elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 апреля 2018 г.

Abdullayev Süleyman Abbas oğlu

 
 
Abdullayev Süleyman Abbas oğlu 20 iyul 2010-cu ildə Bakı şəhə­rində anadan olub. Süleyman körpəlikdə dəcəl, istəklərini bildirən, maraqlarını göstərən uşaq olub. Müxtəlif leqolardan evlər, yazmağı, pozmağı, şəkil çəkməyi, robotlar və digər əşyalar düzəltməyi çox sevib. Məktəbə gedənə qə­dər 4 yaşından yazıb-oxumağı babasının köməyilə öyrənib. Onun üzərində məktəbəqədər təhsil aldığı 303 saylı bağçanın tərbiyəçi müəllimi Sənəm xa­nımın rolu danılmazdır. 5 ya­şında məktəbəqədər təhsil al­dığı Nərimanov rayonu B. Sol­tanov adına 34 saylı mək­təbin ibtidai sinif müəllimi Natavan Abdullayevanın kö­məyilə bilik və bacarığını daha da mükəmməlləşdirib. Məktəb­dən əlavə olaraq babası daim onun təhsili ilə maraqlanır və üzərində çalışır. Süleyman 9 ayında danışıb, 1 yaşından gəzməyə başlayıb. Söz ehtiyatlarının çox olması üçün babası ilə anası ona Azərbaycan nağıllarını və laylalarından çoxlu nümunlər oxu­yublar. O, 2 yaşında bağçaya gedəndə bütün nağılları bilir və sərbəst danışırdı, bəzən özündən şeirlər belə qoşurdu.
Süleyman 3 yaşı olanda rəsmə getmək istəyini bildirib və Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılıq Sarayının təsviri sənət qalereyasında təsviri incəsənət dərnəyinə yazılıb. Oyuncaq traktorlarını, dinozavrları, maşınları eynən bənzədib çəkməyi bacarıb. O, 4 yaşında artıq sərbəst rus dilində danışa bilib. Bununla yanaşı üzgüçülüklə də məşğul olub.
Süleyman evdə cizgi filmlərinə baxmaqla rus dilini öyrənib. Bununla yanaşı hesablamağı, hərfləri tanıyıb və sərbəst olaraq yazıb. Süleyman 5 yaşında ARTLİFE rəsm dərnəyində Şahnaz Ağa­ye­vanın rəhbərliyi ilə keçirilən usta-dərslərinə qoşulub və çəkdiyi şəkillər dünyanın müxtəlif yerlərində təşkil edilmiş uşaq rəsm sərgilərinə göndərilib. 2016-cı ildə Bolqarıstanın Nova Zagora və Belorusiyanın “На Своей зямле” diplomlarına layiq görülüb.
O, 6 yaşında şahmat məktəbində şahmat oynamağı öyrənib. Təhsil Nazirliyinin pilot layihələrindən olan American Academinin təşkil etdiyi ingilis dili kurslarında iştirak edib və tərifnamə ilə təltif olunub. Taekvondo idman növü üzrə sarı kəmər əldə edib.
Süleyman 2016-cı ildə Nərimanov rayonundakı B. Soltanov adına 34 saylı orta məktəbdə təhsil alır. Hazırda həmin məktəbin II sinif şagirdidir. Tədris olunan fənləri yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənni riyaziyyatdır.
Süleyman bağçada və məktəblərində keçirilən tədbirlərdə, bayram şənliklərində fəal iştirak edib. O, 15 sentyabr 2016-cı ildə bilik günü, Əlifba bayramında Cırtdan, Turp personajında, Polis rolunda, “Xocalı faciəsini” əks etdirən tədbirdə, XI siniflərin son zəngində, American Academinin təşkil etdiyi hesabat tədbirində müxtəlif səhnəciklərdə iştirak edib. Süleyman üçün 2017-ci ilin yay tətili ən maraqlı və unudulmaz olub. Həmin yayda Rusiya Federasiyasının Sankt-Peterburq və Moskva şəhərlərində yaddaqalan, maraqlı günlər keçirib. Orada “Ermitaj”, “Quliverin Evində”, “Tərsinə Ev”, “Leninq­rad Hərbi Tari­xi” Muzeylərində, I Pyotrun yaz və qış bağlarında, Neva çayında olub.
2016-cı il “На Своей зямле” və Bolqarıstanın Nova Zagora diplomları ilə, 2017-ci ilin may ayında American Academy tərəfindən tərifnamə ilə, 12 iyun 2017-ci ildə əlaçı kimi tərifanmə ilə, 23 dekabr 2017-ci ildə taekvondo olimpiya idman növü üzrə sarı kəmər sertifikatı ilə təltif olunub. 2018-ci ildə taekvando üzrə yoldaşlıq görüşlərində 30 kq. çəki dərəcəsində III yerə layiq görülüb.
Süleyman əldə etdiyi nailiyyətlərinə görə üzərində böyük əməyi olan valideynərinə, babasına və Natavan müəllimə borcludur. O, gələcəkdə olimpiya birincisi olmaq arzusundadır.
Hüquq müdafiəçisi, prokuror olmaq istəyir. Süleyman 6 yaşında bu fikrində tam qərarlaşıb. Asudə vaxtlarında şahmat oynamağı, idmanla məşğul olmağı, ensiklopedik kitablar və nağıllar oxumağı xoşlayır. Onun digər sevimli məşğuliyyəti rəsmlər çəkmək və plastilinlə işlə­məkdir. O, istəklərinə nail olmaq üçün dərslərini yaxşı oxumaqla mək­təbi qırmızı diplomla bitirmək niyyətindədir. Süleyman savadı, bilik və bacarığı ilə Vətəninə layiqli övlad olmağı qarşısına məqsəd qoyub. 

İbadlı Mətin Ceyhun oğlu


 
İbadlı Mətin Ceyhun oğlu 17.04.2010-cu ildə Bakı şəhərində anadan olub. Mətin körpəlikdən hərəkətli,ağıllı,hər bir işə maraq göstərən uşaq olub.Hələ kiçik yaşlarından oynadığı oyunlarda,özünə aid gördüyü işlərdə məntiqlə hərəkət edərdi.Bu da onun yüksək məntiqə malik olmasından xəbər verir.Ətrafında gördüyü və eşitdiyi hər bir hadisə ilə dərindən maraqlanar,onlar haqqında ətraflı məlumat əldə etməyənə qədər sakitləşməzdi. Valideynləridə  onun bu maraqlarını nəzərə alıb hər bir sualını geniş şəkildə cavablandırıb. Onun ən çox maraqlandığı sahələr idman, kainat, texnika, tarix, ölkələr və onların bayraqları idi. Mətin 4 yaşında ikən şahmat məktəbinə gedib və Xanlar müəllimin şagirdi olub. Bu, Mətinin özünün könüllü istəyi idi və onun riyaziyyata marağından irəli gəlirdi.Bir müddət futbolla da maraqlanıb və məşğul olub.Futbola olan marağı Leo Messiyə olan azarkeşliyindən yaranmışdı.Fanatlıq etdiyi komanda isə “Barselona”dır.Hər kəsin,bütün Mətini tanıyanların ilk hiss etdikləri onun həddən artıq vətənpərvər olmasıdır.Hər yerdə,hər bir şəraitdə bu hiss onda özünü büruzə verir.Vətən onun üçün hər şeydən öndə gəlir.Azərbaycan bayrağına xüsusi hörmətlə yanaşır,evlərinin hər bir guşəsində,döş nişanında,sinif otağında partasının üzərində,hətta qol saatında belə Azərbaycan bayrağına rast gəlmək olar.Həmçinin onun Azərbaycan əsgərlərinə xüsusi sevgisi və hörməti var. Mətin Aprel döyüşləri vaxtı “Əsgərə məktub” kampaniyasında öz fikri və öz xətti ilə onlara məktub da yazmışdı. Mətin hələ kiçik yaşlarından yazıb-oxumağı bilirdi,bu, ona valideynləri tərəfindən öyrədilmişdi.Məktəbə getməmişdən əvvəl “Hədəf” kurslarının məktəbəqədər hazırlığında Gülnar müəllimin köməyilə bilik və bacarıqlarını artırmış,bunlara mükəmməl dərəcədə yiyələnmişdir.Hazırlıqda olduğu müddətdə kursun müəllim heyəti arasında rəğbət qazanmış və hər kəs tərəfindən sevilirdi. Mətin 4 yaşında ikən onda xüsusi liderlik qabiliyyəti olduğu valideynləri tərəfindən aşkar edildi.Maraq dairəsindən asılı olmayaraq hər bir sahədə lider olmağa çalışır və bunu çox zaman bacarır.Hər zaman qarşısına qoyduğu məqsədə doğru irəliləyir və ona nail olmayana qədər o işdən əl çəkmir. Bu da onun inadkar, mübariz, dözümlü, möhkəm iradəyə sahib olmasından xəbər verir. İbadlı Mətin General Həzi Aslanov adına 175 saylı tam orta məktəbdə təhsil alır. Məktəbdə bütün keçirilən fənlərdən əla qiymətlər alır.Ən sevdiyi fənlər isə Azərbaycan dili,riyaziyyat və həyat bilgisidir.Fizika və Kimya tədris olunmasa da,onlara xüsusi marağı var. Məktəbdə qeyd olunan Müstəqillik Günü,Beynəlxalq Sülh Günü tədbirlərində,Novruz bayramı şənliyində və 1-ci sinfin sonunda qeyd olunan Əlifba bayramı tədbirində xüsusi iştirakı edib.Həmin tədbirlərdə şeirlər söyləmiş və aparıcı olmuşdur.Şahmat dərnəyinə,məktəbə və futbola getdiyi günlər xüsusilə yadında qalıb.Hazırlıq kursunu əla nəticələrlə bitirdiyinə görə sertifikatla,1-ci sinfi əla qiymətlərlə başa vurduğuna görə diplomla,ingilis dilində sinifdə xüsusi fərqləndiyinə görə təltifnamə ilə,”İdeal”kurslarında keçirilmiş sınaq imtahanında 2-ci yerə çıxdığıma görə diplomla təltif edilmişdir. Mətin bu günə kimi qazandığı bütün uğur və nailiyyətlərə görə ilk növbədə,valideynlərinə və müəllimi Şəmsiyyə xanıma minnətdardır. O, xaricdə Ali təhsil almağı düşünür.Gələcəkdə prezident və yaxud da diplomat olmaq istəyir.Vətəni Azərbaycanı xarici ölkələrdə diplomatik şəkildə təmsil etmək niyyətindədir.Ölkənin hüquqlarını yüksək tribunalarda qorumağı qarşısına hədəf qoyub.Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunduqdan sonra və beynəlxalq aləmdə bizim hüquqlarımız pozulduğuna görə bu fikirə düşüb. Mətin boş vaxtlarında riyazi misalları həll etməyi,xəritə ilə,Azərbaycanın tarixi ilə maraqlanmağı və rus dilində cizgi filmlərə baxmağı xoşlayır.Şahmat oynamağı xüsusilə sevirəmO, vaxtilə bağlanmış müqavilə nəticəsində İrana və Rusiyaya,eləcə də Ermənistana verilmiş və hal-hazırda işğal olunmuş tarixi torpaqlarımızı Azərbaycana birləşdirmək və Böyük bir Azərbaycan yaratmaqla tarixin yaddaşında qalmaq istəyir.

Axundlu Xəzər Vüsal oğlu

 
Axundlu Xəzər Vüsal oğlu 21 noyabr 2010-cu ildə Bakı şəhərində anadan olub. Xəzər körpəlikdə sakit, ağıllı, təmkinli və ətraf mühit ilə maraqlanan uşaq olub. Onun ən sevimli məşğuliyyətləri musiqiyə qulaq asmaq, şəkil çəkmək, cizgi filminə baxmaq və səyahətə çıxmaqdır. Şəkil çəkməyi bağça yaşlarından sevib. İdman sahəsinə olan marağı atası tərəfindən yaradılıb. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablmağı “Kaspi” məktəbəqədər hazırlıq kursunda müəllimi tərəfindən öyrənib. Axundlu Xəzər Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar gimnaziyada təhsil alır. Xəzər məktəblərində tədris olunan bütün dərsləri yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və təsviri incəsənətdir. Tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. O, Yeni il bayramına həsr olunmuş şənlikdə şeir söyləyib. Xocalı soyqırımından bəhs edən tədbirdə uğurla çıxış edib. Xəzər üçün həyatında yaşadığı ən maraqlı günlər ailəsi ilə keçiridiyi zamandır. Doğum günləri isə o, ən uğurlu günü hesab edir. Bu gündə çoxlu hədiyyələr almaq onu çox sevindirir. Xəzər Kaspi məktəbəqədər hazırlıq kursunda təhsil aldığı müddətdə göstərdiyi fəallığa görə tərifnamə, 2017-ci ildə idman sahəsi üzrə əldə etdiyi uğurlarına görə isə fəxri fərmanla təltif olunub. Bu günə qədər əldə etdiyi uğurlarına, nailiyyətlərinə görə valideynlərinə borclu olduğunu bildirir. Onun gələcək planları ən yüksək zirvələri fəth etməkdir. Xəzər böyüyəndə polis peşəsinə sahib olmaq arzusundadır. Atasının polis işçisi olması onun da bu sahəyə marağını oyadıb. Asudə vaxtlarında şəkil çəkməyi və qardaşı ilə oynamağı xoşlayır. O, canlandırdığı rəsm əsərlərində cizgi film qəhramanlarının persanajlarına daha çox üstünlük verir. Onun gələcək hədəfi atası kimi polis rəisi olmaqdır. O, Misirdə piramidləri görmək və İspaniyada Madridə səyahət etmək arzusundadır. Xəzər idman sahəsi üzrə yüksək nailiyyətlər əldə edib, Vətəninin bayrağnı daim yüksəklərdə dalğalandırmaq istəyindədir.

2 апреля 2018 г.

Qənbərov Hikmət Məhəmməd oğlu

Paytaxt Bakıda iliq bir yaz günü yaşanırdı. Qənbərovlar ailəsində sevincli bir gün yaşandı. Qənbərov Hikmət Məhəmməd oğlu 24 may 2009-cu ildə dünyaya gözlərini açdı. Hikmət körpəlikdə sakit, mehriban və gülərüz bir uşaq olub. Məktəbəqədər dövrdə artıq yazmağı və oxumağı öyrənmişdi. Anası onunla hər gün dərslərini hazırlaması üçün kömək olurdu. Bundan başqa müsahibimiz 5 yaşından idmanla məşğul olur. Kiçik yaşlarından atası Məhəmməd bəy oğlunda idmana qarşı maraq oyatmışdır. Təhsilə ilk addımlarını Xətai rayonu 24 saylı tam orta məktəbdə atmışdır. Hal-hazırda həmin məktəbdə Səttərova Aygün müəllimənin rəhbərliyində 3b sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən çox sevdiyi fənlər azərbaycan dili, riyaziyyat və ingilis dilidir. Eyni zaman da tədris ilini müvəffəqiyyətlə bitirdiyi üçün məktəb rəhbərliyi tərəfindən  tərifnaməyə layiq görülmüşdür. Həmçinin “Gözəl yaz” yaradıcı iş nominasiyası üzrə də II yeri qazanmış və sertifikat almışdır. Fəal şagirdlərdən olan Hikmət məktəbdə keçirilən tədbirlərdə də yaxından iştirak edir. “Əlifba” bayramında, “Bayraq” günü tədbirində, “Cırtdan” nağılı tədbirində və s. bayram və tədbirlərdə müxtəlif rollarda çıxış etmişdir. Əlifba bayramında “Turp” nağılını səhnələşdirmişdilər. Hikmət orda dələ rolunda çıxış etmişdir. “Cırtdan” ın nağılı tədbirində isə yaxşı rol ifa etiyinə görə II yerə layiq görülmüşdü. Həmin gün Hikmət üçün çox sevincli bir gün idi. Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirir. Cüdo idman növü ilə məşğul olur. 2017-ci ildə “XƏZRİ CÜDO” idman klubunun açıq birinciliyində 32 kq çəki dərəcəsində II yeri qazanmış və diploma layiq görülmüşdü. O, gələcəkdə məşqçisi kimi qara kəmər sahibi olaraq olimpiya çempiyonu olmağı hədəfləyir. İxtisas olaraq isə həkim olmaq niyyətindədir. O, artıq 7 yaşından bu qərara gəlib. Səbəbi isə xəstə insanlara kömək olmaq istəyidir. Asudə vaxtlarında şəkil çəkməyi və idmanla məşğul olmağı sevir. Həmçinin müsahibimiz dünya çempiyonu olaraq tarixin yaddaşında qalmaq istəyir. Biz isə müsahibimizə uğur hər zaman  səni izləsin, yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdəndən gəlsin!

Abdullazadə Aydan İsmayıl qızı

Abdullazadə Aydan İsmayıl qızı 9 oktyabr 2009-cu ildə Masallı şəhərində dünyaya gözlərini açıb. Uşaqlıqdan normaldan bir az dəcəl, hər şeyə maraq göstərən bir uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı artıq bacarırdı. İstedadlı bir uşaq  olduğu artıq kiçik yaşlarından özünü biruzə verirdi. Ətrafda gördüklərinə qarşı hər zaman maraq yaranıb. Təhsilə Bakı şəhəri Xətai rayonu 138 saylı tam orta  məktəbdə başlayıb.  Hal-hazırda İsmayılova Gülümzər müəllimin sininfində 2b sinif şagirdidir. Dərslərini əla oxuyur, sinfin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənlər  Azərbaycan dili, ingilisi dili, riyaziyyat və texnalogiya fənnidir. Məktəbdəki tədbirlərdə də yaxından iştirak edir. “Yeni il” şənliyində iştirak etmiş və orada dovşan rolunu canlandırmışdı. Həmçinin məktəbdə keçirilən əl işi yarışmasında I yerə çıxdmışdı. O gün ən uğurlu günlərindən hesab edir. Məktəbdə keçirilən “Payız bayramı” əl işi nümunəsinə görə II yerə, “Qızıl payız” rəsm müsabiqəsinə  I yerə, “Qışın möcüzəsi” əl işləri müsabiqəsində də I yerə layiq görülmüşdü. Bu günə kimi əldə etdiyi uğurlara görə özünü valideynlərinə və  müəlliməsi Gülümzər xanıma özünü borclu bilir. Böyüyəndə də rəssamlıq üzrə naliyyətlər əldə etmək istəyir. Gələcəkdə uşaq həkimi olmaq istəyir. Onun bu sənəti seçməsindəki səbəb  uşaqları həmişə sağlam  görmək arzusudur. Asudə vaxtlarını şəkil çəkərək və kitab oxuyaraq qiymətləndirir. Gələcək hədfi isə məktəbi müvəffəqiyyətlə bitirib tibb universitetinə qəbul olmaq istəyir. Yaxşı və savadlı həkim olmağı arzulayır. Bizdə balaca müsahibimizə uğurların daim olsun və yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!