elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 июня 2016 г.

Əliskəndərova Elmira Eldar qızı

Əliskəndərova Elmira Eldar qızı 19 mart 2009-cu ildə Bakı şəhərində anadan olub. Körpəlikdə ağıllı, düşünərək hərəkət edən uşaq olub. 3-4 yaşlarından  oxumağa, yazmağa, saymağa, rəsm çəkməyə, plastilinlə maraqlı fiqurlar düzəltməyə həvəsi yaranıb. Uşaqlıqdan həmişə baxdığından, görüb-eşitdiklərindən nəticə çıxara bilən uşaq olub. Yaxşını pisdən ayırmağa çalışıb, başa düşmədiklərini soruşub öyrənməkdə maraqlı olub. Anası işlədiyindən, onunla daha çox nənəsi məşğul olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb, bunları həm anasının, həm nənəsinin sayəsində öyrənib.
Bildiyimiz kimi artıq birinci siniflərə qəbul onlayn şəkildə həyata keçirilir. Elmira qəbul zamanı gedən müsabiqələrin hamısından əla qiymətlərlə keçmişdir. İlk və hal-hazırda təhsil aldığı məktəb Pirnəzərov adına 299 N-li məktəb-lisey kompleksidir. Dərslərində əlaçıdır. Bütün fənləri eyni dərəcədə xoşlayır, birini digərindən ayırmır. Hər bir dərsdən vacib məlumatlar aldığına görə hamısı ilə maraqlanmağı əhəmiyyətli hesab edir.
Məktəbdə təşkil edilən bir sıra tədbirlərdə Elmira da rol alıb. Belə tədbirlərin sırasında Yeni il şənliyi (Qar qız), Novruz bayramı (Bahar qız), Əlifba bayramını (Həyat bilgisi) misal göstərmək olar.
Həyatındakı ən maraqlı gün 15 sentyabr – Bilik günüdür. Çünki həmin gün ilk dəfə məktəb həyatına qədəm qoyub.
Elmira dəfələrlə diplom və tərifnamələrlə təltif olunub. Bunların arasında “Yeni Şəfəq” tədris mərkəzi tərəfindən I və III yerlərə layiq görülməsinə görə aldığı diplom, sinifdə fərqləndiyinə görə sinif rəhbəri Lalə xanımın təqdim etdiyi diplom, “Zəfər” kurslarında iştirakına görə aldığı təltifnamələr, “Günəş” redaksiyası tərəfindən “Azərbaycan XXI əsrə istedadlarla” adlanan layihədə təmsil olunmasına görə aldığı diplom öz yerini alıb.
Əldə etdiyi uğur və nailiyyətlərə görə dövlətimizə, valideynlərinə, ona yazmağı, oxumağı öyrədən, mehriban, gülərüz  sinif rəhbəri Lalə Həsənovaya borclu olduğunu bildirir.
Gələcəkdə əsas hədəfi həkim olmaqdır. İnsanların qayğısına qalmaq, sağlamlıqlarının keşiyində durmaq arzusundadır. Uşaqlıqdan bu sahədə işləmək arzusunda olub, gəlincikləri ilə oynayanda da özünü həkim kimi təsəvvür edir və oyuncaqlarını sağaldır.
Asudə vaxtlarında əlavə kitablar oxuyur. Bəzi uşaq jurnallarına abunədir və aylıq gələn jurnalları oxuyur. Rəsm çəkir, plastilindən müxtəlif fiqurlar düzəldir. Bunlarla yanaşı idmanla məşğul olmaq, rəsm dərnəyinə yazılmaq, piano çalmağı öyrənmək istəyir.
Məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olmaq, arzularını həyata keçirməklə insanların yaddaşında qalacağına inanır.

16 июня 2016 г.

Əliyeva Ayla Rasim qızı

Əliyeva Ayla Rasim qızı 15 oktyabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Ayla körpəlikdən deyilən sözü tez və dəqiq başa düşən, hər şeylə maraqlanan, ünsiyyəti xoşlayan uşaq olub. Oturduğu məclisdə və ya hər hansı bir parkda uşaqlarla oynayarkən həmişə diqqət mərkəzində olurdu. Belə ki, danışığı, rəqsləri, maraqlı oyunları ilə ətrafdakı insanların diqqətini çəkirdi. Çoxlu şeirlər bilirdi, demək olar ki, bütün uşaq mahnılarını əzbər bilirdi. 2 yaşından rəsm çəkməyə marağı yaranıb, böyük qardaşının çəkdiyi rəsmlərə baxdıqca onda da belə bir həvəs oyanıb.
Məktəbə getməzdən əvvəl Ayla artıq bütün hərfləri tanıyır, sərbəst  yazıb-oxumağı bilirdi. Bunları ilk müəllimi olan Lalə xanımın köməyi ilə öyrənib. İlk və hal-hazırda təhsil aldığı məktəb 299 nömrəli məktəb-lisey kompleksidir. Dərslərində əlaçıdır. Azərbaycan dili, riyaziyyat, informatika və həyat bilgisi fənlərinə xüsusilə maraq göstərir. Ayla bu fənlərə olan marağını ayrı-ayrılıqda belə izah edir: “Azərbaycan dili mənə yazıb-oxumağı öyrədir, “riyaziyyat” hesab, məntiq, məsələ qurmağı və s. öyrədir, “informatika” kompüterlə işləməyi, maraqlı proqramları öyrədir, “həyat bilgisi” səma cismlərini, təbiət hadisələrini və s. öyrədir. Nənəm coğrafiya müəllimi olduğu üçün onun bizə danışdığı məlumatlar mənə çox maraqlı gəlir, buna görə də “həyat bilgisi” dərsini çox xoşlayıram.”
Ayla dəfələrlə tədbirlərdə çıxış edib. İlk çıxışı 2 yaşından başlayıb. Nəsimi rayonu 74   N-li  bağçada bayram tədbirlərində Qar qız, Bahar qızı rollarını ifa edib. 2004-cü ildə Binəqədi rayonunda “Gül bayramına” həsr olunmuş tədbirdə  çıxış edib. Bunlardan başqa Biləcəri qəsəbəsində yerləşən 284 N-li bağçada Qar qız, Bahar qız və s. rollarda çıxışları olub. 2015-ci il sentyabr ayının 15-də ilk dərs gününə həsr edilən tədbirdə də birinciləri məktəbə aid musiqi parçası ifa edərək salamlayıb.  2016-cı ildə Binəqədi rayon İcra Hakimiyyətinin Novruz bayramına həsr olunmuş tədbirində Multikulturalizm mövzusunda çıxışı olub. Həmin tədbirdə Türk qızı rolunda çıxış edib, həmçinin Novruz bayramına həsr olunan “Creativ TK kids” şənliyində “ən gözəl xonça” müsabiqəsinin qalibi seçilib və hədiyyə qazanıb. 2016-cı ildə Zəfər kurslarının sınaq imtahanında uğurla iştirak edib və diploma layiq görülüb. Ardınca “Yeni Şəfəq” tədris mərkəzində keçirilən bilik yarışmalarında III və I yerlərə layiq görülüb və diplomla təltif olunub.
Aylanın fikrincə elm yolunda  həvəslə irəliləyən insan ən yüksək zirvələrə çatana qədər mübarizə aparmalıdır. Gələcəkdə həkim olmağı arzulayır. Televiziya proqramlarında xəstə uşaqları, qocaları, qüsurlu uşaqları gördükcə belə qərara gəlib ki, gələcəkdə həkim olsun və belə insanların sağalmasına əlindən gəldiyi qədər kömək etsin. Xüsusilə də kiçik yaşda xəstə olub, məktəbə gedə bilməyən uşaqlara kömək etmək istəyir ki, onlar yaşıdlarından geri qalmasınlar.
Asudə vaxtlarında Azərbaycan dili və riyaziyyat fənlərindən testlər həll etməklə, məntiqi məsələlərlə məşğul olur. Rəsm çəkməyi də xoşlayır. Rəsmlərində daha çox portretlər və peyzaj öz əksini tapır. Gələcəkdə müəlimi Şəlalə xanımın köməkliyi ilə çəkdiyi rəsmlərdən bir sərgi təşkil olunmasını istəyir. Hətta xarici sərgilərə də öz rəsmlərini göndərmək arzusundadır. Sevimli məşğuliyyətlərinin arasında açıq havada gəzmək, müxtəlif güllər toplamaq da var. Rəqslə də məşğul olan Ayla dünya rəqslərini də öyrənmək istəyir. İngilis dili ilə yanaşı bir neçə  xarici dil öyrənmək arzusu var.
Əldə etdiyi uğur və nailiyyətlərə görə müəllimlərinə, ailəsinə borclu olduğunu bildirir. Onların dəstəyi və köməyi sayəsində seçilən uşaqların sırasında olduğunu vurğulayır.

Aylanın fikrincə tarixin yaddaşında qalmaq üçün daha çox bilik və bacarıqlara nail olmaq gərəkdir. Ümid edirik ki, Ayla da gələcəkdə “adı tarixə yazılanlardan” olacaq. Uğurlar arzu edirik!

13 июня 2016 г.

Xəlilov Şəmsi Atif oğlu

 
Xəlilov Şəmsi Atif oğlu 12 dekabr 2006-cı ildə Bakı şəhərində - Binəqədi rayonu Biləcəri qəsəbəsində doğulub. Şəmsi körpəlikdə hamının sevimlisi və çox aktiv uşaq olub. Təxminən 2-3 yaşlarından başlayaraq, aşıq musiqisinə marağı oyanmışdı. Həmçinin rəqs etməyi bacarırdı. 6 yaşı olanda idmanla məşğul olmağa başlayıb. Onu bu istiqamətə valideynləri yönləndiriblər, xüsusilə də anası onu idmanaçı kimi görmək istəyir.
Evdə böyük bacılarının olması Şəmsi üçün yazmağı və oxumağı öyrənmək baxımından bir şans olmuşdur. Belə ki, o artıq 5 yaşında yazıb oxumağı bacarırdı. İlk dəfə 299 nömrəli məktəb-lisey kompleksində məktəb həyatına qədəm qoyub. Dərslərində əlaçıdır. Riyaziyyatı , məntiqi məsələlər həll etməyi xüsusilə çox sevir.
Həyatında ən maraqlı gün 2013-cü il iyul ayının 28-də idmanda uğur qazanması olub. Belə ki, 21 kq çəki dərəcəsində  taekvando üzrə yarışda III yerə layiq görülüb, Taekvando Federasiyasının diplom və medalı ilə  təltif olunub. Bundan sonra onun uğurları artmaqda davam etdi. 2014-cü ildə Abşeron rayonu üzrə açıq birincilikdə 27 kq çəki dərəcəsində I yerə layiq görülüb. 9 may 2015-ci ildə “Neftçi İK” Taekvando üzrə Nəsimi komandası açıq birincilikdə 30 kq çəki dərəcəsində III yerə layiq görülüb. 7 iyun 2015-ci ildə “Fateh İK” Taekvando üzrə Binəqədi komandası açıq birincilikdə 33 kq çəki dərəcəsində III yerə layiq görülüb. 1 may 2016-cı ildə “Fateh İK” Taekvando üzrə yeniyetmə və uşaqlar arasında klub birinciliyində 34 kq çəki dərəcəsində I yerə layiq görülüb. Hal-hazırda qırmızı kəmər dərəcəsinə qədər yüksəlib və qara kəmərə doğru əzmlə addımlayır. Əldə etdiyi uğurlara görə məşqçisi Qasımov Orxana və valideynlərinə minnətdarlıq edir.
Gələcəkdə Taekvando üzrə Respublika çempionu Seymur Şahbazov kimi olmaq istəyir. O da idmanda irəliyə addımlamağı, çempion olmağı həfədə alıb. İdmançı olmaq onun uşaqlıqdan bəri ən önəmli düşüncəsi olub.
Asudə vaxtlarında xalq rəsqləri ilə məşğul olmağı xoşlayır. Daha bir sevimli məşğuliyyəti də internetdə idman yarışları izləməkdir.

Tarixin yaddaşında müsbət şəxsiyyət olaraq qalmaq istəyən insanlar kimi Şəmsi də öz hərəkətləri, fəaliyyətləri ilə, vətənini layiqincə təmsil etməsi ilə tarixin yaddaşında qalmaq istəyir.

8 июня 2016 г.

Cəfərova Nigar Ramin qızı


 
 
Azərbaycan həmişə öz istedadlı övladlarıyla fəxr edib. Nigar da öyünəcəyimiz, fəxr edə biləcəyimiz, gələcəyinə böyük ümidlə baxdıgımız balalarımızdan biridir.O,mart ayının 29-u 2005-ci ildə Cəfərovlar ailəsində dünyaya göz acıb.Ailenin ilk övlad payı olan Nigar elə kiçik yaşlarından öz diqqətcilliyi və aktivliyi ilə seçilirdi. 2010-cu ildə 222 saylı Uşaq baxçasında kiçik  əlləri ilə qələm tutmagı öyrənib.Hərfləri və rəqəmləri ona sevimli müəllimi Mətanət müəllim oyrədib.Baxça həyatında bu istedadlı balamız müxtəlif tədbirlərdə fəallıgı ilə həmyasıdlarından fərqlənib.
2001-ci ildə isə 24 saylı tam orta məktəbin birinci sinifinə qədəmlərin atıb.Məktəbli  olmaq sevinci Nigarı daha da fəallasdırır.İlk müəllimi olan Aygün müəllimə onun təhsilində böyük rol oynamıs,əsas sima olmuşdu.Nigar hal-hazirda həmin məktəbin beşinci sinif sagirdidi.Oxudugu müddət Nigar yenə də öz aktivliyi,davranışı,dərslərinə ciddi yanasması ilə müəllim kollektivinin sevimlisi olub.Bütün fənlərə maraqla,həvəslə yanaşmasina baxmayaraq ən cox sevdiyi  fənlər ədəbiyya, tarix,riyaziyyat olub.Nigar sənətkarların həyat və yaradicılıqlarını oz usaq dünyası ilı araşdıraraq  biliklərini təkmilləsdirir.Şairlərin ədəbiyyata gətirdikləri yenilikləri  böyük həvəslə oxuyan Nigar həm də tarixi hadisələri maraqla mütaliə edir və tarixi filmləri izləməyi daha cox sevir.Sadə riyazi hesablamaları kiçik yaşlarından bilən Nigar məntiqə daha cox üstünlük verir.2015-ci ildə məktəblərində keçirilən məntiq yarışında iştirak edərək yüksək balla yarışın qalibi,birincisi olub,sertifikatla mükafatlandırılıb.Nigar məktəb tədbirlərində həmişə fəal  iştirakçı kimi fərqlənib.Məktəb həyatında ən yadda qalan hadisə kimi müəllimi tərəfindən təşkil edilən Qobustan səyahətidir.Nigar orda cox əyləndiyini ,səmərəli vaxt kecirdiyini deyir.Cunki həmin səyahət zamanı tariximizə aid cox geniş məlumat  aldıgını söyləyir.
Nigar əldə etdiyi ugur və nailiyyətlərə görə ilk növbədə müəllimlərinə vədaha sonra valideynlərinə borclu oldugunu deyir.O,boş vaxtlarında musiqiyə qulaq asmagı,rəsm çəkməyi,rəqs etməyi cox sevir.Bu da onun incəsənətə meyilli oldugunu göstərir.Rənglər haqqında ümumi anlayısları var və rənglərin ayrı –ayrılıqda xüsusiyyətlərini  bilir.Əsasən geyim modelleri  cəkir və onları oz fantaziyasına uygun rəngləməyi sevir.
Tarixin yaddaşında qalmaq üçün Moda klubu qurmaq istəyindədir.Klubun başçısı olaraq filmləri izlərkən aktyorların moda tərzini analiz etmək,moda jurnallarından istifadə etməklə plakatlar hazırlamaq həvəsindədir.Moda sahəsində koriyera qurmagı hədəfləyən Nigar ilk növbədəorta məktəbi müvəffəqiyyətlə başa vurmagi planlaşdırıb.Nigar daha sonra isə Ali məktəbə qəbul olmaq daha böyük ugurlara imza atmaq istəyir.Xoşbəxtliyi də elə arzularına catmaqda görən bu istedadlı qızimıza biz də ugurlar arzulayırıq.

1 июня 2016 г.

İbrahimova Vera Arif qızı

İbrahimova Vera Arif qızı 2003-cü il martın 3-ü Ordubad şəhərində anadan olub.Körpəlikdə çox dəcəl eyni zamanda şirin uşaq olub.Uşaqlıqda rəsm çəkməyə böyük marağı olan Vera artıq 5 yaşı olanda gördüyü hər şeyin şəklini çəkirdi.
Məktəbə getməzdən əvvəl oxumağı və yazmağı anası öyrətmişdi ona.Hazırda 61 saylı məktəbdə oxuyan Vera dərslərini çox yaxşı oxuyur.Ən çox sevdiyi fənləri Azərbaycan dili, riyaziyyat, fizika, biologiya, kimya, ingilis dilidir.Məktəb daxili tədbirlərdə çox fəal iştirak edir.Məktəbdə keçirilən Novruz bayramı şənliklərindən birində aparıcı olub.
Həyatının ən uğurlu günü birinci sinifdə oxuyanda qatıldığı  Zəfər kurslarının təşkil etdiyi imtahanda birinci yerə layiq görülüb və hədiyyə qazandığı gündür.2012-2013cü tədris ilini əla qiymətlərlə bitirdiyinə görə diplomla təltif olunub.2013-cü il 25may tarixində Araz kurslarının keçirdiyi sınaq imtahanında 1-ci yer tutduğuna görə tərifnaməyə layiq görülüb.Daha sonra 2014-cü il 22 dekabr tarixində Vera Araz kurslarının keçirdiyi bilik yarışında 2-ci yer tutub tərifnaməyə layiq görülüb.Həmin il Zəfər kursların təşkil etdiyi sınaq imtahanına da qatılıb və 1-ci yerlə təltif edilib.Mayın 4-də və iyunun 25-də Zəfər kurslarında kecirilən daha bir sınaqlara qatılan Vera 1-ci yeri kimsəyə verməmişdir.2015-2016-cı illərdə Zirvə kurslarında 1-ci yer tutduğuna görə yazılı təltif olunub.Bu cür qabaqcıl fəaliyyətlərinə görə  Vera "İstedadlı yeniyetmə"adına layiq görülüb.Əldə etdiyi uğur və nailiyyətlərinə görə Vera özünü müəllimlərinə borclu bilir.Rəsm çəkməyə olan böyük marağından dolayı Leanar Do Danivinçiyə bənzəmək istəyir.
Asudə vaxtlarında rəsm çəkməyi və oyun oynamağı çox sevir.Bədii yaradıcılıqla da məşğul olan Vera gözəl şeirlər yazir.Daha çox vətənpərvərlik mövzusuna müraciət edir.

Əsasını o qoyubdur dövlətin,
Böyük səltənətin, hakimiyyətin,
Qurucusudur yalnız o Səfəvilərin,
Adi "Xətai" tanınır böyük şairin.

Həkim olmaq istəyən Vera insanları sağaltmağı gözəl peşə hesab edir.Bu sahəsinin sirlərinə dərindən yiyələnib professor dərəcəsinə kimi yüksəlmək niyyətindədir. Özünü gələcəyin həm şairi həm rəssamı həmdə həkimi kimi görür.
Məqsədinə çatmaq üçün ilk öncə məktəbi əla qiymətlərlə bitirib yüksək balla universitetə qəbul olmağı hədəfləyir.Biliklərini genişləndirib savadlı mütəxəssis olmaq istəyən Vəra tibb sahəsində yeniliyə imza atacağına inanir.