Məhərrəmli Amin Nizami oğlu 2008-ci il aprel ayının 8-də Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gözlərini açıb. Amin balaca vaxtı çox sakit, mülayim bir uşaq olub. Getdiyi, gəzdiyi yerlərdə müşahidə aparmağı çox xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, valideyinləri hər gün 30 dəqiqə Aminin təlimi üçün vaxt ayırırdı. Müsahibimizin istedadlı uşaq olduğunu valideyinləri birinci sinifdə oxuyarkən hiss etdilər. Valideyinləri bunun üçün Dilarə müəlliməyə təşəkkür etdiklərini bildirdilər.
Təhsilə Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda Həsənova Mətanət müəllimənin sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur, sinfin əlaçı şagirdlərindəndir. Sevdiyi fənlər arasında riyaziyyat və ingilis dili var. Amin uğurlu fəaliyyəti və təhsildə göstərdiyi müvəffəqiyyətləri üçün bir neçə dəfə diplomla təltif olunmuşdur. Sinif daxili tədbirlərdə fəal şəkildə iştirak etmişdir. Dərslərində əldə etdiyi uğurlara görə anası Nuranə xanıma borcu olduğunu bildirdi. Həmçinin atası Nizami bəyi özünə nümunə götürmüş və ona oxşamaq istədiyini söyləyir. Ən çox texniki fənlərə maraq göstərir, əsasəndə kimya fənninə. Hələ ki, bu fənni keçməsədə gələcəkdə kimyani dərindən öyrənərək, bu istiqamətdə yeni ixtiralar edib, alimlik dərəcəsinə yüksəlmək istəyir. Aminin bu fikrə düşməsinin bir səbəbi var. O, təsadüfən babasının kimya haqqında olan söhbətini eşitməsi onda kimya fənninə maraq oyadıb.
Asudə vaxtlarında musiqi ilə məşğul olur, heyvanlar haqqında kitab oxumağı xoşlayır, üzgüçülük və idmanın başqa sahələri ilə məşğul olur. Həmçinin şeir və nağıl yazmağı, eyni zamanda mütaliə etməyi sevir.
Gələcək hədəfi isə ilk olaraq təhsilini başa vurub, vətənə layiqincə xidmət etmək və arzularının arxasınca getmək istəyir. Amin tarixin yaddaşında bir kimyaçı kimi qalmaq istəyir.
Aminə müvəffəqiyyətlərinin davamlı olması üçün uğurlar arzu edirik. Yolun açıq olsun, səsisin hər zaman zirvədən gəlsin!
Комментариев нет:
Отправить комментарий