Mahmudzadə Cahid
Elşad oğlu 21 iyun 2008-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Cahid
uşaqlıqdan gülərüz, ünsiyyətcil, dostcanlı biri olub. 3 yaşından anası Samirə
xanımla birlikdə elmi seminarlarda, iclaslarda və.s məclislərdə iştirak edirdi.
O çox kiçik olmasına baxmayaraq , Allahın bir hikməti kimi həmişə sakit durar,
lakin elmi söhbət qurtaranda isə ağlamağa başlayardı. Körpəlikdən nağıl və
hekayələri dinləməyi çox sevirdi. Bir-iki dəfə qulaq asdığı nağıl və ya hekayəni
növbəti dəfə artıq özü sözbəsöz danışardı. Məktəbəqədər yaşlarında oxumağı və
yazmağı elə körpələr evi uşaq bağçasında öyrənmişdir. Hafizəsinin güclü olması səbəbi
ilə uşaq bağçasında keçirilən tədbirlərdə yaxından iştirak edər, səhnəciklərdə
rol alardı. Cahid orta məkəbə Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə
başlayıb. Hal-hazırda bu məktəbdə Babayeva Pərvanə müəllimənin sinfində III sinif şagirdidir. Dərslərini
yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənləri arasında
riyaziyyat, ana dili və həyat bilgisi var. Sevdiyi məşğuliyyətlər arasında
şahmat, karate və döyüş oyunları var. Şahmat üzrə 4 – cü yeri qazanmışdır.
Karate üzrə isə sarı kəməri var. Kiçik
yaşlarında anası Samirə xanım hər zaman yatmazdan əvvəl bir nağıl və ya ibrətamiz hekayə
oxuyardı. O zamanlardan anası Cahidin elmə, oxumağa və öyrənməyə olan həddindən
artıq marağının olduğunun şahidi olurdu. Eyni zamanda 5-6 yaşlarındaikən ərəb əlifbasını
öyrənmiş, “Qurani-Kərim”də olan kiçik sürələri öyrənməyə həvəs göstərmişdir.
Qulaq asdığı və oxuduğu sürələri tez bir zamanda əzbərləyirdi. Hal-hazırda 30
sürəni əzbər bilir. Asudə vaxtlarında gəzməyi, yoldaşları ilə birgə vaxt keçirməyi, yeni
dostluqlar qurmağı çox sevir. Həmçinin
heyvanlara qayğı göstərməyi onlarla birgə zaman keçirməkdən xoşu gəlir.
Gələcək həyatı
üçün isə elmi dərəcə almaq və elm adamı olmağı hədəfləyib. Müsahibimiz olan
Cahidə hədəflərinə çatmağı arzulayırıq. Yolun açıq olsun!
Комментариев нет:
Отправить комментарий