Əlizadə Zeynəb
Nail qızı 8 aprel 2009-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır.
Ailənin ilk
övladıdır. Körpəlikdən ağıllı, sakit və bacarıqlı qız olmuşdur. Zeynəb 4
yaşında olarkən bağçaya daha sonra isə məktəbəqədər hazırlıq kursuna gedərək təhsil
almışıdır. Artıq beş yaşında olarkən yazmağı və oxumağı bilirdi. Hal-hazırda
Binəqədi rayonunda yerləşən 102 nömrəli orta məktəbdə rus dili bölməsində təhsil
alır. Məktəbdə tədris olunan bütün fənnlər üzrə çox fəal iştirak edir və sinifinin
əlaçısıdır. Məktəbdə keçirilən bir çox müsabiqə və tədbirlərdə iştirak edir.
Uşaq vaxtlarından idmana, xüsusilə də gimnastika-akrobatikaya xüsusi həvəsi və
bacarığı olmuşdur. Zeynəb əlavə olaraq üzgüçülük, rəsm, rəqs kimi sahələrə də
çox həvəsi olmuşdur. Boş vaxtlarında rəsm çəkməyi, gəzməyi çox xoşlayır.
Həyatda qazandığı uğur və nailiyyətlərində
valideynlərinin, nənə və babalarının, müəllim və müəllimələrinin böyük rolu
olmuşdur. Zeynəb məktəbi bitirdikdən sonra Universitetə qəbul olmaq, idmanda da
olduğu kimi bütün sahələrdə birinci yeri tutmağı hədəfləyir. Gələcəkdə uşaq həkimi
olaraq, savadlı bir həkim kimi xəstə və müalicəyə ehtiyacı olan uşaqları
sağaltmaq istəyir.
Zeynəb 21 iyun
2017-ci ildə Respublika İxtisaslaşdırılmış Olimpiya Uşaq Gənclər və Gimnastika
Məktəbinin təşkilatçılığı ilə keçirilən Tamblinq üzrə Bakı Gimnastika məktəbinin
birinciliyi müsabiqəsində 1-ci yeri tutmuşdur. Daha sonra 6 dekabr 2017-ci ildə
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatşılığı ilə keçirilən Batut Gimnastikası
və Tambling üzrə Bakı Çempianatı Balacalar, Qadınlar arasında 1-ci yer
tutmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin Təşkilatçılığı ilə keçirilən müsabiqədə Batut Gimnastikası və
Tambling üzrə Bakı Çempianatı Balacalar, Qadınlar arasında 1-ci yerə layiq
görülmüşdür.
Zeynəb Gələcəkdə
valideyn himayəsindən məhrum olmuş körpə uşaqlara və yeniyetmələrə təhsil
almaları üçün kömək etmək fikrindədir.
Комментариев нет:
Отправить комментарий