İbrahimova Vera Arif qızı 2003-cü il martın 3-ü
Ordubad şəhərində anadan olub.Körpəlikdə çox dəcəl eyni zamanda şirin uşaq
olub.Uşaqlıqda rəsm çəkməyə böyük marağı olan Vera artıq 5 yaşı olanda gördüyü
hər şeyin şəklini çəkirdi.
Məktəbə getməzdən əvvəl oxumağı və yazmağı anası
öyrətmişdi ona.Hazırda 61 saylı məktəbdə oxuyan Vera dərslərini çox yaxşı
oxuyur.Ən çox sevdiyi fənləri Azərbaycan dili, riyaziyyat, fizika, biologiya,
kimya, ingilis dilidir.Məktəb daxili tədbirlərdə çox fəal iştirak edir.Məktəbdə
keçirilən Novruz bayramı şənliklərindən birində aparıcı olub.
Həyatının ən uğurlu günü birinci sinifdə oxuyanda
qatıldığı Zəfər kurslarının təşkil
etdiyi imtahanda birinci yerə layiq görülüb və hədiyyə qazandığı
gündür.2012-2013cü tədris ilini əla qiymətlərlə bitirdiyinə görə diplomla təltif
olunub.2013-cü il 25may tarixində Araz kurslarının keçirdiyi sınaq imtahanında
1-ci yer tutduğuna görə tərifnaməyə layiq görülüb.Daha sonra 2014-cü il 22
dekabr tarixində Vera Araz kurslarının keçirdiyi bilik yarışında 2-ci yer tutub
tərifnaməyə layiq görülüb.Həmin il Zəfər kursların təşkil etdiyi sınaq
imtahanına da qatılıb və 1-ci yerlə təltif edilib.Mayın 4-də və iyunun 25-də Zəfər
kurslarında kecirilən daha bir sınaqlara qatılan Vera 1-ci yeri kimsəyə verməmişdir.2015-2016-cı
illərdə Zirvə kurslarında 1-ci yer tutduğuna görə yazılı təltif olunub.Bu cür
qabaqcıl fəaliyyətlərinə görə Vera
"İstedadlı yeniyetmə"adına layiq görülüb.Əldə etdiyi uğur və nailiyyətlərinə
görə Vera özünü müəllimlərinə borclu bilir.Rəsm çəkməyə olan böyük marağından
dolayı Leanar Do Danivinçiyə bənzəmək istəyir.
Asudə vaxtlarında rəsm çəkməyi və oyun oynamağı çox
sevir.Bədii yaradıcılıqla da məşğul olan Vera gözəl şeirlər yazir.Daha çox vətənpərvərlik
mövzusuna müraciət edir.
Əsasını o qoyubdur dövlətin,
Böyük səltənətin, hakimiyyətin,
Qurucusudur yalnız o Səfəvilərin,
Adi "Xətai" tanınır böyük şairin.
Həkim olmaq istəyən Vera insanları sağaltmağı gözəl
peşə hesab edir.Bu sahəsinin sirlərinə dərindən yiyələnib professor dərəcəsinə
kimi yüksəlmək niyyətindədir. Özünü gələcəyin həm şairi həm rəssamı həmdə həkimi
kimi görür.
Məqsədinə çatmaq üçün ilk öncə məktəbi əla qiymətlərlə
bitirib yüksək balla universitetə qəbul olmağı hədəfləyir.Biliklərini genişləndirib
savadlı mütəxəssis olmaq istəyən Vəra tibb sahəsində yeniliyə imza atacağına
inanir.
Комментариев нет:
Отправить комментарий