2010-cu il 20
mart tarixində Mirzəyevlər ailəsində bayram bayrama qarışdı. Mirzəzadə Qəndab
Mehralı qızı Xırdalan şəhərində dünyaya gözlərini açdı. Ailənin ilk övladı Qəndabın
dünyaya gəlişi onlar üçün əsl Novruz hədiyyəsi oldu. Uşaqlıqdan çox aktiv olsa
da, həm də sözəbaxan və mehriban bir qız
idi. Ətrafdakı hər
şeyə maraq göstərirdi. 2014-cü ildən Xırdalan şəhər 24 saylı ”Göyərçin”
uşaq bağçasına gedib. Elə yazıb-oxumağı
da orada olan tərbiyəçisi Pikə xanımın səyi nəticəsində öyrənib.
Təhsilə
Xırdalan şəhəri 2 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda
isə məktəbin 3c sinfində təhsilini davam etdrir. Dərslərində əlaçıdır.
Bu isə anası Esmira xanımın və müəllimləri
xüsusilə isə Lalə xanımın zəhmətinin nəticəsidir. Bütün dərsləri çox
sevir. Lakin Azərbaycan dili və ingilis dilini xüsusi maraq göstərir. Elə buna görə də böyüyəndə jurnalist olmaq
istəyir. Qəndab hər zaman çalışqan biri olduğu üçün bir neçə tərifnaməsidə var.
Uşaq bağçasında olan təlimi müvəffəqiyyətlə başa vurduğu üçün tərifnamə ilə təltif
olunmuşdu. 2017/2018-ci tədris ilində, təlimdə qazandığı müvəffəqiyyətə və
nümunəvi davranışına görə tərifnamə qazanmışdır. Həmçinin ingilis dilini yeni
bir sistem olan Jolly Phonics sistemi ilə öyrənmiş və müvəffəqiyyətlə baş vurduğu
üçün sertifikat əldə etmişdir.
İncəsənət sahəsinə
də marağı olduqca böyükdür. Rəqslə, gimnastika ilə məşğul olur. Asudə
vaxtlarında rəsm çəkməyi xoşlayır. Xırdalan şəhər Mədəniyyət evində bir sıra tədbirlərdə
müxtəlif rəqs nömrələri ilə çıxış edib. Həmçinin1 iyun Uşaqların Müdafiəsi
günündə İTV-də rəqs nömrəsi ilə çıxış
edib.
Bu gündən
sonra da dərslərinə səylə çalışacağına inanır. Gələcəkdə orta məktəbi əla qiymətlərlə
bitirib, yüksək balla ali məktəbə qəbul olub tələbə adı qazanmaq
arzusundadır. Bu cür savadlı, tərbiyəli və cəmiyyətimizə
faydalı övlad böyütdükləri üçün Qəndabın
valideynlərinə öz minnətdarlığımızı
bildiririk. İstedadlı müsahibimiz Qəndaba isə gələcək həyatında uğurlar arzu
edirik. Yolun açıq olsun, səsin hər zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий