Fərid Rəşad oğlu Əliyev 15 noyabr 2001-ci ildə Bakı şəhərində anadan
olmuşdur. 2008-ci ildə 276 saylı orta məktəbin I sinfinə daxil olmuş, hazırda
isə Ankara məktəb-liseyində təhsil alır.
Qeyri-adi vərdişləri ilə seçilən balaca Fərid ilk dəfə tanış olduğu
insanlardan adı və soyadını, təvəllüdünü, boyunu, çəkisini soruşaraq barəsində ətraflı
məlumat toplayarmış.
Hələ kiçik yaşlarından böyük planlar quran bu uşaq özünü “İxtiraçı Fərid”
adlandırırmış. Fərid hələ 4 yaşı olarkən uşaq bağçasında keçirilən müxtəlif tədbirlərdə
bədii qiraət sahəsi üzrə olan istedadına görə yaşıdlarından fərqlənir. Sonralar
bu istedadını inkişaf etdirən Fərid artıq ölkəmizi beynəlxalq tədbirlərdə təmsil
edir. İlk belə iştirakı 2012-ci ildə İstanbulda keçirilən və 165 ölkənin
qatıldığı festivalda olur. Burada Fərid Azərbaycanı uğurla təmsil edərək VI yerə
layiq görülür və diplomla təltif olunur. 2014-cü ildə Ankarada dövlət xadimlərinin
də iştirak etdiyi tədbirdə Fərid “Ayağa dur Azərbaycan” şeirini səsləndirir.
Möhtəşəm çıxışı ilə tərbir iştrakçılarının alqışlarını qazanan Fərid təşəkkürnamə
ilə təltif olunur. “Barış Ekmeği Festivalında” uğrulu iştirakı Emine Erdoğan və
vali tərəfindən xüsusi hədiyyələrlə qiymətləndirilib. Bundan əlavə Fərid ölkədaxili
müxtəlif tədbirlərdə də uğurla iştirak etmişdir.
Fəridin uğurları və iştirak etdiyi tədbirlərlə əlaqədar materiallar
ölkəmizdəki telekanallarda və eləcə də Türkiyənin bir çox xəbər proqramlarında
yayınlanıb. Show TV-də yayımlanan “Gülben Show”da iştirak edib.
Şeir sənətini yüksək qiymətləndirən Fərid qiraət sahəsinin onun üçün
sevimli bir məşğuliyyət olduğunu deyir. Onun gələcək planları isə başqadır. Fərid cinayətkarlığın günahsız qurbanı olan insanların hüquqlarını müdafiə etmək, cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə hüquqşünas olmağı qərara alıb. Bunun görə dərslərini yaxşı oxuyaraq arzusuna çatmaq üçün çalışır.
Əldə etdiyi uğurlarına görə ilk öncə anasına, müəllimlərinə və Damla
İB-nin sədri Nigar xanıma borclu olduğunu deyir.
Комментариев нет:
Отправить комментарий