Axundlu Xəzər
Vüsal oğlu 21 noyabr 2010-cu ildə Bakı şəhərində anadan olub. Xəzər körpəlikdə
sakit, ağıllı, təmkinli və ətraf mühit ilə maraqlanan uşaq olub. Onun ən
sevimli məşğuliyyətləri musiqiyə qulaq asmaq, şəkil çəkmək, cizgi filminə
baxmaq və səyahətə çıxmaqdır. Şəkil çəkməyi bağça yaşlarından sevib. İdman sahəsinə
olan marağı atası tərəfindən yaradılıb. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablmağı
“Kaspi” məktəbəqədər hazırlıq kursunda müəllimi tərəfindən öyrənib. Axundlu Xəzər
Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar gimnaziyada təhsil alır. Xəzər məktəblərində
tədris olunan bütün dərsləri yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri
Azərbaycan dili, riyaziyyat və təsviri incəsənətdir. Tədbir və bayram şənliklərinin
fəal iştirakçısıdır. O, Yeni il bayramına həsr olunmuş şənlikdə şeir söyləyib. Xocalı
soyqırımından bəhs edən tədbirdə uğurla çıxış edib. Xəzər üçün həyatında
yaşadığı ən maraqlı günlər ailəsi ilə keçiridiyi zamandır. Doğum günləri isə o,
ən uğurlu günü hesab edir. Bu gündə çoxlu hədiyyələr almaq onu çox sevindirir. Xəzər
Kaspi məktəbəqədər hazırlıq kursunda təhsil aldığı müddətdə göstərdiyi fəallığa
görə tərifnamə, 2017-ci ildə idman sahəsi üzrə əldə etdiyi uğurlarına görə isə
fəxri fərmanla təltif olunub. Bu günə qədər əldə etdiyi uğurlarına, nailiyyətlərinə
görə valideynlərinə borclu olduğunu bildirir. Onun gələcək planları ən yüksək
zirvələri fəth etməkdir. Xəzər böyüyəndə polis peşəsinə sahib olmaq
arzusundadır. Atasının polis işçisi olması onun da bu sahəyə marağını oyadıb. Asudə
vaxtlarında şəkil çəkməyi və qardaşı ilə oynamağı xoşlayır. O, canlandırdığı rəsm
əsərlərində cizgi film qəhramanlarının persanajlarına daha çox üstünlük verir. Onun
gələcək hədəfi atası kimi polis rəisi olmaqdır. O, Misirdə piramidləri görmək və
İspaniyada Madridə səyahət etmək arzusundadır. Xəzər idman sahəsi üzrə yüksək
nailiyyətlər əldə edib, Vətəninin bayrağnı daim yüksəklərdə dalğalandırmaq istəyindədir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий