elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 августа 2016 г.

Əvəzov Bəxtiyar Cavanşir oğlu

 

Balaca Bəxtiyar balamız körpəlikdən çox sakit təbiətli və ağıllı  uşaq olub. Valdeynlərinin fikrincə indi də belədi. Uşaq yaşlarında hər şeyə maraq göstərirdi. Şahmat oynamağa, rəsm çəkməyə marağı çox olub. Məktəbə gedənə qədər atasının və hazırlıq müəlliminin sayəsində yazıb-oxumağı qismən öyrənmişdi. 4-5 yaşlarında az-az yazırdı, rəsmlər çəkirdi. 
Əvəzov Bəxtiyar Cavanşir oğlu 2007-ci il avqustun 31-də Sumqayıt şəhərində dünyaya göz açmışdır. İlk təhsilini Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki Təbiət Elmlər liseyində alıb. Hazırda da həmin liseydə təhsilini davam etirir.
Bəxtiyar: " - Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim riyaziyyat fənnidi. Məktəb tədbirlərinin bir neçəsində iştirak etmişəm, şeir  söyləmişəm. 
Ən uğurlu günüm ad günümdü. O gün mənim üçün çox maraqlı olur. 
Əldə etdiyim uğur və naliyətlərimə görə müəllimim Yavər xanıma minnətdarlığımı bildirirəm. Mənim idealım atamdı. Gələcəkdə ona oxşamaq isdiyirəm. 
Elə şeylər var ki, onları əldə etmək olmur və mən onları hazırlamaq istəyirəm. Hər kəs kimi mən də istəyirəm öndə olum."
Bəxtiyarın əsas amalı amalı dövlətimizin qayda-qanunlarına riayət etmək, mütləq əla oxumaq, valdeynlərinə,  vətənə layiqli yararlı insan olmaqdır. 
Bəxtiyar böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən sualına: arzum ixtiraçı olmaqdır - deyə cavab verdi. 
Biz də balaca dostumuza həyatda uğurlar qazanmasını arzu edirik.

7 августа 2016 г.

Quliyev Nihat Sənan oğlu

Hədəfə atılan oxun iti ucu olmalıdır. İsdedadlı insanlar uşaq yaşlarından fərqlənir. Kimisi ilahi vergini inkişaf etdirər, kimisi də zamanın öhtəsinə buraxaraq şairlərin dili ilə desək sandıqda gizlədir. Əgər isdedadlısansa və bunu anladınsa yolunu o andan etibarən təcrübəli insanlar tərəfdən sal. Nihat da hədəfi olan isdedadlı şagirddir.
Yolun başlanğıcında olmasıyla fəxr edə bilər. Balaca Nihadımız da öz uğurlarının arxası ilə qaçır.
Nihat balamız körpəlikdə çox sakit, ağılı, maraqlı uşaq olub. O yaşıdlarından aqressiv uşaq olduğu üçün seçilirdi. Əksər uşaqlar kimi maşınlara maraq gösdərirdi. Demək olar ki bütün maşınlarım markasını tanıyırdı. Hətta babasının, əmisinin maşının görcək dayanırdı. 3-4 yaşlarında məktəbə getmədən yazıb-oxumağı qismən öyrənmişdi. Onun bu marağını görən valdeynləri Nihadı məktəbəqədər hazırıq kurslarına yazdırdılar.
Quliyev Nihat Sənan oğlu 19 iyul 2008-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. İlk təhsilini Texniki və Təbiət Elmləri liseyində alıb. Hazırda həmin liseydə təhsilin davam etirir. Dərslərini əla qiymətlərlə oxuyur.
Nihat: Həmişə dərsə hazırlıqlı getməyə çalışıram. Ən çox sevdiyim fənlər riyaziyyat, ingilis dili fənnidir. Riyaziyyatı mənə sevdirən müəllimim Elnarə xanım olub.
Məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olmaq arzusundayam. İstərdim ki ali təhsilimi xarici ölkələrin birində alım.
Asudə vaxtlarımda velosiped sürürəm, futbol oynamağı xoşlayıram.
Onun əsas məqsədi tarixin yaddaşında qalmaqdır. Balaca qəhrəmanımızın arzusu ali məktəbə yüksək bala qəbul olmaq xaricdə təhsil almaqdır.
Məqsədi böyük olan Nihada biz də uğurlar arzu edirik, dərslərində müvəffəqiyyətlər diləyirik.

Kərimli Nəzrin Natiq qızı

  
Nəzrin körpəlikdə çox sakit, ağılı, şirin uşaq olub. 4 yaşından bəri yazıb-oxumağı bacarırdı Nəzrin balamız. Uşaq bağçasında müəllimi tərəfindən öyrədilmişdir.
Kərimli Nəzrin Natiq qızı 2004-cü ildə oktyabrn 16-da Sumqayıt şəhərində dünyaya göz açmışdır. İlk təhsil aldığı orta məktəb Nizami Gəncəvi adına Texniki Təbiət Elimlər liseyidir. Hazırda da həmin liseydə təhsil alır. 
Nəzrin: Dərslərimi əla qiymətlərlə oxuyuram. Hər zaman dərsə hazırlıqlı gedirəm. Ən çox sevdiyim fənlər riyaziyyat və ingilis dili. Əldə etdiyim naliyyətlərimə görə müəllimlərimə, valdeynlərimə hədsiz dərəcədə minnətarlığımı bildirirəm. Dərslərimi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq isdiyirəm.
Gələcək planlarım iqtisadçı olmaq, əmimin sənətin davam etirmək istərdim.
Asudə vaxtlarımda kitab oxumağı sevirəm
Sadəcə fikrimi dərslərimə yönləndirirəm. Çalışıram ki dərslərimi əla oxuyub yüksək nəticələrə nail olum.
“QARANT” Tədris Mərkəzinin 2012-ci ildə keçirdiyi sınaq imtahanında ingilis dili fənnindən yüksək nəticə gösdərdiyinə görə, yarım ildə əldə etdiyi yüksək naliyyətlərinə görə fəxri fərmanla təltif olnunmuşdur.
2013/2014-cü ildə Heydər Əliyevin 91 illiyinə həsr olunmuş riyaziyyat fənni üzrə olimpiadada II yeri tutduğuna görə fəxri fərmanla təltif olunmuşdur.
İnanırıq ki bundan sonra da naliyyətlərin çox olacaq. Sənə uğurlar arzu edirik.

Ayla Zabil qızı Kəlbiyeva

Növbəti qəhrəmanımız Ayladır.  Ayla Zabil qızı Kəlbiyeva. Ayla körpəlikdən çox bacarıqlı uşaq olub. Musiqiyə böyük həvəsi var idi. Hələ 5 yaşındaykən Resbublika Uşaq Filarmoniyasına Oktay Zülfüqarovun rəhbərlik etdiyi “Bənövşə” Uşaq Xoruna gedib. Oktay müəllimin sayəsində xeyli mahnılar öyrənib. Öz mahnılarından ibarət mini diski var idi. Ayla Oktay Zülfüqarovun yanında məşqlər edən zaman onun fortepianoda necə çaldıqına diqqətlə baxırdı. Aylanın fortepiano üzrə oxumasını təklif elədi.
Ayla məktəbə gedənə qədər yazıb-oxumağı da bacarırdı. Buna uşaq bağçasındakı tərbiyəçilərin sayəsində nail olmuşdu.
Ayla 2005-ci il iyunun 10-da Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Milli Konservatoriyası tərkibində Resbublika İncəsənət Gimnaziyasının V sinif  şagirdidir. Eyni zamanda fortepiano ixtisası üzrə təhsil alır.
Ayla dərs əlaçısıdır. Uğurlarına heç də asanlıqla nail olmayıb. Öz üzərində səylə çalışıb, musiqi dünyasının zəngin ifalarına gərgin əməyi sayəsində nail olub. Məhz çalışqanlığı, musiqiyə hədsiz marağı sayəsində 2013-cü ildə Maltada keçirlən “Violin and friends” beynəlxalq müsabiqəsində III, 2014-cü ildə Fransada N. Rubinşteyn adına müsabiqədə II, 2015-ci ildə İtaliyada “Ciitta Pızaro” adlı müsabiqədə II yerin qalibi olub.
Ayla deyir: 2016-cı ilin yanvarı mənim üçün uğurlu olub. ABŞ-da “Amerikan Proteje” beynəlxalq müsabiqəsində işdırak edəcəyəmi eşitdikdə sevincimin hədd-hüdudu yox idi. Bu nüsabiqəyə qatılaraq II yerə layiq görüldüm.
İsdedadlı yeniyetməmiz qazandığı naliyyətlərlə kifayətlənmir, daha möhtəşəm auditoryaların alqışlarını qazanmaq istəyir və bu arzularının gərçəkləşməsi ücün səylə çalışır.

Biz də sənə bundan sonrakı həyatında, dərslərində, musiqi fəaliyyətində uğurlar arzu edirik.

5 августа 2016 г.

İbrahimli Elmir Anar oğlu

 
 

Elmir körpəlikdə ağıllı, dərin düşüncəli, maraqlı uşaq  olub. Ta uşaq yaşlarından rəsmə maraqı çox olub. Yaşıdlarından fərqli olaraq uşaq bağçasına və hazırlıqlara getməsi ona bu gün  əldə elədiyi uğurlarında çox kömək olub. Məktəbə qədər müəllimi və nənəsinin sayəsində yazıb-oxumağı müəyyən qədər bilirdi.
İbrahimli Elmir Anar oğlu 2008-ci ildə yanvarın 27-də İsmayıllı rayonunda anadan olub. İlk təhsilini Bakının Nəsimii rayonundakı 5 saylı tam orta məktəbdə alıb. Hazırda da həmin məktəbdə təhsilin davam etirir.
Elmir: Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən sevdiyim fənlər riyaziyyat, rus dili, rəsm, ingilis dili fənləridir. Məktəbimizdə keçirlən tədbirlərdə fəal iştirak etmişəm  və rollarım müxtəlif olub. Şahmat məktəbində isə dərəcə uğrunda yarışda öz yaşıdlarım arasında IV dərəcəyə layiq görüllmüşəm.
Asudə vaxtlarımda ən çox sevdiyim kitab oxumaq, ailəmlə səyahətə çıxmaq, rəsmlə məşqul olmaqdır.
Əldə etdiyim naliyyətlərimə görə valdeynlərimə, müəllimimə çox borcluyam.
Balaca qəhrəmanımız atasına bənzəməyi çox istəyir. Elmirin sözlərinə görə, o, rəsmlə məşğul olarkən daxilindəki bütün mənfi enerjini atır, pis auralardan uzaqlaşır. Rəssamlığın bu xüsusiyyəti Elmirə bu sahəni sevdirmişdir.
Elmir balamızın əsl məqsədi vətənimizə, millətimizə layiqli övlad olmaqdır. Bu uğurlarını davam etdirmək, rəsm çəkmə qabiliyyətini inkişaf etdirərək Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bunun ardınca isə ölkənin tanınmış rəssamları sırasında  öz adını yazaraq beynalxalq sərgilərdə iştirak etmək Elmirin qarşısında duran əsas vəzifədir.

Uğurlar olsun sənə Elmir balamız.