Elmir körpəlikdə ağıllı, dərin düşüncəli, maraqlı
uşaq olub. Ta uşaq yaşlarından rəsmə
maraqı çox olub. Yaşıdlarından fərqli olaraq uşaq bağçasına və hazırlıqlara
getməsi ona bu gün əldə elədiyi
uğurlarında çox kömək olub. Məktəbə qədər müəllimi və nənəsinin sayəsində yazıb-oxumağı
müəyyən qədər bilirdi.
İbrahimli Elmir Anar oğlu 2008-ci ildə yanvarın
27-də İsmayıllı rayonunda anadan olub. İlk təhsilini Bakının Nəsimii rayonundakı
5 saylı tam orta məktəbdə alıb. Hazırda da həmin məktəbdə təhsilin davam etirir.
Elmir: Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən
sevdiyim fənlər riyaziyyat, rus dili, rəsm, ingilis dili fənləridir. Məktəbimizdə
keçirlən tədbirlərdə fəal iştirak etmişəm
və rollarım müxtəlif olub. Şahmat məktəbində isə dərəcə uğrunda yarışda öz
yaşıdlarım arasında IV dərəcəyə layiq görüllmüşəm.
Asudə vaxtlarımda ən çox sevdiyim kitab oxumaq, ailəmlə
səyahətə çıxmaq, rəsmlə məşqul olmaqdır.
Əldə etdiyim naliyyətlərimə görə valdeynlərimə, müəllimimə
çox borcluyam.
Balaca qəhrəmanımız atasına bənzəməyi çox istəyir. Elmirin
sözlərinə görə, o, rəsmlə məşğul olarkən daxilindəki bütün mənfi enerjini atır,
pis auralardan uzaqlaşır. Rəssamlığın bu xüsusiyyəti Elmirə bu sahəni
sevdirmişdir.
Elmir balamızın əsl məqsədi vətənimizə, millətimizə
layiqli övlad olmaqdır. Bu uğurlarını davam etdirmək, rəsm çəkmə qabiliyyətini
inkişaf etdirərək Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bunun ardınca isə ölkənin
tanınmış rəssamları sırasında öz adını
yazaraq beynalxalq sərgilərdə iştirak etmək Elmirin qarşısında duran əsas vəzifədir.
Uğurlar olsun sənə Elmir balamız.
Комментариев нет:
Отправить комментарий