Xudiyeva Ayla Nazim qızı 10 yanvar 2005-ci ildə Bakı şəhərində anadan
olub. Ayla körpəlikdə sakit, şirin uşaq olub. Rəsmə və rəqsə böyük maraq göstərirdi,
ətrafında olan hər bir şey ona maraqlı idi. Məktəbə gedənə qədər yazıb-oxumağı
bilirdi. Həm məktəbəqədər hazırlıq kurslarına, həm də müəllim yanına getmişdir.
4 yaşından rəsm çəkməyə marağı yaranıb. 4 yaşında ilk dəfə Rəssamlıq
Qalereyasında rəsm kurslarına yazılmışdır.
Bakı şəhəri Nəsimi rayonu T. Həsənov adına 23 №-li orta məktəndə təhsil
alır. Dərslərini yaxşı oxuyur. İngilis dili, alman dili, riyaziyyat, tarix, ədəbiyyat
və rəsm ən sevimli fənləridir. Məktəbdə keçirilən bayramlarda, ulu babası Hikmət
Ziyanın yaradıcılıq gecəsində, rəsm sərgisində fəal iştirak edib. Həyatının ən
maraqlı günləri ad günləridir.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə borclu olduğunu deyir.
Gələcəkdə ölkəmizə layiqli vətəndaş ola bilmək üçün dərslərini daha yaxşı
oxumağa çalışır.
Gələcəkdə hansı sənət sahibi olacağını hələ dəqiqləşdirməyib.
Asudə vaxtlarında rəsm çəkməyi, fortepianoda ifa etməyi, musiqi dinləməyi,
kitab oxumağı və üzgüçülüklə məşğul olmağı xoşlayır. Rəsm çəkərkən təbiət mənzərələrinə
üstünlük verir.
Məktəbi əla qiymətlərlə bitirmək, ali təhsil almaq, seçəcəyi sahənin
mütəxəssisi olmaq, ailəsinə və xalqına layiqli övlad olmaq Aylanın ən böyük
arzusudur.
Комментариев нет:
Отправить комментарий