Abdullazadə
Aydan İsmayıl qızı 9 oktyabr 2009-cu ildə Masallı şəhərində dünyaya gözlərini
açıb. Uşaqlıqdan normaldan bir az dəcəl, hər şeyə maraq göstərən bir uşaq olub.
Məktəbə gedənə qədər yazıb-oxumağı artıq bacarırdı. İstedadlı bir uşaq olduğu artıq kiçik yaşlarından özünü biruzə
verirdi. Ətrafda gördüklərinə qarşı hər zaman maraq yaranıb. Təhsilə Bakı şəhəri
Xətai rayonu 138 saylı tam orta məktəbdə
başlayıb. Hal-hazırda İsmayılova Gülümzər
müəllimin sininfində 2b sinif şagirdidir. Dərslərini əla oxuyur, sinfin əlaçı
şagirdlərindən biridir. Ən sevdiyi fənlər Azərbaycan dili, ingilisi dili, riyaziyyat və
texnalogiya fənnidir. Məktəbdəki tədbirlərdə də yaxından iştirak edir. “Yeni il”
şənliyində iştirak etmiş və orada dovşan rolunu canlandırmışdı. Həmçinin məktəbdə
keçirilən əl işi yarışmasında I yerə çıxdmışdı. O gün ən uğurlu günlərindən
hesab edir. Məktəbdə keçirilən “Payız bayramı” əl işi nümunəsinə görə II yerə,
“Qızıl payız” rəsm müsabiqəsinə I yerə, “Qışın
möcüzəsi” əl işləri müsabiqəsində də I yerə layiq görülmüşdü. Bu günə kimi əldə
etdiyi uğurlara görə özünü valideynlərinə və müəlliməsi Gülümzər xanıma özünü borclu bilir.
Böyüyəndə də rəssamlıq üzrə naliyyətlər əldə etmək istəyir. Gələcəkdə uşaq həkimi
olmaq istəyir. Onun bu sənəti seçməsindəki səbəb uşaqları həmişə sağlam görmək arzusudur. Asudə vaxtlarını şəkil çəkərək
və kitab oxuyaraq qiymətləndirir. Gələcək hədfi isə məktəbi müvəffəqiyyətlə
bitirib tibb universitetinə qəbul olmaq istəyir. Yaxşı və savadlı həkim olmağı
arzulayır. Bizdə balaca müsahibimizə uğurların daim olsun və yolun açıq olsun
deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий