Balaca Bəxtiyar
balamız körpəlikdən çox sakit təbiətli və ağıllı uşaq olub. Valdeynlərinin fikrincə indi də belədi. Uşaq
yaşlarında hər şeyə maraq göstərirdi. Şahmat oynamağa, rəsm çəkməyə marağı çox
olub. Məktəbə gedənə qədər atasının və hazırlıq müəlliminin sayəsində yazıb-oxumağı qismən öyrənmişdi. 4-5 yaşlarında az-az yazırdı, rəsmlər çəkirdi.
Əvəzov
Bəxtiyar Cavanşir oğlu 2007-ci il avqustun 31-də Sumqayıt şəhərində dünyaya
göz açmışdır. İlk təhsilini Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki Təbiət
Elmlər liseyində alıb. Hazırda da həmin liseydə təhsilini davam etirir.
Bəxtiyar: " - Dərslərimi
əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim riyaziyyat fənnidi. Məktəb tədbirlərinin
bir neçəsində iştirak etmişəm, şeir söyləmişəm.
Ən uğurlu günüm ad günümdü. O gün mənim üçün çox maraqlı olur.
Əldə etdiyim uğur və naliyətlərimə
görə müəllimim Yavər xanıma minnətdarlığımı bildirirəm. Mənim idealım atamdı. Gələcəkdə
ona oxşamaq isdiyirəm.
Elə şeylər var ki, onları əldə etmək olmur və mən onları hazırlamaq istəyirəm. Hər kəs kimi mən də istəyirəm öndə olum."
Bəxtiyarın
əsas amalı amalı dövlətimizin qayda-qanunlarına riayət etmək, mütləq əla
oxumaq, valdeynlərinə, vətənə layiqli
yararlı insan olmaqdır.
Bəxtiyar böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən
sualına: arzum ixtiraçı olmaqdır - deyə cavab verdi.
Biz də balaca dostumuza həyatda
uğurlar qazanmasını arzu edirik.
Комментариев нет:
Отправить комментарий