Doğulduğu andan uşaqların gələcəyi haqqında fikir söyləmək çətindir.
Ancaq bəzi uşaqların gələcəyinin nə qədər parlaq olacağını öncədən görmək olur.
Uşaqlığından bu günə kimi ağlı və fəallığı ilə seçilən gənclərimizdən biri də
Aqşin Hüseynzadədir. 8 martdan bir gün sonra 9 mart 1998-ci ildə dünyaya gələn
və anasına ən gözəl hədiyyə olan Aqşin digər uşaqlardan fərqlənərək ağıllı və
böyüklər kimi təmkinli olmağı bacarmışdır. Hələ balaca yaşında hər şeylə
maraqlanır, müxtəlif suallar verirdi. Təhsilə böyük maraq göstərmişdir. Bu marağını
hamıdan tez duyan anası hələ məktəbə getməzdən qabaq ona yazıb-oxumağı öyrətmişdi.
Təhsil pillərində ilk addımlarını 65 saylı orta məktəbdə atan Aqşin
sonradan təhsilini 317 saylı orta məktəbdə davam etdirmişdir. Aqşinin valideynləri
onu dərin məhəbbətlə sevmiş, uşaqlıdan vətəndaş kimi yetişdirməyə çalışmış və
bu gün 17 illik zəhmətin qarşılığını Aqşinin dərin zəkası, nümunəvi davranışı
ilə, əldə etdiyi uğurları ilə fəxr edərək alırlar. Aqşin məktəbdə hər zaman ağlı
və savadı ilə fərqlənmiş, 11 illik məktəb həyatında əlaçı olmuşdur. Ən çox sevdiyi
fənnlər Azərbaycan dili, riyaziyyat və coğrafiyadır. Məktəbdə tədbirlərin sevilən,
səlis nitqi ilə hər kəsi ovsunlayan aparıcısı olmuşdur.
Aqşin həyatının ən uğurlu gününün 25 yanvar 2013-cü il olduğunu hesab
edir. Çünki həmin gün məktəblərinin fənn olimpiadasının şəhər turunda
riyaziyyat fənni üzrə I yerə layiq görülmüşdür. Aqşinin nümunəvi şagird olması
müəllimlərinin və məktəb rəhbərliyini gözündən qaçmamış, 2011-ci ildə fəxri fərmanla
mükafatlandırılmışdır.
Fəxri fərmanların ardı-arası kəsilmir, riyaziyyat fənninə olan
sevgisi Aqşini yüksəltməyə davam edir. Növbəti fəxri fərmanı 2013-cü ildə rayon
olimpiadasında I yer tutduğuna görə almışdır. 2012/2013-cü dərs ilində məktəblilərin
fənn olimpiadasının şəhər mərhələsində riyaziyyat fənni üzrə I yer tutduğuna
görə diplomla təltif olunmuşdur. Bu nailəyətlərin əldə edilməsində Aqşinin
valideynlərinin və müəllimləinin rolu əvəzedilməzdir. Elə Aqşinin özüdə onlara
minnətdar olduğunu bildirir.
Aqşinin gələcək planları bizdə bir şəxsiyyətin yetişdiyi fikri
yaradır. Belə ki, Aqşin ali məktəbə qəbul olub, təhsilini Almaniyada davam
etdirmək istəyir. Atasını nümunə götürüb onun kimi iqtisadçı olmaq, tarixinn
yaddaşında iqtisad elmləri doktoru kimi qalmaq istəyir. Ümid edirik ki, bir
muddət sonra Aqşin sayılıb seçilən gənc iqtisadçılardan biri olacaq.
ugurlarin bol olsun. bravo sene :)
ОтветитьУдалить