elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 июня 2016 г.

Əliyeva Ayla Rasim qızı

Əliyeva Ayla Rasim qızı 15 oktyabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Ayla körpəlikdən deyilən sözü tez və dəqiq başa düşən, hər şeylə maraqlanan, ünsiyyəti xoşlayan uşaq olub. Oturduğu məclisdə və ya hər hansı bir parkda uşaqlarla oynayarkən həmişə diqqət mərkəzində olurdu. Belə ki, danışığı, rəqsləri, maraqlı oyunları ilə ətrafdakı insanların diqqətini çəkirdi. Çoxlu şeirlər bilirdi, demək olar ki, bütün uşaq mahnılarını əzbər bilirdi. 2 yaşından rəsm çəkməyə marağı yaranıb, böyük qardaşının çəkdiyi rəsmlərə baxdıqca onda da belə bir həvəs oyanıb.
Məktəbə getməzdən əvvəl Ayla artıq bütün hərfləri tanıyır, sərbəst  yazıb-oxumağı bilirdi. Bunları ilk müəllimi olan Lalə xanımın köməyi ilə öyrənib. İlk və hal-hazırda təhsil aldığı məktəb 299 nömrəli məktəb-lisey kompleksidir. Dərslərində əlaçıdır. Azərbaycan dili, riyaziyyat, informatika və həyat bilgisi fənlərinə xüsusilə maraq göstərir. Ayla bu fənlərə olan marağını ayrı-ayrılıqda belə izah edir: “Azərbaycan dili mənə yazıb-oxumağı öyrədir, “riyaziyyat” hesab, məntiq, məsələ qurmağı və s. öyrədir, “informatika” kompüterlə işləməyi, maraqlı proqramları öyrədir, “həyat bilgisi” səma cismlərini, təbiət hadisələrini və s. öyrədir. Nənəm coğrafiya müəllimi olduğu üçün onun bizə danışdığı məlumatlar mənə çox maraqlı gəlir, buna görə də “həyat bilgisi” dərsini çox xoşlayıram.”
Ayla dəfələrlə tədbirlərdə çıxış edib. İlk çıxışı 2 yaşından başlayıb. Nəsimi rayonu 74   N-li  bağçada bayram tədbirlərində Qar qız, Bahar qızı rollarını ifa edib. 2004-cü ildə Binəqədi rayonunda “Gül bayramına” həsr olunmuş tədbirdə  çıxış edib. Bunlardan başqa Biləcəri qəsəbəsində yerləşən 284 N-li bağçada Qar qız, Bahar qız və s. rollarda çıxışları olub. 2015-ci il sentyabr ayının 15-də ilk dərs gününə həsr edilən tədbirdə də birinciləri məktəbə aid musiqi parçası ifa edərək salamlayıb.  2016-cı ildə Binəqədi rayon İcra Hakimiyyətinin Novruz bayramına həsr olunmuş tədbirində Multikulturalizm mövzusunda çıxışı olub. Həmin tədbirdə Türk qızı rolunda çıxış edib, həmçinin Novruz bayramına həsr olunan “Creativ TK kids” şənliyində “ən gözəl xonça” müsabiqəsinin qalibi seçilib və hədiyyə qazanıb. 2016-cı ildə Zəfər kurslarının sınaq imtahanında uğurla iştirak edib və diploma layiq görülüb. Ardınca “Yeni Şəfəq” tədris mərkəzində keçirilən bilik yarışmalarında III və I yerlərə layiq görülüb və diplomla təltif olunub.
Aylanın fikrincə elm yolunda  həvəslə irəliləyən insan ən yüksək zirvələrə çatana qədər mübarizə aparmalıdır. Gələcəkdə həkim olmağı arzulayır. Televiziya proqramlarında xəstə uşaqları, qocaları, qüsurlu uşaqları gördükcə belə qərara gəlib ki, gələcəkdə həkim olsun və belə insanların sağalmasına əlindən gəldiyi qədər kömək etsin. Xüsusilə də kiçik yaşda xəstə olub, məktəbə gedə bilməyən uşaqlara kömək etmək istəyir ki, onlar yaşıdlarından geri qalmasınlar.
Asudə vaxtlarında Azərbaycan dili və riyaziyyat fənlərindən testlər həll etməklə, məntiqi məsələlərlə məşğul olur. Rəsm çəkməyi də xoşlayır. Rəsmlərində daha çox portretlər və peyzaj öz əksini tapır. Gələcəkdə müəlimi Şəlalə xanımın köməkliyi ilə çəkdiyi rəsmlərdən bir sərgi təşkil olunmasını istəyir. Hətta xarici sərgilərə də öz rəsmlərini göndərmək arzusundadır. Sevimli məşğuliyyətlərinin arasında açıq havada gəzmək, müxtəlif güllər toplamaq da var. Rəqslə də məşğul olan Ayla dünya rəqslərini də öyrənmək istəyir. İngilis dili ilə yanaşı bir neçə  xarici dil öyrənmək arzusu var.
Əldə etdiyi uğur və nailiyyətlərə görə müəllimlərinə, ailəsinə borclu olduğunu bildirir. Onların dəstəyi və köməyi sayəsində seçilən uşaqların sırasında olduğunu vurğulayır.

Aylanın fikrincə tarixin yaddaşında qalmaq üçün daha çox bilik və bacarıqlara nail olmaq gərəkdir. Ümid edirik ki, Ayla da gələcəkdə “adı tarixə yazılanlardan” olacaq. Uğurlar arzu edirik!

Комментариев нет:

Отправить комментарий