Ata və anası birlikdə
qərar verib körpələrinə Emil adını veriblər. Həmin vaxt Rusiyada bir
film vardı, balaca uşağın yaramazlığından, şıltaqlığından bəhs edən bir filmdə, həmin uşağın da adı məhz Emil olur, yəni
adının mənbəyi burdan gəlir.
Məktəbəqədərki dövrü demək olar ki bağçada keçib. Məktəbə
gedənə qədər yazıb oxumağı bilirdi amma riyaziyyat fənnindən demək olar ki 0
seviyyəsində idi, bu fənn artıq məktəbdə
oxuduğu zaman ən sevdiyi və ən uğurlu fənlərdən
biri oldu Emil üçün.
İsmayılov Emil Elçin
oğlu 1992-ci il fevral ayının 9-da Rusiya Federasiyasının Primorsk vilayətində
anadan olub. 1998-ci ildə Culfa rayon məktəbinin I sinifinə daxil olub.1999-cu ildə 2-ci və
3-cü sinifləri Şahbuz rayonunda oxuyub. 4-cü sinifi Naxçıvan şəhərində, V
sinifdən IX sinifə qədər Culfa rayon məktəbində
təhsil alıb. IX sinifdən Naxçıvan şəhər
Azər Tağıyev adına 17 saylı məktəbdə davam etdirib 2009-cu ildə bu məktəbin
XI sinifini bitirib. Həmin il Bakı Dövlət Universitetinin Regionşünaslıq
(türkiyə üzre) fakultəsinə daxil olub.
Universiteti bitirib. Hal-hazırda part time olaraq iki şirkətdə “icraçı
direktor” vəzifəsində çalışır.
Emil :
“İхtisasımla bağlı maraq 10-cu sinifdən yaranıb. İnternetdən,
televiziyadan izlediklerim araşdırmalarım nəticəsində maraq yaranıb. Ixtisasımı seçməyimə heç kəsin təsiri olmamışdır. Hər zaman əla
olub dərslərim (İstər ixtisas, istərsə də qeyri-ixtisas fənnləri). Ən sevimli
müəllimələrim Həqiqət müəllimə (Riyaziyyat), Ofelya müəllimə (İngilis dili)
olmuşdur. Olimpiyadalarda iştirak etmişəm: Azərbaycan dili və ədəbiyyat 2-ci
yer (8ci sinif), Riyaziyyat 2-ci yer (8-ci sinif), İngilis dili 1-ci yer (7-ci
sinif). 8-ci siniflər üzrə Basketbol çempiyonatında 1-ci yer, 6-cı siniflər üzrə
Futbol çempionatında 3-cü yer.
Ali məktəbdə dərslərim normal səviyyədə olub. İxtisas
dərslərim əla , digərləri normal olub. Oxuduğum müddətdə Türkiyəyə getmiş və
ixtisasım üzrə Türkiyənin Tömer imtahanına daxil olmuş və sertifikat almışam.
100 bal üzərindən 84 toplayıb en yüksək ikinci dərəcəni (c1) almışam. Həyatımda
ən uğurlu günüm Universitete daxil
olduğum gündür. Həyatda heç kimə oxşamaq istəmirəm, bir neçə professor müəllimimi
güclü hesab edirəm. Hal-hazırda iki xarici şirkətdə işləyirəm tələbələrin
xaricdə oxumasında böyük rol oynayıram. Arzuladığım işlərdən birini edirəm.Tələbələrin
xaricdə uğurlu oxuyub gəlməsi məni çox sevindirər.
Asudə vaxtlarımda kitab oxumağı, futbola baxmağı və
dostlarımla görüşüb əylənməyi xoşlayıram. Qazandığım uğurlara görə özümü
valideynlərimə borclu hiss edirəm.
Комментариев нет:
Отправить комментарий