Azərbaycanı gələcəkdə yüksəklərə qaldıracaq gənclərdən
biri də Mikayıllı Selcan Möhübbət qızıdır. O, 6 iyun 2007-ci ildə Bakı şəhərində
anadan olmuşdur. Uşaqlıqda çox hərəkətli, enerjili və dəcəl uşaq olub. Hər
zaman fərqli şey axtarışında olub. Şəkil çəkməyə, şeir söyləməyə, rəqs etməyə
maraq göstərib. 3 yaşından etibarən qalın vərəqli, şəkilli kitablara marağı
olmuşdur. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi.
Artıq I sinfə gedərkən öyrənəcəyi materialların bəzilərini bilirdi. 4-5
yaşlarından Selcan yaşıdlarından fərqli olaraq daha çox məntiqli suallar verir,
cavab almayınca əl çəkmirdi. Onun elmə olan marağını artıran səbəblərdən biri də
valideynlərinin hər ikisinin müəllim olmasıdır. Hazırda Hövsan qəsəbəsi V. Mirzəliyev
adına 281 saylı orta məktəbin II sinif şagirdi olan Selcan əlaçı və nümunəvi
şagirdlərdəndir. Sinif rəhbəri Lətafət Əliyeva da ondan çox razıdır. Çalışqan və
məntiqli bir uşaq olduğunu deyir. Eyni zamanda Selcan keçirilən tədbirlərdə də
aktiv iştirak edir. Asudə vaxtlarında rəsm çəkməyi, kitab oxumağı, şəhərin müxtəlif
yerlərini gəzməyi, xüsusən teatra getməyi çox xoşlayır. Onun sevdiyi məşğuliyyətlərdən
biri də anası ilə birgə şirniyyatlar bişirməsidir. Selcan məktəbi əla qiymətlərlə
bitirdikdən sonra ali təhsil almaq və təhsilini xaricdə davam etdirmək istəyir.
O da valideynləri kimi müəllim olmağı düşünür. Selcanı həmyaşıdlarından fərqləndirən
xüsusiyyətlərdən biri də şeir yazmaq qabiliyyətinin olmasıdır. Şeirlərini
anasına, Vətəninə həsr etmişdir. Bundan başqa rəsm çəkməyə də meyllidir. Hətta
bir müddət o, rəqs dərnəyinə də getmişdir. İstedadlı gəncimiz Selcan çox
savadlı, bilikli olmaq və bununla da tarixin yaddaşında yaşamaq istəyir. Əgər
belə olarsa, düşmənlərimiz bizə qalib gələ bilməz. Öz ağlımızın gücü ilə bütün
problemlərimizi həll edərik.
Vətənpərvər və istedadlı Selcanı gələcəkdə daha
yüksək pillələrdə görməyi arzulayırıq!
Комментариев нет:
Отправить комментарий