Növbəti qəhrəmanımız Ayladır. Ayla Zabil qızı Kəlbiyeva.
Ayla körpəlikdən çox bacarıqlı uşaq olub. Musiqiyə böyük həvəsi var idi. Hələ 5
yaşındaykən Resbublika Uşaq Filarmoniyasına Oktay Zülfüqarovun rəhbərlik etdiyi
“Bənövşə” Uşaq Xoruna gedib. Oktay müəllimin sayəsində xeyli mahnılar öyrənib. Öz
mahnılarından ibarət mini diski var idi. Ayla Oktay Zülfüqarovun yanında məşqlər
edən zaman onun fortepianoda necə çaldıqına diqqətlə baxırdı. Aylanın fortepiano
üzrə oxumasını təklif elədi.
Ayla məktəbə gedənə qədər yazıb-oxumağı da bacarırdı.
Buna uşaq bağçasındakı tərbiyəçilərin sayəsində nail olmuşdu.
Ayla 2005-ci il iyunun 10-da Bakı şəhərində dünyaya
göz açmışdır. Azərbaycan Milli Konservatoriyası tərkibində Resbublika İncəsənət
Gimnaziyasının V sinif şagirdidir. Eyni
zamanda fortepiano ixtisası üzrə təhsil alır.
Ayla dərs əlaçısıdır. Uğurlarına heç də asanlıqla
nail olmayıb. Öz üzərində səylə çalışıb, musiqi dünyasının zəngin ifalarına gərgin
əməyi sayəsində nail olub. Məhz çalışqanlığı, musiqiyə hədsiz marağı sayəsində
2013-cü ildə Maltada keçirlən “Violin and friends” beynəlxalq müsabiqəsində III,
2014-cü ildə Fransada N. Rubinşteyn adına müsabiqədə II, 2015-ci ildə İtaliyada
“Ciitta Pızaro” adlı müsabiqədə II yerin qalibi olub.
Ayla deyir: 2016-cı ilin yanvarı mənim üçün uğurlu
olub. ABŞ-da “Amerikan Proteje” beynəlxalq müsabiqəsində işdırak edəcəyəmi
eşitdikdə sevincimin hədd-hüdudu yox idi. Bu nüsabiqəyə qatılaraq II yerə layiq
görüldüm.
İsdedadlı yeniyetməmiz qazandığı naliyyətlərlə
kifayətlənmir, daha möhtəşəm auditoryaların alqışlarını qazanmaq istəyir və bu
arzularının gərçəkləşməsi ücün səylə çalışır.
Biz də sənə bundan sonrakı həyatında, dərslərində, musiqi
fəaliyyətində uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий