Niftaliyev
Rəvan Surxay oğlu 31 yanvar 2004-cü ildə
Bakı şəhərində dünyaya gözlərini açıb. Gülərüz, səmim, sakit və mehriban
uşaq olub. İstedadlı uşaq olması hər zaman ətrafdakıların diqqətini çəkib. Xoşladığı məşğuliyyət
badminton idman növü olub. Bundan başqa futbolla maraqlanıb.
Məktəbə
qədər dövrdə hazırlıq kursuna getmişdir. Orada olan müəllimi tərəfindən
yazıb-oxumağı öyrənmişdi. İdamana olan marağı 10 yaşında yaranıb. Dostları onda
badmintonla məşğul olmaq həvəsini yaradıb.
Təhsilə
Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə
başlamışdır. Hal-hazırda Xətai rayonu
İlqar Cəfərov adına 260 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Dərslərini
yaxşı oxuyur. Azərbaycan dili və tarix fənlərini xoşlayır.
Keçirilən bayram və tədbirlərdə yaxından iştirak edir. Məktəbdə olan “Yeni il” şənliklərində,”Novruz”
bayramı şənliyində, “20 Yanvar faciəsi
ilə bağlı tədbirlərdə çıxış etmişdir. Şeirlər söyləmiş, müxtəlif rollarda çıxış
etmişdir. Həyatının ən uğurlu və maraqlı
günü isə bu ilin idmançısı seçildiyi gündür.
Bundan başqa o bir çox yarışlarda iştirak etmişdir. 82 diplom əldə etmiş
və fəxri fərmanla təltif olunmuşdur.
Əldə
etdikləri uğur və nailiyyətlərə görə müəllimlərinə və valideynlərinə özünü
borclu bilir. Oxşamaq istədiyim insan
yoxdur, o öz dəsti xəttinin yaratmaq istəyir.
Avropa çempionu olmaq ən böyük
arzularındandır.
Asudə vaxtlarında maraqlı kino filmlərə və futbol oyunlarına baxır. Həmçinin yoldaşları ilə birgə futbol oynamağıda çox sevir.
Hələ
gələcək planları barədə qərar verməmsədə, vətənimizə layiqili övlad olmaq istəyir.
Tarixdə
iz qoymaq üçün daha səylə çalışmalı, öz
üzərimdə
daha çox işləməli olduğunu bildirir. İstedadlı müsahibimiz olan Rəvana yolun hər zaman işıqlı və aydın,
uğurların daim olsun olsun deyirik.
Sənin hər
zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий