İbadlı
Mətin Ceyhun oğlu 17.04.2010-cu ildə Bakı şəhərində anadan olub. Mətin körpəlikdən
hərəkətli,ağıllı,hər bir işə maraq göstərən uşaq olub.Hələ kiçik yaşlarından
oynadığı oyunlarda,özünə aid gördüyü işlərdə məntiqlə hərəkət edərdi.Bu da onun
yüksək məntiqə malik olmasından xəbər verir.Ətrafında gördüyü və eşitdiyi hər
bir hadisə ilə dərindən maraqlanar,onlar haqqında ətraflı məlumat əldə etməyənə
qədər sakitləşməzdi. Valideynləridə onun
bu maraqlarını nəzərə alıb hər bir sualını geniş şəkildə cavablandırıb. Onun ən
çox maraqlandığı sahələr idman, kainat, texnika, tarix, ölkələr və onların
bayraqları idi. Mətin 4 yaşında ikən şahmat məktəbinə gedib və Xanlar müəllimin
şagirdi olub. Bu, Mətinin özünün könüllü istəyi idi və onun riyaziyyata
marağından irəli gəlirdi.Bir müddət futbolla da maraqlanıb və məşğul
olub.Futbola olan marağı Leo Messiyə olan azarkeşliyindən yaranmışdı.Fanatlıq
etdiyi komanda isə “Barselona”dır.Hər kəsin,bütün Mətini tanıyanların ilk hiss
etdikləri onun həddən artıq vətənpərvər olmasıdır.Hər yerdə,hər bir şəraitdə bu
hiss onda özünü büruzə verir.Vətən onun üçün hər şeydən öndə gəlir.Azərbaycan
bayrağına xüsusi hörmətlə yanaşır,evlərinin hər bir guşəsində,döş
nişanında,sinif otağında partasının üzərində,hətta qol saatında belə Azərbaycan
bayrağına rast gəlmək olar.Həmçinin onun Azərbaycan əsgərlərinə xüsusi sevgisi
və hörməti var. Mətin Aprel döyüşləri vaxtı “Əsgərə məktub” kampaniyasında öz
fikri və öz xətti ilə onlara məktub da yazmışdı. Mətin hələ kiçik yaşlarından
yazıb-oxumağı bilirdi,bu, ona valideynləri tərəfindən öyrədilmişdi.Məktəbə getməmişdən
əvvəl “Hədəf” kurslarının məktəbəqədər hazırlığında Gülnar müəllimin köməyilə
bilik və bacarıqlarını artırmış,bunlara mükəmməl dərəcədə yiyələnmişdir.Hazırlıqda
olduğu müddətdə kursun müəllim heyəti arasında rəğbət qazanmış və hər kəs tərəfindən
sevilirdi. Mətin 4 yaşında ikən onda xüsusi liderlik qabiliyyəti olduğu
valideynləri tərəfindən aşkar edildi.Maraq dairəsindən asılı olmayaraq hər bir
sahədə lider olmağa çalışır və bunu çox zaman bacarır.Hər zaman qarşısına
qoyduğu məqsədə doğru irəliləyir və ona nail olmayana qədər o işdən əl çəkmir. Bu
da onun inadkar, mübariz, dözümlü, möhkəm iradəyə sahib olmasından xəbər verir.
İbadlı Mətin General Həzi Aslanov adına 175 saylı tam orta məktəbdə təhsil
alır. Məktəbdə bütün keçirilən fənlərdən əla qiymətlər alır.Ən sevdiyi fənlər
isə Azərbaycan dili,riyaziyyat və həyat bilgisidir.Fizika və Kimya tədris
olunmasa da,onlara xüsusi marağı var. Məktəbdə qeyd olunan Müstəqillik
Günü,Beynəlxalq Sülh Günü tədbirlərində,Novruz bayramı şənliyində və 1-ci
sinfin sonunda qeyd olunan Əlifba bayramı tədbirində xüsusi iştirakı edib.Həmin
tədbirlərdə şeirlər söyləmiş və aparıcı olmuşdur.Şahmat dərnəyinə,məktəbə və
futbola getdiyi günlər xüsusilə yadında qalıb.Hazırlıq kursunu əla nəticələrlə
bitirdiyinə görə sertifikatla,1-ci sinfi əla qiymətlərlə başa vurduğuna görə
diplomla,ingilis dilində sinifdə xüsusi fərqləndiyinə görə təltifnamə ilə,”İdeal”kurslarında
keçirilmiş sınaq imtahanında 2-ci yerə çıxdığıma görə diplomla təltif
edilmişdir. Mətin bu günə kimi qazandığı bütün uğur və nailiyyətlərə görə ilk
növbədə,valideynlərinə və müəllimi Şəmsiyyə xanıma minnətdardır. O, xaricdə Ali
təhsil almağı düşünür.Gələcəkdə prezident və yaxud da diplomat olmaq istəyir.Vətəni
Azərbaycanı xarici ölkələrdə diplomatik şəkildə təmsil etmək niyyətindədir.Ölkənin
hüquqlarını yüksək tribunalarda qorumağı qarşısına hədəf qoyub.Azərbaycan
torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunduqdan sonra və beynəlxalq
aləmdə bizim hüquqlarımız pozulduğuna görə bu fikirə düşüb. Mətin boş
vaxtlarında riyazi misalları həll etməyi,xəritə ilə,Azərbaycanın tarixi ilə maraqlanmağı
və rus dilində cizgi filmlərə baxmağı xoşlayır.Şahmat oynamağı xüsusilə sevirəmO,
vaxtilə bağlanmış müqavilə nəticəsində İrana və Rusiyaya,eləcə də Ermənistana
verilmiş və hal-hazırda işğal olunmuş tarixi torpaqlarımızı Azərbaycana birləşdirmək
və Böyük bir Azərbaycan yaratmaqla tarixin yaddaşında qalmaq istəyir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий