəetmə işlərini bacardığını görəndə Cavid “Dövlət idarəetmə” işlərini də bacaracağına ümid edib. Beləcə, bu ixtisasa yönəlib. Amma sonradan, daha dəqiq desək, 10-11-ci siniflərdə oxuyanda, ölkəmizi xaricdə təmsil edə bilmək, Azərbaycanı beynəlxalq aləmdə güclü, suveren, demokratik bir ölkə kimi tanıtmağa şans yarada biləcək bir işdə daha uğurlu olacağına ümid edərək “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq üçün hazırlaşıb.
Orta məktəbdə oxuyanda əlaçı olub, fənlər arasında seçim etmədən, hər birini yaxşı oxumağa çalışıb. Amma təbiidir ki, bəzi fənlərə digərlərindən daha çox marağı olub, bunların arasında ana dili, riyaziyyat, tarix, ingilis dili fənlərini qeyd edə bilərik. Təbii ki, ixtisas qrupunu seçərkən də bu fənlərə olan marağının təsiri böyük olub.
Cavid orta məktəbdə keçirilən intellektual yarışların demək olar ki, hamısında iştirak edib. Bunlardan ən maraqlısı parallel siniflər arasındakı yarışlar olub, bu yarışlarda Cavid qrup rəhbəri olub. Qalib gəldikləri bütün yarışlarda “Tərifnamə” ilə təltif olunublar. Məktəbdə müxtəlif fənlər üzrə keçirilən gecələrdə də qrup yarışmaçısı olaraq iştirak edib və fəal iştirakına görə “Fəxri Fərman”la təltif olunub. Bəzi fənn gecələrində isə aparıcı qismində çıxış edib. Bunlardan əlavə, istər məktəbdəki, istərsə də rayon səviyyəli ictimai tədbirlərdə, bəzən aparıcı kimi, bəzən də şeirlərlə çıxış edib. Amma bununla kifayətlənməyib, bəzən aktyor qismində də müxtəlif tədbirlərdəki iştirakını xatırlayır. Buna misal olaraq S.Rüstəmin “Ana və poçtalyon” əsərindəki poçtalyon rolunu ifa etməsini göstərə bilərik. Cavidin belə yarışlarla bağlı xatirələri çoxdur. Bu da onun məktəb tədbirlərindəki fəal iştirakı ilə əlaqədardır.
Cavid, hal-hazırda ali məktəbdə də dərslərini yaxşı oxuyur. Əlindən gəldiyi qədər bütün fənlərə ciddi yanaşır. Dərsləri ilə məşğul olanda sadəcə kitablarla kifayətlənmir, internetdən də əlavə məlumatlar toplayır. Ali məktəbdə də orta məktəbdə olduğu kimi uğurlar qazanmaq üçün var qüvvəsi ilə çalışır.
Həyatında maraqlı və uğurlu günləri çox olan Cavid, ilk ağlına gələn maraqlı hadisəni bizimlə bölüşdü: 24 noyabr 2010-cu il. Həmin gün Xalq Şairi Fikrət Qocanın 75 illik yubileyi münasibətilə Ağdaş şəhərində keçirilən şeir müsabiqəsinin qalibi olub. Cavid bunu özünün ən böyük uğurlarından biri kimi qeyd edir. Çünki bu müsabiqədə şəhərin bütün məktəblərindən olan şagirdlər iştirak ediblər. Onların içərisində fərqlənmək, qalib olmaq Cavid üçün böyük və gözəl bir nəticə olub. Tədbirdə 3 böyük insanın: Fikrət Qoca, Habil Əliyev və Bəkir Nəbiyevin iştirak etməsi bütün şəhər əhalisi ilə bərabər Cavidi də sevindirib və tədbiri onun üçün daha da maraqlı edib. O, çox sevinir ki, hər kəsə nəsib olmayan bu xoşbəxtlik: həmin insanlarla görüşmək ona nəsib olub. Amma tədbirin ən unudulmaz anlarından biri kimi, bu şəxsiyyətlər binanın foyesinə daxil olan zaman onların qarşısında Cavidə qalibiyyət gətirən “Dədə Qorqud” şeirini söyləməklə, Fikrət Qocanı gül dəstəsi ilə təbrik etməsini qeyd edir. Təbrikdən sonra Bəkir Nəbiyevlə olan görüşü də möhtəşəm tədbiri yaddaşına qızıl hərflərlə yazmasına səbəb olub.
Seçdiyi ixtisasa yiyələnməkdə, qəbul imtahanında yüksək nəticə əldə etməsində əməyi olan insanlara minnətdarlıq edən Cavid, bu insanların arasında xüsusilə həyatdakı ən dəyərli varlığı olan anasının adını çəkir. Cavid belə deyir: “Əgər o arxamda durmasaydı, mənim hazırlaşmağım üçün şərait yaratmasaydı bəlkə də mən bu gün bu nəticəni əldə etməzdim. Buna görə də ən çox anama borcluyam. O, mənim yaxşı təhsil almağım, hazırlaşmağım üçün əlindən gələni əsirgəmir. Bunu da sırf mənim gələcəkdə öz işini qura bilən, ali təhsilli bir insan olmağım üçün edir. Mən də anamın mənə çəkdiyi əziyyəti əlimdən gələn qədər itirməməyə çalışıram və ömür boyu çalışacam.” Anasından sonra belə insanların sırasında təbii ki, müəllimlərini də vurğulayır. Müəllimlərindən öyrəndiklərinin sayəsində elmi işlərdə, imtahanlarda uğurlu nəticələr göstərdiyini vurğulayır: “Anam, müəllimlərim və mənə dəstək olan hər kəs, var olun! Yaxşı ki, varsınız!”
Cavid gələcəkdə dövlətimizin inkişafı üçün əlindən gələni edəcək. Bu işdə onun başlıca örnəyi Ümummilli liderimiz Heydər Əliyevdir. Ali məktəbi bitirdikdən sonra, Xarici İşlər Nazirliyində, Səfirliklərdə işləməyi arzu edir. Azərbaycanın ABŞ-dakı, yaxud Böyük Britaniyadakı səfiri olmaq ən böyük arzusudur. Əgər bu arzusuna nail olsa, dövlətimizin inkişafı və həmçinin həmin ölkələrlə əlaqələrinin genişlənməsində müsbət rol oynayan işlər görəcəyinə inanır.
Asudə vaxtlarında onun ən sevimli məşğuliyyəti bədii kitablarla söhbət etməkdir. Xüsusilə, klassiklərimizin əsərləri ilə, dünya ədəbiyyatı ilə tanış olmaqdan zövq aldığını bildirir. Bundan başqa, internetdə dünya xalqlarının tarixi ilə maraqlanaraq, tarixi abidələr haqqında məlumat toplayaraq intellektual səviyyəsini bir az da artırır. Təbii ki, təbiətin qoynunda olmaq, təbiətlə təmasa girmək də onun çox xoşuna gəlir.
Orta məktəbdə təhsil aldığı müddət ərzində dəfələrlə şagird mətbuat orqanlarında və şəhər qəzetlərində onun uğurları və nailiyyətləri haqqında müəyyən məlumatlar dərc edilmişdir.

Комментариев нет:

Отправить комментарий