elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 января 2015 г.

Əliyeva Aygün Həsən qızı


Aygünlə söhbətimizə aşağıdakı cümləni davam etdirməyi xahiş etməklə başladım. “Mən fəxr edirəm ki, ...” . Aygün yaşına xas tərəddüdlə bir az düşündükdən sonra ilk adını çəkdiyi hazırda oxuduğu məktəb oldu. “Mən fəxr edirəm ki, Təbiət, Riyaziyyat və Humanitar təmayüllü liseydə oxuyuram. Fəxr edirəm ki, əlaçıyam. Fəxr edirəm ki, gözəl ailəmiz var. Fəxr edirəm ki, qardaşım Hüseyn var. ...”
Aygün Həsən qızı Əliyeva 3 may 2007-ci ildə Azərbaycanın nur şəhəri hesab edilən Mingəçevirdə dünyaya göz açıb. Mingəçevir şəhərindəki Təbiət, Riyaziyyat və Humanitar təmayüllü liseyin II sinif şagirdidir.
Aygün balaca da olsa, dediklərində böyük həqiqət var idi. Gözəl bir ailənin övladıdır Aygün. Ona liderlik xüsusiyyəti yanında böyüdüyü atasının babasından keçib. Atasının babası Əliyev Baba uzun illər Mingəçevir Ağsaqqallar Şurasının sədri işləyib. Aygünün atası Həsən Yol Patrul Xidmətində polis vəzifəsində işləyir. Anası Günel xanım musiqi məktəbində müəllim kimi fəaliyyət göstərir. Nənəsi Aybəniz xanım isə ibtidai sinif müəllimidir. Aygünün artıq balacalıqdan müəyyən işlərdə bacarıqlı və istedadlı olması ona irsən keçib desək yanılmarıq.
Aygün dərs əlaçısıdır. Ən çox sevdiyi fənn riyaziyyatdır. Görünür, ibtidai sinif müəllimi Ulduzə İsgəndərova onda bu sevgini yarada bilib. Elə bu səbəbdən də Aygün əldə etdiyi uğurlara görə özünü müəlliminə borclu hesab edir.
Aygün böyüyəndə həkim olmaq istəyir. Məqsədi insanları sağaltmaq və yaddaqalan həkim olmaqdı.
Asudə vaxtlarında şəkil çəkməyi və nağıl kitabları oxumağı xoşlayır.
Aygün hələ II sinifdə oxusa da artıq məktəbdə keçirilən bir çox tədbirlərdə öz fəallığı ilə seçilir. İlk zəng günü və əlifba bayramlarında yaddaqalan rəqslər edib. Səhnəciklərdə rol alıb, şeirlər söyləyib.
Söhbətimizi yekunlaşdırarkən Aygünə oyun xarakterli bir sual verdim. “Mən bir heyvan kimi ... Mən bir təbiət hadisəsi kimi...” Aygün dərhal cavab verdi:  -  Heyvan kimi özümü ceyrana bənzədirəm. Səbəbini soruşduqda sadəcə ceyranın gözəl olduğunu və özünü ceyrana bənzətdiyini dedi. Təbiət hadisəsi kimi isə özünü qara bənzətdi. Qarı ağ, təmiz və qüsursuz olduğuna görə sevdiyini izah etməyə çalışdı balaca Aygün.
Biz də Aygünün öz fikrinə söykənib ona qar kimi təmiz, saf və qüsursuz həyat yolu arzu edirik. Uğurların davamlı olsun, Aygün! Səsin daim zirvələrdən gəlsin!

11 января 2015 г.

Zülfüqarlı Validə Rəsul qızı


Azərbaycanın gənc istedadlarından biri də Zülfüqarlı Validə Rəsul qızıdır. O, 09.10.2006-cı ildə Bakı şəhərində anadan olub. Validə uşaqlıqda dəcəl, şıltaq ağlağan və yeməyə meyilli bir qız olub. O, bir yaşından bağçaya getmişdir ki, burada yazıb-oxumaqla bərabər ingilis və rus dillərində şeirlər də öyrənmişdir. Artıq bir yaş yarımında ingilis dilində, üç yaşında isə həm rus, həm də ingiliscə şeirlər söyləyirdi. Hazırda Hövsan qəsəbəsindəki V. Mirzəliyev adına 281 saylı orta məktəbin əlaçı və nümunəvi şagirdlərindən biri olan Validənin ən çox sevdiyi fənlər Ana dili, riyaziyyat, həyat bilgisidir. O, dərslərini yaxşı oxumaqla bərabər asudə vaxtlarını da səmərəli keçirir. Belə ki, kitab oxumaq, testlər etmək, telefonda oyunlar oynamaq, cizgi filmlərini seyr etmək, uşaq verilişlərinə tamaşa etmək və nəhayət, atası ilə maraqlı söhbətlər etmək onun sevimli məşğuliyyətləridir. Bundan başqa o, bədii gimnastika ilə də məşğul olur. Validənin arzuları və həyata olan iddiaları böyükdür. O, 6 yaşından həkim almağı arzulayır. Xəstələrə şəfa vermək, insanlara sağlam həyat bəxş etmək istəyir. Bunun üçün xəstələri pulsuz əməliyyat edəcəyini deyir. Validə orta məktəbi əla qiymətlərlə başa vurub, ali məktəbə daxil olmaq istəyir. Gələcəkdə prezident təqaüdçüsü olmaq və “İlin adamı” adına layiq görülmək istəyir. Ona arzuladığı zirvələrə çatmağını diləyirik.  

Mikayıllı Selcan Möhübbət qızı

 
Azərbaycanı gələcəkdə yüksəklərə qaldıracaq gənclərdən biri də Mikayıllı Selcan Möhübbət qızıdır. O, 6 iyun 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqda çox hərəkətli, enerjili və dəcəl uşaq olub. Hər zaman fərqli şey axtarışında olub. Şəkil çəkməyə, şeir söyləməyə, rəqs etməyə maraq göstərib. 3 yaşından etibarən qalın vərəqli, şəkilli kitablara marağı olmuşdur. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi. Artıq I sinfə gedərkən öyrənəcəyi materialların bəzilərini bilirdi. 4-5 yaşlarından Selcan yaşıdlarından fərqli olaraq daha çox məntiqli suallar verir, cavab almayınca əl çəkmirdi. Onun elmə olan marağını artıran səbəblərdən biri də valideynlərinin hər ikisinin müəllim olmasıdır. Hazırda Hövsan qəsəbəsi V. Mirzəliyev adına 281 saylı orta məktəbin II sinif şagirdi olan Selcan əlaçı və nümunəvi şagirdlərdəndir. Sinif rəhbəri Lətafət Əliyeva da ondan çox razıdır. Çalışqan və məntiqli bir uşaq olduğunu deyir. Eyni zamanda Selcan keçirilən tədbirlərdə də aktiv iştirak edir. Asudə vaxtlarında rəsm çəkməyi, kitab oxumağı, şəhərin müxtəlif yerlərini gəzməyi, xüsusən teatra getməyi çox xoşlayır. Onun sevdiyi məşğuliyyətlərdən biri də anası ilə birgə şirniyyatlar bişirməsidir. Selcan məktəbi əla qiymətlərlə bitirdikdən sonra ali təhsil almaq və təhsilini xaricdə davam etdirmək istəyir. O da valideynləri kimi müəllim olmağı düşünür. Selcanı həmyaşıdlarından fərqləndirən xüsusiyyətlərdən biri də şeir yazmaq qabiliyyətinin olmasıdır. Şeirlərini anasına, Vətəninə həsr etmişdir. Bundan başqa rəsm çəkməyə də meyllidir. Hətta bir müddət o, rəqs dərnəyinə də getmişdir. İstedadlı gəncimiz Selcan çox savadlı, bilikli olmaq və bununla da tarixin yaddaşında yaşamaq istəyir. Əgər belə olarsa, düşmənlərimiz bizə qalib gələ bilməz. Öz ağlımızın gücü ilə bütün problemlərimizi həll edərik.
Vətənpərvər və istedadlı Selcanı gələcəkdə daha yüksək pillələrdə görməyi arzulayırıq! 

6 января 2015 г.

İsmayılov Emil Elçin oğlu




Ata və anası birlikdə  qərar verib körpələrinə Emil adını veriblər. Həmin vaxt Rusiyada bir film vardı, balaca uşağın yaramazlığından, şıltaqlığından bəhs edən bir  filmdə, həmin uşağın da adı məhz Emil olur, yəni adının mənbəyi burdan gəlir.
Məktəbəqədərki dövrü demək olar ki bağçada keçib. Məktəbə gedənə qədər yazıb oxumağı bilirdi amma riyaziyyat fənnindən demək olar ki 0 seviyyəsində idi, bu fənn  artıq məktəbdə oxuduğu zaman ən sevdiyi və  ən uğurlu fənlərdən biri oldu Emil üçün.
İsmayılov Emil Elçin  oğlu 1992-ci il fevral ayının 9-da Rusiya Federasiyasının Primorsk vilayətində anadan olub. 1998-ci ildə Culfa rayon  məktəbinin  I sinifinə daxil olub.1999-cu ildə 2-ci və 3-cü sinifləri Şahbuz rayonunda oxuyub. 4-cü sinifi Naxçıvan şəhərində, V sinifdən IX sinifə qədər Culfa rayon  məktəbində təhsil alıb. IX  sinifdən Naxçıvan şəhər Azər Tağıyev adına 17 saylı məktəbdə davam etdirib 2009-cu ildə  bu  məktəbin XI sinifini bitirib. Həmin il Bakı Dövlət Universitetinin Regionşünaslıq (türkiyə üzre)    fakultəsinə daxil olub. Universiteti bitirib. Hal-hazırda part time olaraq iki şirkətdə “icraçı direktor” vəzifəsində  çalışır.
Emil :  “İхtisasımla bağlı maraq 10-cu sinifdən yaranıb. İnternetdən, televiziyadan izlediklerim araşdırmalarım nəticəsində maraq  yaranıb. Ixtisasımı seçməyimə  heç kəsin təsiri olmamışdır. Hər zaman əla olub dərslərim (İstər ixtisas, istərsə də qeyri-ixtisas fənnləri). Ən sevimli müəllimələrim Həqiqət müəllimə (Riyaziyyat), Ofelya müəllimə (İngilis dili) olmuşdur. Olimpiyadalarda iştirak etmişəm: Azərbaycan dili və ədəbiyyat 2-ci yer (8ci sinif), Riyaziyyat 2-ci yer (8-ci sinif), İngilis dili 1-ci yer (7-ci sinif). 8-ci siniflər üzrə Basketbol çempiyonatında 1-ci yer, 6-cı siniflər üzrə Futbol çempionatında 3-cü yer.
Ali məktəbdə dərslərim normal səviyyədə olub. İxtisas dərslərim əla , digərləri normal olub. Oxuduğum müddətdə Türkiyəyə getmiş və ixtisasım üzrə Türkiyənin Tömer imtahanına daxil olmuş və sertifikat almışam. 100 bal üzərindən 84 toplayıb en yüksək ikinci dərəcəni (c1) almışam. Həyatımda ən uğurlu günüm  Universitete daxil olduğum gündür. Həyatda heç kimə oxşamaq istəmirəm, bir neçə professor müəllimimi güclü hesab edirəm. Hal-hazırda iki xarici şirkətdə işləyirəm tələbələrin xaricdə oxumasında böyük rol oynayıram. Arzuladığım işlərdən birini edirəm.Tələbələrin xaricdə uğurlu oxuyub gəlməsi məni çox sevindirər.
Asudə vaxtlarımda kitab oxumağı, futbola baxmağı və dostlarımla görüşüb əylənməyi xoşlayıram. Qazandığım uğurlara görə  özümü  valideynlərimə borclu hiss edirəm.

Əliyeva Rahimə Həsənalı qızı

Rahimənin  adını nənəsi  qoyub. Məktəbə gedəndə o yazıb-oxumağı, vurma cədvəlini əzbərdən  bilirdi. Nənəsi öyrətmişdi. Vurma cədvəlini  əzbər bilməyində bacılarının rolu böyükdü.Uşaqlıqda yaddaşı çox güclü idi.

Əliyeva Rahimə Həsənalı qızı  4 may  1997-ci  ildə Naxçıvan şəhəri Babək rayon Naxışnərgiz kəndində anadan olub. 2003-cü ildə  Azər Tağıyev adına 17 saylı orta məktəbə I sinifə gedib və 2014-cü ildə həmin məktəbi bitirərək yüksək balla Azərbaycan Respublikası Prezidentin yanında Dövlət İdarəçilik Akademiyasının    siyasi idarə etme fakultəsinin beynəlxalq  münasibətlər ixtisasına daxil olub.1-ci kurs tələbəsidir. Təhsildən əlavə şahmatla maraqlanır bir çox turnirlərdə,yarışmalarda iştirak edib.

Rahimə:  “İxtisasımla bağlı maraq məndə  dayımla bağlıdı, dayım səfirdi ve məndə onu özümə bir ideal kimi götürmüşəm o səbəbdən Beynəlxalq münasibətlər ixtisasını seçmişəm. Orta məktəbdə dərslərimi yaxşı oxumuşam və əla qiymətlərlə də bitirmişəm.Sevimli fənnim coğrafiya və tarix olub, orta məktəblərdə bir çox fəaliyyətlərim olub. Nümunəvi şagird seçilmişəm, bundan əlavə elmi iş də yazmışam. Ali məktəbdə hələki normal oxuyuram. debatın üzvüyəm. Ən maraqlı günlərim çoxdu, amma heç ağlıma gəlmiyəni Moskva şəhərinə  yarışa getməyim və  orada keçirdiyim günlər olub. Ali məktəbdən sonra iş haqqında heç bir fikirim yoxdu amma təhsilimi davam elətdirib Naxçıvan Dövlət Universitetində  Beynəlxalq Münasibətlər ixtisasına dair dərs demək istəyərdim.

Xoşbəxtliyi ailəmin yanında olmaqda görürəm. Əgər ixtisasımla bağlı savadlı diplomat olsam özümü xoşbəxt yox şanslı hesab eliyərəm. Asudə vaxtım çox olmur. olanda əlavə məlumat toqlamaqla məşğul oluram., istər ixtisasımla bağlı istərsə də digər maraqlı  məlumatlar.

Bu nailəyətlərinə görə valideynlərinin rolu əvəzedilməzdir.