elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 октября 2016 г.

Xudiyeva Ayla Nazim qızı

Xudiyeva Ayla Nazim qızı 10 yanvar 2005-ci ildə Bakı şəhərində anadan olub. Ayla körpəlikdə sakit, şirin uşaq olub. Rəsmə və rəqsə böyük maraq göstərirdi, ətrafında olan hər bir şey ona maraqlı idi. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Həm məktəbəqədər hazırlıq kurslarına, həm də müəllim yanına getmişdir. 4 yaşından rəsm çəkməyə marağı yaranıb. 4 yaşında ilk dəfə Rəssamlıq Qalereyasında rəsm kurslarına yazılmışdır.
Bakı şəhəri Nəsimi rayonu T. Həsənov adına 23 №-li orta məktəndə təhsil alır. Dərslərini yaxşı oxuyur. İngilis dili, alman dili, riyaziyyat, tarix, ədəbiyyat və rəsm ən sevimli fənləridir. Məktəbdə keçirilən bayramlarda, ulu babası Hikmət Ziyanın yaradıcılıq gecəsində, rəsm sərgisində fəal iştirak edib. Həyatının ən maraqlı günləri ad günləridir.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə borclu olduğunu deyir. Gələcəkdə ölkəmizə layiqli vətəndaş ola bilmək üçün dərslərini daha yaxşı oxumağa çalışır.
Gələcəkdə hansı sənət sahibi olacağını hələ dəqiqləşdirməyib.
Asudə vaxtlarında rəsm çəkməyi, fortepianoda ifa etməyi, musiqi dinləməyi, kitab oxumağı və üzgüçülüklə məşğul olmağı xoşlayır. Rəsm çəkərkən təbiət mənzərələrinə üstünlük verir.

Məktəbi əla qiymətlərlə bitirmək, ali təhsil almaq, seçəcəyi sahənin mütəxəssisi olmaq, ailəsinə və xalqına layiqli övlad olmaq Aylanın ən böyük arzusudur. 

Xudiyev Nizami Nazim oğlu


Xudiyev Nizami Nazim oğlu 29 iyun 2006-cı ildə Bakı şəhərində anadan olub. Nizami körpəlikdə çox şirin, sakit bir uşaq olub. Körpəlikdən oyuncaq heyvanlara və rəqsə böyük maraq göstərirdi. Hara getsə, mütləq oranın heyvanxanası ilə maraqlanır və oraya gedirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Həm məktəbəqədər hazırlıq kurslarına, həm də müəllim yanına getmişdir. 4 yaşından rəsm çəkməyə marağı yaranıb.
Bakı şəhəri Nəsimi rayonu T. Həsənov adına 23 №-li orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur. İngilis dili, alman dili, riyaziyyat, tarix və rəsm ən sevimli fənləridir. Məktəbdə keçirilən bayramlarda, atasının babası Hikmət Ziyanın yaradıcılıq gecəsində, rəsm sərgisində fəal iştirak edib. Həyatının ən maraqlı günləri ad günləri və xarici ölkələri səyahət etdiyi günlərdir.
Əldə etdiyi hər bir uğur və nailiyyətə görə valideynlərinə borclu olduğunu deyir. Dərslərini gözəl oxumağa çalışır ki, gələcəkdə ölkəmizə layiqli vətəndaş ola bilsin. Gələcəkdə hansı sənətə sahib olacağı barədə hələ qərar verməyib.
Asudə vaxtlarında futbol, şahmat oynamağı, güləşməyi, rəsm çəkməyi, musiqi ifa etməyi və dinləməyi, üzgüçülüklə məşğul olmağı xoşlayır. Rəsm çəkərkən portretə, heyvan şəkillərinə və təbiət mənzərələrinə üstünlük verir.
Məktəbi əla qiymətlərlə bitirmək, ali təhsil almaq, gözəl mütəxəssis olmaq, ailəsinə və xalqına layiqli övlad olmaq Nizaminin həyat amalıdır. 

XUDİYEV TURAL RÖVŞƏN OĞLU

Xudiyev Tural Rövşən oğlu 2005-ci il aprelin 20-də Bakı şəhərində dünyaya göz açmışdır. Uşaqlıq dövründə Tural ağıllı, sakit uşaq  olub. Bir söz deyəndə çox gözəl başa düşüb normal da qəbul edirdi. Ən çox sevdiyi məşğuliyyət rəsm çəkmək idi. Məktəbə gedənə qədər Fastrakids hazırlıq mərkəzində rus-dili, riyaziyyat və ingilis dili üzrə hazırlaşmışdır.
Bacısı Həcər qalareyaya gedəndən sonra onda təsviri incəsənətlə daha ciddi səviyyədə məşğul olmağa maraq yarandı. Bir müddət fərdi hazırlaşdı, daha sonra qalareyada rəsm dərnəyinə yazıldı. Tural məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. İlk təhsilini 193 saylı orta məktəbdə alıb. Hazırda isə 147 saylı texniki-humanitar liseydə təhsilini davam etirir.
Tural: Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər fizika, riyaziyyat, idman və rəsmdir. 
Asudə vaxtlarımda rəsmlə, idmanla məşğul oluram. Məktəb tədbirində daim iştirak edirəm. Musiqidə diplom əldə etmişəm. Ən uğurlu günüm 17 sentyabrdı.
Əldə etdiyim naliyyətlərə görə ailəmə və müəllimlərim Məhəbbət xanıma, Nigar xanıma, Elza müəllimə, Könül müəllimə özümü borc bilirəm.
Gələcək planım dərslərimi yaxşı oxuyub ali məktəbə qəbul olmaqdır. 
Biz də redaksiyamız adından istedadlı Tural balamıza uğur və nailiyyətlər arzu edirik.

4 октября 2016 г.

Rzazadə Xədicə Baxış qızı

Xədicə Rzazadə doğulduğu ilk anlardan iddialı  insan olacağı artıq bəlli idi. Xədicəni ilk dəfə qucağıma aldığımda, onun çox ciddi və ağıllı qız olacagı, mənə bir ana kimi ayan olmuşdur. Eyni zamanda qeyd edim ki, olduqca tərs  usaq olması da görünürdü. Heç xoşlamırdı ki, onu çox öpsünlər və əziziləsinlər.
Onun artıq iki yaşı var idi,  hərifləri  bilməsə də, artıq, müxtəlif  kitablarda ona lazım olan, oyuncaqlarına bənzər səkilləri tapır, onları diqqətlə nəzərdən keçirdirdi. Onu da qeyd edim ki, bir çox usaqlardan fərqli olaraq dil açdıqda “ana” yox “ata” demışdir. Yəni onun ilk sözü “ata” olmuşdur. İlk dəfə yazıb-oxumağı da, beş yaşında vurma cədvəlini də, Azərbaycan və dünya  şairlərinin müxtəlif əsərlərinin öyrənməsində də, atası Baxış bəyin əziyyəti və qəlbən həvəs göstərməsi danılmazdır.
Uç yaşında Xədicə “Kruqazor” məktəbəqədər tədris mərkəzində rus dili kurs -larında  dərslər keçməyə başlamışdır. Onu da qeyd edim ki, kursu müvəffəqiyyətlə başa vuraraq məktəbəqədər kurslara qəbul edilmişdir. Dörd yaşından etibarən bu gunə kimi də Xədicə ingilis dili kurslarında məşğul olur. Xarici dillərə maraq onda körpə yaşlarından özünü göstərmişdir. Məktəbəqədər hazırliq kurslarını Xədicə, şəhadətnamə ilə bitirir.  
Xədicə Baxış qızı Rzazədə 2006-cı ildə noyabr ayının beşində gözəl payız günlərinin birində Bakı şəhərində Allah tərəfindən valideyinlərinə hədiyyə edilmişdir. Qeyd etdiyim kimi uşaq yaşlarından istedadlı usaq olduğu diqqəti cəlb etdiyindən atasının təkidi ilə bes yaşında orta  məktəbə qəbul olmaq üçün, Bakı şəhəri Tahir Həsənov adına 23 №-li tam orta məktəbə sənədləri təqdim edilmişdir. Məktəbin musabiqə yolu ilə usaqları qəbul etməsı bizi heş də qorxutmadı. Xədicə nəinki məktəbin tələb etdiyi bütün müsabiqə ballarını yuksək müvəffəqiyyətlə topladı, eyni zamanda da, yaşıının az olmasına görə qanuna əsasən Təhsil Nazirliyinin xüsusi uşaqlar üçün təşkil etdiyi komissiyada da, özünün qeyri adi istedada malik olmasını sübut etdi. Beləliklə də 2012-ci il sentyabrın 15-də  Mahinur Hacıyevanın sinfində dərs almağa başlamışdır.
İndiki kimi yadımdadır: “ Mahinur xanım dərslər başladıqdan bir – iki həftə sonra valideyin iclası etmisdir. İclas bütün valideyinlər kimi  mənədə də, bir ana kimi olduqca həyacanlı və məsuliyyətli hisslər yaşadırdı. Çünkı sinif rəhbəri kimi Mahinur xanım şagirdləri haqqında ilk fikir və təəsuratlarını bildirməli idi ki, bu da çox-çox inanılmaz  hisslər aşılayırdı. Sinifdə 45 usaq təhsil alırdı, buna baxmayaraq Mahinur xanım bütün şagirdləri barədə öz fikirlərini bildirdi və mənə bir ana kimi Xədicə haqqında qeyd etdiyi bu sözləri- “ O, balaca professordur ” -eşitmək fəxrli anlardan biri kimi yaddaşıma ömürlük həkk olunmuşdur.
Xədicə Rzazadə hal hazırda beşinci sinifdə oxuyur. İbtidai sinfi (hər dörd ili) müvəffəqiyyətlə bitirərək beşinci sinifə tam əlaçı şagird qismində qədəm qoymuşdur. Artıq dərs ilinin az bir müddətdə başlamasına baxmayaraq yeni müəllimləri tərəfindən xüsusi təriflərlə diqqətləndirilmişdir.
Müxtəlif tədbir və müsabiqələrdə istirak etmişdir: “Mənim sevimli rəqəmim “ adlı layihədə birinci yer tutmuş və diplomla təltif edilmişdir.
Məktəbin təşəbbüsü ilə keçirilən A.S.Puşkinə həsr edilmiş möhtəşəm lahiyədə fəal iştirakına görə diplomla, bundan əlavə  ibtidai sinifin  dörd ilini  də əla qiymətlərlə bitirdiyi üçün fəxri diplomlarla təltif edilmişdir.
Asudə vaxtlarını bütün yaşıdları kimi əyləncəli  və eyni zamanda da səmərəli keçirtməyə üstünlük verir. Valideyinləri  kimi bunun üçün hər bir şərait yaratmağa çalışırıq. Onu da, qeyd edim ki, Xədicə səyahət etməyi çox sevir.   

Xədicə bir şagird kimi bütün fənlərə hörmətlə yanaşir və bilir ki gələcəkdə savadlı səxsiyyət kimi yetişməsində hər bir fənnin öz yeri var. Lakin gələcəkdə həkim sənətinə yiyələnərək bundan əlavə Azərbaycanı dünyada təmsil etmək istəyi onu spesifik fənnlərə daha şox maraq yetirməyə vadar edir. O, xüsusilə dəqiq elilmləri  (riyaziyyat, fizika , kimya) və xarici dillərin təmamilə fəth edilməsinə can atır. Onun ən böyük arzusu o dur ki, həkimlik sənətinə yiyələnərək eyni zamanda da, xarici ölkələrdə  Azərbaycanın nümayəndəsi kimi fəaliyyət göstərsin.  Biz də bu yolda ona bir valideyin kimi həmişə dəstək oluruq və uğurlar arzu edirik.   

3 октября 2016 г.

Abbaslı Nərgiz Eldəniz qızı

 
Abbaslı Nərgiz Eldəniz qızı 24 fevral 2011-ci ildə Bakı şəhərində anadan olub. Valideynlərinin dediklərinə görə, Nərgiz anadan olandan bütün həyatları dəyişib. Onun hamıdan fərqli olacağını başa düşüblər. Nərgiz vaxtından əvvəl oturub, vaxtından əvvəl yeriyib, vaxtından əvvəl dil açıb. Hələ danışmağa başlamamış bütün uşaq şeirlərini, uşaq nağıllarını bilirdi. 2 yaşından bağçaya gedib. Nərgiz Azərbaycan, rus ingilis dillərini öyrəndi. Nərgizdə olan istedadı görən anası onu Oktay Zülfüqarovun yanına apardı. Oktay Zülfüqarovun bütün mahnıların bilir. Rus, Azərbaycan və dünya uşaq ədəbiyyatının əksər uşaq nağılarını bilir. Balaca balamız çox istiqanlı, istedadlı uşaqdır. Oktay Zülfüqarov Nərgizə bağışladığı kitablarının birində maraqlı dərkənar yazmışdır: “İstedadlı nəvəmə”. Oktay bəy ona pianoda çalmağı öyrətmişdir. Nərgiz bütün uşaq mahnılarını bilirdi. Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul oldu. hələ 3 yaşı olmayanda Filarmoniyanın xor, teatr, rəqs dərnəklərində iştirak edib. Rəşid Behbudov adına mahnı teatrının səhnəsində musiqili komediya teatrının səhnəsində, aktyorlar evində çıxışları olub. Bir-neçə teliviziya kanalarında çıxışı olub. Oktay Zülfüqarov haqqında çəkilən verilişin qonağı olub. Hələ məktəbə getməsə də, çox nailiyyətlər əldə edib. 2014-cü ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının musiqili komediya teatrının səhnəsində, “Bremen” musiqiçiləri adlı konsertdə xorda alman musiqisi ifa edib. 2015-ci il Rəşid Behbudov adına mahnı teatrının səhnəsində Novruz bayramında, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsertində kəpənək rolunda çıxış edib. Oktay Zülfüqarovun haqqında verilişinin qonağı olub. Ən yaddaqalan çıxışı Bebi Plaza bağçasının səhnəsində çıxışı olub.
Anası ilə fəxr edir. Nailiyyətlərindən dolayı ailəsinə və müəllimlərinə minnətdardır. Anasına bənzəmək istəyir.

Biz də balaca Nərgizə həyat yollarında uğurlar arzu edirik.

2 октября 2016 г.

Qayıbova Fatimə Səyyad qızı

Qayıbova Fatimə Səyyad qızı 7 oktyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Körpəlikdən ağıllı, sakit uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdir. 5 yaşından artıq məktəbə, elmə marağı olub, nağıları çox sevib. 
İlk təhsilini 203 №-li orta məktəbdə alıb. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox Azərbaycan dili, riyaziyyat, informatika və həyat bilgisi fənlərini sevir. Məktəbdə təşkil edilən tədbirlərdə fəal iştirak edir. Fəxri fərmanla təltif olunub. Əldə etdiyi nailiyyətlərə görə özünü anasına və müəlliminə borclu bilir. Anasına və müəlliminə oxşamaq istəyir. Dərslərini əla qiymətlərlə oxuyub istəklərinə nail olmağa çalışır. Gələcəkdə hakim olmaq arsusundadır. Bu peşəyə yiyələnərək anasına dəstək olmaq istəyir, çünki anasının ondan başqa heç kimi yoxdur.
Asudə vaxtlarında kitab oxumağı, rəqslə məşğul olmağı xoşlayır.
Gələcəyin hakiminə uğurlar arzu edirik.