Azərbaycan daim istedadlı insanları ilə fərqlənmişdir. Dahi yazıçılar, musiqiçilər, rəssamlar yetişdirmişdir.
Gələcəkdə böyük şəxsiyyət, vətəninə, ailəsimə layiq bir vətəndaş kimi, öz peşəsində mütəxəssis olacağına inandığımız gənclərdən biri də Günel Abdul qızı Abdullayevadır. Baharın gəlişinin bütün təbiətdə hiss olunduğu bir vaxtda, 28 mart 2003-cü ildə ailəsinə bahardan daha gözəl bir sevinc yaşadaraq dünyaya göz açmışdır Günel. Anasının dediyinə görə Günel uşaqlıqda çox dəcəl olmuş, ancaq heç də təhsildən yan qaçmamışdır. Məktəbə başlayan kimi yeni fikirlə yaranmış II sinifdən Günel musiqiyə meyl etmişdir. Müsabiqədə öz fərqliliyini göstərərək 10 saylı Uşaq Musiqi Məktəbinin qanun sinfinə qəbul olmuşdur. Günel hələ məktəbə başlamazdan yazıb-oxumağı öyrənib, məktəbdə dərslərində müvəffəq olmuşdur.
Ə. Vahid adına 293 saylı orta məktəbdə təhsil alan Günel Azərbaycan dili və ədəbiyyatı, rus dili, fizika fənnlərini sevir. Kompyüter əsrinin övladı olan bu qız boş vaxtlarında kompyüter oyunları oynamaq, TV izləməklə yanaşı kitab oxumağı da unutmur.
Günel bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimlərinə borclu olduğunu düşünür və onlara layiq bir övlad kimi böyüyəcəyini bildirir. Gələcəkdə peşəkar musiqiçi olmağı düşünür. Biz də onu gələcəkdə Azərbaycanın dahi sənətkarları səviyyəsində görəcəyimizə inanırıq.
Комментариев нет:
Отправить комментарий