Xədicə Rzazadə doğulduğu ilk anlardan iddialı insan olacağı artıq bəlli idi. Xədicəni ilk dəfə
qucağıma aldığımda, onun çox ciddi və ağıllı qız olacagı, mənə bir ana kimi
ayan olmuşdur. Eyni zamanda qeyd edim ki, olduqca tərs usaq olması da görünürdü. Heç xoşlamırdı ki,
onu çox öpsünlər və əziziləsinlər.
Onun artıq iki yaşı var idi, hərifləri
bilməsə də, artıq, müxtəlif
kitablarda ona lazım olan, oyuncaqlarına bənzər səkilləri tapır, onları
diqqətlə nəzərdən keçirdirdi. Onu da qeyd edim ki, bir çox usaqlardan fərqli
olaraq dil açdıqda “ana” yox “ata” demışdir. Yəni onun ilk sözü “ata” olmuşdur.
İlk dəfə yazıb-oxumağı da, beş yaşında vurma cədvəlini də, Azərbaycan və
dünya şairlərinin müxtəlif əsərlərinin
öyrənməsində də, atası Baxış bəyin əziyyəti və qəlbən həvəs göstərməsi
danılmazdır.
Uç yaşında Xədicə “Kruqazor” məktəbəqədər tədris
mərkəzində rus dili kurs -larında dərslər
keçməyə başlamışdır. Onu da qeyd edim ki, kursu müvəffəqiyyətlə başa vuraraq məktəbəqədər
kurslara qəbul edilmişdir. Dörd yaşından etibarən bu gunə kimi də Xədicə
ingilis dili kurslarında məşğul olur. Xarici dillərə maraq onda körpə
yaşlarından özünü göstərmişdir. Məktəbəqədər hazırliq kurslarını Xədicə, şəhadətnamə
ilə bitirir.
Xədicə Baxış qızı Rzazədə 2006-cı ildə
noyabr ayının beşində gözəl payız günlərinin birində Bakı şəhərində Allah tərəfindən
valideyinlərinə hədiyyə edilmişdir. Qeyd etdiyim kimi uşaq yaşlarından
istedadlı usaq olduğu diqqəti cəlb etdiyindən atasının təkidi ilə bes yaşında
orta məktəbə qəbul olmaq üçün, Bakı şəhəri
Tahir Həsənov adına 23 №-li tam orta məktəbə sənədləri təqdim edilmişdir. Məktəbin
musabiqə yolu ilə usaqları qəbul etməsı bizi heş də qorxutmadı. Xədicə nəinki məktəbin
tələb etdiyi bütün müsabiqə ballarını yuksək müvəffəqiyyətlə topladı, eyni
zamanda da, yaşıının az olmasına görə qanuna əsasən Təhsil Nazirliyinin xüsusi
uşaqlar üçün təşkil etdiyi komissiyada da, özünün qeyri adi istedada malik
olmasını sübut etdi. Beləliklə də 2012-ci il sentyabrın 15-də Mahinur Hacıyevanın sinfində dərs almağa
başlamışdır.
İndiki kimi yadımdadır: “ Mahinur xanım dərslər
başladıqdan bir – iki həftə sonra valideyin iclası etmisdir. İclas bütün
valideyinlər kimi mənədə də, bir ana
kimi olduqca həyacanlı və məsuliyyətli hisslər yaşadırdı. Çünkı sinif rəhbəri
kimi Mahinur xanım şagirdləri haqqında ilk fikir və təəsuratlarını bildirməli
idi ki, bu da çox-çox inanılmaz hisslər
aşılayırdı. Sinifdə 45 usaq təhsil alırdı, buna baxmayaraq Mahinur xanım bütün
şagirdləri barədə öz fikirlərini bildirdi və mənə bir ana kimi Xədicə haqqında
qeyd etdiyi bu sözləri- “ O, balaca professordur ” -eşitmək fəxrli anlardan
biri kimi yaddaşıma ömürlük həkk olunmuşdur.
Xədicə Rzazadə hal hazırda beşinci sinifdə
oxuyur. İbtidai sinfi (hər dörd ili) müvəffəqiyyətlə bitirərək beşinci sinifə
tam əlaçı şagird qismində qədəm qoymuşdur. Artıq dərs ilinin az bir müddətdə
başlamasına baxmayaraq yeni müəllimləri tərəfindən xüsusi təriflərlə diqqətləndirilmişdir.
Müxtəlif tədbir və müsabiqələrdə istirak
etmişdir: “Mənim sevimli rəqəmim “ adlı layihədə birinci yer tutmuş və diplomla
təltif edilmişdir.
Məktəbin təşəbbüsü ilə keçirilən A.S.Puşkinə
həsr edilmiş möhtəşəm lahiyədə fəal iştirakına görə diplomla, bundan əlavə ibtidai sinifin dörd ilini
də əla qiymətlərlə bitirdiyi üçün fəxri diplomlarla təltif edilmişdir.
Asudə vaxtlarını bütün yaşıdları kimi əyləncəli və eyni zamanda da səmərəli keçirtməyə
üstünlük verir. Valideyinləri kimi bunun
üçün hər bir şərait yaratmağa çalışırıq. Onu da, qeyd edim ki, Xədicə səyahət
etməyi çox sevir.
Xədicə bir şagird kimi bütün fənlərə hörmətlə
yanaşir və bilir ki gələcəkdə savadlı səxsiyyət kimi yetişməsində hər bir fənnin
öz yeri var. Lakin gələcəkdə həkim sənətinə yiyələnərək bundan əlavə Azərbaycanı
dünyada təmsil etmək istəyi onu spesifik fənnlərə daha şox maraq yetirməyə
vadar edir. O, xüsusilə dəqiq elilmləri
(riyaziyyat, fizika , kimya) və xarici dillərin təmamilə fəth edilməsinə
can atır. Onun ən böyük arzusu o dur ki, həkimlik sənətinə yiyələnərək eyni
zamanda da, xarici ölkələrdə Azərbaycanın
nümayəndəsi kimi fəaliyyət göstərsin.
Biz də bu yolda ona bir valideyin kimi həmişə dəstək oluruq və uğurlar
arzu edirik.
Комментариев нет:
Отправить комментарий