Xəlilov Şəmsi Atif oğlu 12 dekabr 2006-cı ildə Bakı
şəhərində - Binəqədi rayonu Biləcəri qəsəbəsində doğulub. Şəmsi körpəlikdə
hamının sevimlisi və çox aktiv uşaq olub. Təxminən 2-3 yaşlarından başlayaraq,
aşıq musiqisinə marağı oyanmışdı. Həmçinin rəqs etməyi bacarırdı. 6 yaşı olanda
idmanla məşğul olmağa başlayıb. Onu bu istiqamətə valideynləri yönləndiriblər,
xüsusilə də anası onu idmanaçı kimi görmək istəyir.
Evdə böyük bacılarının olması Şəmsi üçün yazmağı və
oxumağı öyrənmək baxımından bir şans olmuşdur. Belə ki, o artıq 5 yaşında yazıb
oxumağı bacarırdı. İlk dəfə 299 nömrəli məktəb-lisey kompleksində məktəb həyatına
qədəm qoyub. Dərslərində əlaçıdır. Riyaziyyatı , məntiqi məsələlər həll etməyi
xüsusilə çox sevir.
Həyatında ən maraqlı gün 2013-cü il iyul ayının
28-də idmanda uğur qazanması olub. Belə ki, 21 kq çəki dərəcəsində taekvando üzrə yarışda III yerə layiq
görülüb, Taekvando Federasiyasının diplom və medalı ilə təltif olunub. Bundan sonra onun uğurları
artmaqda davam etdi. 2014-cü ildə Abşeron rayonu üzrə açıq birincilikdə 27 kq çəki
dərəcəsində I yerə layiq görülüb. 9 may 2015-ci ildə “Neftçi İK” Taekvando üzrə
Nəsimi komandası açıq birincilikdə 30 kq çəki dərəcəsində III yerə layiq
görülüb. 7 iyun 2015-ci ildə “Fateh İK” Taekvando üzrə Binəqədi komandası açıq
birincilikdə 33 kq çəki dərəcəsində III yerə layiq görülüb. 1 may 2016-cı ildə
“Fateh İK” Taekvando üzrə yeniyetmə və uşaqlar arasında klub birinciliyində 34
kq çəki dərəcəsində I yerə layiq görülüb. Hal-hazırda qırmızı kəmər dərəcəsinə
qədər yüksəlib və qara kəmərə doğru əzmlə addımlayır. Əldə etdiyi uğurlara görə
məşqçisi Qasımov Orxana və valideynlərinə minnətdarlıq edir.
Gələcəkdə Taekvando üzrə Respublika çempionu Seymur
Şahbazov kimi olmaq istəyir. O da idmanda irəliyə addımlamağı, çempion olmağı həfədə
alıb. İdmançı olmaq onun uşaqlıqdan bəri ən önəmli düşüncəsi olub.
Asudə vaxtlarında xalq rəsqləri ilə məşğul olmağı
xoşlayır. Daha bir sevimli məşğuliyyəti də internetdə idman yarışları izləməkdir.
Tarixin yaddaşında müsbət şəxsiyyət olaraq qalmaq
istəyən insanlar kimi Şəmsi də öz hərəkətləri, fəaliyyətləri ilə, vətənini
layiqincə təmsil etməsi ilə tarixin yaddaşında qalmaq istəyir.
Комментариев нет:
Отправить комментарий