İsayeva Ülkər Teymurxan qızı 21 avqust 1998-ci ildə Bakıda dünyaya
göz açıb. O, körpəlikdə diribaş, hər şeylə maraqlanan, ünsiyyətcil, hazırcavab
olmuşdur. Uşaqlıqdan hamı onu çox sevib. Həmişə uşaq jurnallarını maraqla
oxuyardı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bunu bağçada müəllimləri və
anası öyrətmişdirlər. Ülkər erkən yaşlarından bilik yarışlarında, olimpiadalarda,
ictimai işlərdə fəal iştirak edib. 191 №-li tam orta məktəbdə təhsil alıb. Hazırda
Azərbaycan Dövlət İqtisad Universiteti texnologiya və dizayn fakültəsinin I
kurs tələbəsidir. Dərslərindən həmişə yüksək qiymətlər alır. Ən sevdiyi fənn
kimya və ingilis dilidir. Orta məktəbdə əlaçı olub. Bütün fənləri sevərək öyrənib.
Coğrafiya fənnini isə daha böyük maraqla oxuyub. Məktəbdə təşkil edilən bayram
şənliklərində, tədbirlərdə fəal iştirak edib. Məktəbin Kiçik Elmi Akademiyasına
öz elmi işini təqdim edib və I yer tutaraq diplomla təltif olunub. Bu, “Sabahın
alimləri” layihəsinə təqdim edilən iş idi. “Saatların çəkilməsinin insan
orqanizminə təsiri” adlı yazısı bir çox işlər arasından seçilmişdir. Bu elmi
işi ilə respublikamızı Türkiyədə, Kiprdə təmsil edib və II yerə layiq görülmüş,
diplom və medalla ölkəmizə qayıtmışdır. O, bu günləri həyatının ən uğurlu günlərindən
biri hesab edir. Savadlı və bilikli bir övlad olması mərhum atasının arzusu
olub. Atası buna görə Ülkər üçün hər bir şəraiti yaradıb. Qəhrəmanımız həyatında
olan hər bir uğurlu gününə görə valideynlərinə borclu olduğunu deyir.
Asudə vaxtlarında bədii kitablar oxuyur, yaxın rəfiqələri ilə görüşür,
müxtəlif mövzulu filmlərə baxır.
Ülkər elmin ən yüksək pilləsinə çatmaq istəyir. Gələcəkdə ixtisası
üzrə magistr pilləsində təhsil almağa hazırlaşır. Azərbaycanın qabaqcıl mühəndisi
olmaq üçün əlindən gələni etmək və vətənə xeyirli bir vətəndaş olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий