elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 ноября 2014 г.

Fərid Rəşad oğlu Əliyev

Fərid Rəşad oğlu Əliyev 15 noyabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə 276 saylı orta məktəbin I sinfinə daxil olmuş, hazırda isə Ankara məktəb-liseyində təhsil alır.
Qeyri-adi vərdişləri ilə seçilən balaca Fərid ilk dəfə tanış olduğu insanlardan adı və soyadını, təvəllüdünü, boyunu, çəkisini soruşaraq barəsində ətraflı məlumat toplayarmış.
Hələ kiçik yaşlarından böyük planlar quran bu uşaq özünü “İxtiraçı Fərid” adlandırırmış. Fərid hələ 4 yaşı olarkən uşaq bağçasında keçirilən müxtəlif tədbirlərdə bədii qiraət sahəsi üzrə olan istedadına görə yaşıdlarından fərqlənir. Sonralar bu istedadını inkişaf etdirən Fərid artıq ölkəmizi beynəlxalq tədbirlərdə təmsil edir. İlk belə iştirakı 2012-ci ildə İstanbulda keçirilən və 165 ölkənin qatıldığı festivalda olur. Burada Fərid Azərbaycanı uğurla təmsil edərək VI yerə layiq görülür və diplomla təltif olunur. 2014-cü ildə Ankarada dövlət xadimlərinin də iştirak etdiyi tədbirdə Fərid “Ayağa dur Azərbaycan” şeirini səsləndirir. Möhtəşəm çıxışı ilə tərbir iştrakçılarının alqışlarını qazanan Fərid təşəkkürnamə ilə təltif olunur. “Barış Ekmeği Festivalında” uğrulu iştirakı Emine Erdoğan və vali tərəfindən xüsusi hədiyyələrlə qiymətləndirilib. Bundan əlavə Fərid ölkədaxili müxtəlif tədbirlərdə də uğurla iştirak etmişdir.
Fəridin uğurları və iştirak etdiyi tədbirlərlə əlaqədar materiallar ölkəmizdəki telekanallarda və eləcə də Türkiyənin bir çox xəbər proqramlarında yayınlanıb. Show TV-də yayımlanan “Gülben Show”da iştirak edib.
Şeir sənətini yüksək qiymətləndirən Fərid qiraət sahəsinin onun üçün sevimli bir məşğuliyyət olduğunu deyir. Onun gələcək planları isə başqadır. Fərid cinayətkarlığın günahsız qurbanı olan insanların hüquqlarını müdafiə etmək, cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə hüquqşünas olmağı qərara alıb. Bunun görə dərslərini yaxşı oxuyaraq arzusuna çatmaq üçün çalışır.
Əldə etdiyi uğurlarına görə ilk öncə anasına, müəllimlərinə və Damla İB-nin sədri Nigar xanıma borclu olduğunu deyir.

7 ноября 2014 г.

Səmayə Asif qızı Nağıyeva

 
Səmayə Asif qızı Nağıyeva 2000-ci il noyabrın 8-də Ba­kı şəhərində anadan olmuşdur. Nərimanov rayonundakı  “Ankara” liseyinin IX sinif şa­gir­di­dir.
Məktəbə getmədən ön­cə təhsilə maraq göstərib. O, hələ 5 yaşında sərbəst oxu­maq və yazmaq qabi­liyyətinə malik idi. Qeyri-adi qabiliyyətinin oldu­ğunu müşahidə edən və ixtisasca pedaqoq olan ana­sı Leyla xanım ona hərtə­rəf­li yardım edirdi.
Səmayə dərslərinə mün­təzəm olaraq hazırlaşır və əla oxuyur. Məktəbdə təş­kil olunan bütün tədbir­lərdə fəal iştirak edir və bu da onun qiraətinə, dünyagörüşünün forma­laş­masına təsir edir. O, bir çox müsabiqələrdə dip­lom və fəxri fərman­larla təltif olunub. 2012-cü ildə “Tarixi yaşadanlar” devizi altında keçirilən tarix üzrə yarışmanın fəal iştirakçısı və qaliblərindən olub. Həmçinin olim­pia­da­nın qalibi olmuşdur. İndi isə hədəfi olimpiadanın respublika turunda birincilik əldə et­məkdir.
Səmayə uğurlarına görə ilk mü­əlliminə və fənn müəllimlərinə xüsusilə minnətdarlıq edir.
Boş vaxtlarında da bədii qiraətlə məşğul olmağı se­vən Səmayə rəsm çəkməyə, musiqi dinləməyə də maraq göstərir, yay tətilini baba və nənəsinin yanında keçirməyi xoş­layır.

Səmayənin ən böyük arzusu diplomatiya üzrə təhsil almaq və millət vəkili seçilməkdir. Dünya səyahətinə çıxmaq da önəmli arzularındandır.

5 ноября 2014 г.

Günel Abdul qızı Abdullayeva


Azərbaycan daim istedadlı insanları ilə fərqlənmişdir. Dahi yazıçılar, musiqiçilər, rəssamlar yetişdirmişdir. 
Gələcəkdə böyük şəxsiyyət, vətəninə, ailəsimə layiq bir vətəndaş kimi, öz peşəsində mütəxəssis olacağına inandığımız gənclərdən biri də Günel Abdul qızı Abdullayevadır. Baharın gəlişinin bütün təbiətdə hiss olunduğu bir vaxtda, 28 mart 2003-cü ildə ailəsinə bahardan daha gözəl bir sevinc yaşadaraq dünyaya göz açmışdır Günel. Anasının dediyinə görə Günel uşaqlıqda çox dəcəl olmuş, ancaq heç də təhsildən yan qaçmamışdır. Məktəbə başlayan kimi yeni fikirlə yaranmış II sinifdən Günel musiqiyə meyl etmişdir. Müsabiqədə öz fərqliliyini göstərərək 10 saylı Uşaq Musiqi Məktəbinin qanun sinfinə qəbul olmuşdur. Günel hələ məktəbə başlamazdan yazıb-oxumağı öyrənib, məktəbdə dərslərində müvəffəq olmuşdur. 
Ə. Vahid adına 293 saylı orta məktəbdə təhsil alan Günel Azərbaycan dili və ədəbiyyatı, rus dili, fizika fənnlərini sevir. Kompyüter əsrinin övladı olan bu qız boş vaxtlarında kompyüter oyunları oynamaq, TV izləməklə yanaşı kitab oxumağı da unutmur. 
Günel bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimlərinə borclu olduğunu düşünür və onlara layiq bir övlad kimi böyüyəcəyini bildirir. Gələcəkdə peşəkar musiqiçi olmağı düşünür. Biz də onu gələcəkdə Azərbaycanın dahi sənətkarları səviyyəsində görəcəyimizə inanırıq.

Hüseynzadə Aqşin Nizami oğlu

Doğulduğu andan uşaqların gələcəyi haqqında fikir söyləmək çətindir. Ancaq bəzi uşaqların gələcəyinin nə qədər parlaq olacağını öncədən görmək olur. Uşaqlığından bu günə kimi ağlı və fəallığı ilə seçilən gənclərimizdən biri də Aqşin Hüseynzadədir. 8 martdan bir gün sonra 9 mart 1998-ci ildə dünyaya gələn və anasına ən gözəl hədiyyə olan Aqşin digər uşaqlardan fərqlənərək ağıllı və böyüklər kimi təmkinli olmağı bacarmışdır. Hələ balaca yaşında hər şeylə maraqlanır, müxtəlif suallar verirdi. Təhsilə böyük maraq göstərmişdir. Bu marağını hamıdan tez duyan anası hələ məktəbə getməzdən qabaq ona yazıb-oxumağı öyrətmişdi.
Təhsil pillərində ilk addımlarını 65 saylı orta məktəbdə atan Aqşin sonradan təhsilini 317 saylı orta məktəbdə davam etdirmişdir. Aqşinin valideynləri onu dərin məhəbbətlə sevmiş, uşaqlıdan vətəndaş kimi yetişdirməyə çalışmış və bu gün 17 illik zəhmətin qarşılığını Aqşinin dərin zəkası, nümunəvi davranışı ilə, əldə etdiyi uğurları ilə fəxr edərək alırlar. Aqşin məktəbdə hər zaman ağlı və savadı ilə fərqlənmiş, 11 illik məktəb həyatında əlaçı olmuşdur. Ən çox sevdiyi fənnlər Azərbaycan dili, riyaziyyat və coğrafiyadır. Məktəbdə tədbirlərin sevilən, səlis nitqi ilə hər kəsi ovsunlayan aparıcısı olmuşdur.
Aqşin həyatının ən uğurlu gününün 25 yanvar 2013-cü il olduğunu hesab edir. Çünki həmin gün məktəblərinin fənn olimpiadasının şəhər turunda riyaziyyat fənni üzrə I yerə layiq görülmüşdür. Aqşinin nümunəvi şagird olması müəllimlərinin və məktəb rəhbərliyini gözündən qaçmamış, 2011-ci ildə fəxri fərmanla mükafatlandırılmışdır.
Fəxri fərmanların ardı-arası kəsilmir, riyaziyyat fənninə olan sevgisi Aqşini yüksəltməyə davam edir. Növbəti fəxri fərmanı 2013-cü ildə rayon olimpiadasında I yer tutduğuna görə almışdır. 2012/2013-cü dərs ilində məktəblilərin fənn olimpiadasının şəhər mərhələsində riyaziyyat fənni üzrə I yer tutduğuna görə diplomla təltif olunmuşdur. Bu nailəyətlərin əldə edilməsində Aqşinin valideynlərinin və müəllimləinin rolu əvəzedilməzdir. Elə Aqşinin özüdə onlara minnətdar olduğunu bildirir.

Aqşinin gələcək planları bizdə bir şəxsiyyətin yetişdiyi fikri yaradır. Belə ki, Aqşin ali məktəbə qəbul olub, təhsilini Almaniyada davam etdirmək istəyir. Atasını nümunə götürüb onun kimi iqtisadçı olmaq, tarixinn yaddaşında iqtisad elmləri doktoru kimi qalmaq istəyir. Ümid edirik ki, bir muddət sonra Aqşin sayılıb seçilən gənc iqtisadçılardan biri olacaq.

Qasımov Rəvan İlqar oğlu

Qasımov Rəvan İlqar oğlu 11 dekabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Suraxanı rayonundakı 226 saylı məktəbin fərqlənən, əlaçı, nümunəvi şagirdlərindən birirdir. Eyni zamanda iddialı, böyük məqsədləri olan biridir. Bütün fənlərə qarşı marağı olsa da, riyaziyyatla məşğul olmağı daha çox sevir. Rəvan “Riyaziyyatı bilən bütün kainatln sirlərini bilir” deyə düşünür. O, məktəbə qədəm qoyduğu, ilk addım atdığı günü həyatının ən uğurlu günü hesab edir. Çünki onun gələcək arzu və planlarında, güclü bir şəxsiyyət kimi formalaşmasında məktəbdə qazandıqlarının rolu əvəzsizdir. Rəvan dərslərinə ciddi və məsuliyyətli yanaşaraq həvəslə çalışır. Təsadüfi deyil ki, o əlaçıdır. Əlaçı olmaqla yanaşı ictimai işlərdə, məktəbdə və məktəbdənkənar tədbirlərdə aktiv iştirak edir. Bunlardan yeni il şənliklərini, vətənpərvərlik mövzusunda tədbirləri, teatr tamaşalarını, eləcə də həmyaşıdları arasında keçirilən müsabiqə və yarışları qeyd edə bilərik. Tədbirlərdə fəal iştirak edən Rəvan buna görə tərifnamə və diplomlarla mükafatlandırılmışdır.
O, asudə vaxtlarını da səmərəli keçirir. Mütaliə etməyi, internetdən maraqlı məlumatlar toplamağı xoşlayır. Gələcək planları təhsillə əlaqədar olduğundan bacardığı qədər yüksələcəyini düşünür. İnsanlara qarşı haqq ədaləti qorumaq istəyir ki, bunun üçün də MAA-da təhsil almağı arzulayır.
Tarixin yaddaşında qalmağı böyük qürur hesab edən Rəvan fəaliyyətində hec kimə oxşamaq istəmir. Onun fikrincə, özün kimi olmaq ən böyük xoşbəxtlikdir.
Rəvanın bacısı Fidan da özü kimi əlaçısı, aktiv bir şagirddir. Fidan 20 noyabr 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib. O da dərslərini əla oxuyan, çalışqan və nümunəvi olmasıyla seçilir. Fidanın ən çox sevdiyi fənn Azərbaycan dilidir. Qardaşı kimi Fidan da ictimai işlərdə yaxından iştirak edir. Qazandığı uğurlara görə, tərifnamə və diplomla təltif edilmişdir. Balaca Fidan asudə vaxtını da səmərəli keçirir. Boş vaxtlarında intelektual verilişlərə baxmağı, kitab oxumağı və cizgi filminə baxmağı xoşlayır. Onun üçün müəllimlik peşəsi müqəddəsdir. Buna görə də o, dil və ədəbiyyat müəllimi olmaq istəyir.

Hər iki istedadlı şagirdə uğurlar arzulayırıq.

3 ноября 2014 г.

Verdiyev Nizar Tofiq oğlu

Verdiyev Nizar Tofiq oğlu 26 may 2007-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Hələ lap kiçik yaşlarından mehriban və sakit usaq olub. Bacısının ondan öncə məktəbə getməsi, dərslərinə xüsusi maraq göstərərək məsuliyyətlə yanaşması Nizarda da məktəbə, kitab-dəftərə xüsusi maraq oyatmışdır. Nizar bacısının kitablarına baxaraq özündən müxtəlif nağıllar qoşardı.
Nizar hələ məktəbə getməmişdən əvvəl oxuyub-yazmağı bacarırıdı. Bunu ona anası və bacısı öyrədmişdi.
Nizar hazırda Bakının Hövsan qəsəbəsindəki E. Qaranızadə adına 270 saylı orta məktəbin şagirdidir. Məktəbə getdiyi gün Nizarın həyatında mühüm əhəmiyyət kəsb edir. Çünki bacısı kimi çoxlu biliklər qazanacaq və yeni dostlar tapacaq. O çalışır ki, oxumaqda bacısından və dostlarından daha da irəli getsin. Rəqabət aparmağı sevməsi, hər şeyin ən yaxşısını etməyə çalışması onun daha yaxşı oxumasına, bir çalışqan şagird kimi həmyaşıdlarından fərqlənməsinə səbəb olur.
Nizarın ən sevimli fənləri Azərbaycan dili, rus dili, həyat bilgisi və informatikadır. O əlaçı olmaqla yanaşı ictimai işlərdə də fəaldır. Əlifba bayramında “İ” hərfini canlandırmışdır.
Qazandığı uğurlara görə müəllimlərinə və valideynlərinə minnətdar olan Nizar boş vaxtlarında şəkil çəkməyi, rəngləməyi, velosiped sürməyi və dama oynamağı xoşlayır.

Təhsilin ən hündür zirvəsinə ucalmağı arzulayan Nizarın məqsədi polis olmaqdır. O hələ uşaq bağçasına gedəndən bu qərara gəlmişdir. Bundan başqa o, musiqi və idmanla məşğul olmağı planlaşdırır. 

2 ноября 2014 г.

Ülkər Elxan qızı Rüstəmli

Ülkər Elxan qızı Rüstəmli 2001-ci il sentyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Hələ körəpəliyindən musiqiyə böyük  maraq duyan Ülkər musiqi səsi eşidən kimi diqqətlə qulaq asırmış. Bu marağı  onu  Bakı şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinə gətirir. Fortepiano  sinifində uğurla təhsil alan Ülkər  Mədəniyyət və Turizm İdarəsinin, Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi konsertlərdə  müvəffəqiyyətlə çıxış edərək müxtəlif  nominasiayalar üzrə dilom və tərifnamələrlə təltif olunmuşdur.
Ülkər Rüstəmli Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Zəhra Quliyevanın təşkilatçılığı ilə yaradılmış “İstedadlar Mərkəzi” nə  dinləyiş yolu ilə keçirilən müsabiqədən uğurla keçərək  üzv seçilmişdir. Onun uğurları bununla bitmir. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin H. Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil etdiyi respublika müsabiqəsində  fəal iştirak edərək II dərəcəli diplomla təltif edilmişdir. Bu yaxınlarda İstanbulda keçirilən “Beynəlxalq piano festivalı” tədbirində vətənimizi təmsil etmiş və tərifnamə ilə təltif olunmuşdur.

Gələcəklə bağlı böyük planları olan Ülkər Rüstəmli mükəmməl musiqiçi olmaq üçün çalışır.