Rəhimov Qubeis
Tariel oğlu 1 dekabr 2006-ci ildə Bakı şəhəri Qaradağ rayonunda dünyaya gözlərini açıb. Qubeis gülərüz,
ünsiyyətcil, səmimi və hər kəsin sevimlisi olan bir uşaqdır. Kiçik yaşlarından
etibarən hər zaman yaşıdlarından öz bacarıqları ilə fərqlənirdi. O, həm musiqiyə,
həm də idmana maraq göstərirdi. Məktəbəqədər yaş dövründə Qubeis yazmağı və
oxumağı bacarırdı. Bu işdə ona uşaq
bağçasında olan tərbiyəçisi və bacısı Arzu kömək etmişdir. Onun istedadını, yəni
gözəl səsinin olduğunu valideyinləri məktəbəqədər yaş dövründə kəşf ediblər.
Getdiyi körpələr evi uşaq bağçasında keçirilən bütün tədbirlərdə həvəslə və fəal
şəkildə iştirak edirdi. Bu işdə tərbiyəçilərinin rolu çox böyük olub. Qubeis
orta məktəbə ilk addımlarını Cəmil Niftəliyev adına 233 N-li tam orta məktəbdə
atıb. Hal-hazırda Ağayeva Gülbağça müəllimənin sinfində IV sinif şagirdidir. Dərslərini
yaxşı oxuyur və bütün fənləri sevir. Sinfin əlaçı şagirdlərindəndir. Qubeis
eyni zamanda Cabbar Qaryağdıoğlu adına 9 N-li
uşaq musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alır. Məktəbin fəal
şagirdi olduğu üçün musiqi məktəbində keçirilən tədbirlərdə yaxından iştirak edir. Onun ən yadda qalan günlərindən biri musiqi məktəbində
keçirilən “Şərq Musiqisinin İncisi” adlı muğam konsertində olan çıxışıdır. O,
muğam sahəsində olan nailiyyətlərinə görə Əhməd müəllim və Fədail müəllimə
borclu olduğunu bildirir. Gələcək hədəflərindən
biridə “Muğam” müsabiqəsinin qalibi olmaqdır.
Onun gələcəkdə ki,
ixtisas seçimi isə vətənimizə və dövlətimizə layiqli polis işcisi
olmaqdır.
Asudə vaxtlarında
sambo idman növü ilə məşğul olur.
Qubeis çox
çalışaraq arzularını həyata keçirəcəyini
bildirdi.
Müsahibimiz olan Rəhimov
Qubeisə yolun açıq olsun, arzularına çatasan deyirik.
Səsin hər zaman
zirvədən gəlsin!
Комментариев нет:
Отправить комментарий