Xudiyev Tural Rövşən oğlu 2005-ci il aprelin 20-də Bakı şəhərində dünyaya göz açmışdır. Uşaqlıq dövründə Tural ağıllı, sakit uşaq olub. Bir söz deyəndə çox gözəl başa düşüb normal da qəbul edirdi. Ən çox sevdiyi məşğuliyyət rəsm çəkmək idi. Məktəbə gedənə qədər Fastrakids hazırlıq mərkəzində rus-dili, riyaziyyat və ingilis dili üzrə hazırlaşmışdır.
Bacısı Həcər qalareyaya gedəndən sonra onda təsviri incəsənətlə daha ciddi səviyyədə məşğul olmağa maraq yarandı. Bir müddət fərdi hazırlaşdı, daha sonra qalareyada rəsm dərnəyinə yazıldı. Tural məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. İlk təhsilini 193 saylı orta məktəbdə alıb. Hazırda isə 147 saylı texniki-humanitar liseydə təhsilini davam etirir.
Tural: Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər fizika, riyaziyyat, idman və rəsmdir.
Asudə vaxtlarımda rəsmlə, idmanla məşğul oluram. Məktəb tədbirində daim iştirak edirəm. Musiqidə diplom əldə etmişəm. Ən uğurlu günüm 17 sentyabrdı.
Əldə etdiyim naliyyətlərə görə ailəmə və müəllimlərim Məhəbbət xanıma, Nigar xanıma, Elza müəllimə, Könül müəllimə özümü borc bilirəm.
Gələcək planım dərslərimi yaxşı oxuyub ali məktəbə qəbul olmaqdır.
Biz də redaksiyamız adından istedadlı Tural balamıza uğur və nailiyyətlər arzu edirik.
Комментариев нет:
Отправить комментарий