elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 января 2015 г.

Əliyeva Aygün Həsən qızı


Aygünlə söhbətimizə aşağıdakı cümləni davam etdirməyi xahiş etməklə başladım. “Mən fəxr edirəm ki, ...” . Aygün yaşına xas tərəddüdlə bir az düşündükdən sonra ilk adını çəkdiyi hazırda oxuduğu məktəb oldu. “Mən fəxr edirəm ki, Təbiət, Riyaziyyat və Humanitar təmayüllü liseydə oxuyuram. Fəxr edirəm ki, əlaçıyam. Fəxr edirəm ki, gözəl ailəmiz var. Fəxr edirəm ki, qardaşım Hüseyn var. ...”
Aygün Həsən qızı Əliyeva 3 may 2007-ci ildə Azərbaycanın nur şəhəri hesab edilən Mingəçevirdə dünyaya göz açıb. Mingəçevir şəhərindəki Təbiət, Riyaziyyat və Humanitar təmayüllü liseyin II sinif şagirdidir.
Aygün balaca da olsa, dediklərində böyük həqiqət var idi. Gözəl bir ailənin övladıdır Aygün. Ona liderlik xüsusiyyəti yanında böyüdüyü atasının babasından keçib. Atasının babası Əliyev Baba uzun illər Mingəçevir Ağsaqqallar Şurasının sədri işləyib. Aygünün atası Həsən Yol Patrul Xidmətində polis vəzifəsində işləyir. Anası Günel xanım musiqi məktəbində müəllim kimi fəaliyyət göstərir. Nənəsi Aybəniz xanım isə ibtidai sinif müəllimidir. Aygünün artıq balacalıqdan müəyyən işlərdə bacarıqlı və istedadlı olması ona irsən keçib desək yanılmarıq.
Aygün dərs əlaçısıdır. Ən çox sevdiyi fənn riyaziyyatdır. Görünür, ibtidai sinif müəllimi Ulduzə İsgəndərova onda bu sevgini yarada bilib. Elə bu səbəbdən də Aygün əldə etdiyi uğurlara görə özünü müəlliminə borclu hesab edir.
Aygün böyüyəndə həkim olmaq istəyir. Məqsədi insanları sağaltmaq və yaddaqalan həkim olmaqdı.
Asudə vaxtlarında şəkil çəkməyi və nağıl kitabları oxumağı xoşlayır.
Aygün hələ II sinifdə oxusa da artıq məktəbdə keçirilən bir çox tədbirlərdə öz fəallığı ilə seçilir. İlk zəng günü və əlifba bayramlarında yaddaqalan rəqslər edib. Səhnəciklərdə rol alıb, şeirlər söyləyib.
Söhbətimizi yekunlaşdırarkən Aygünə oyun xarakterli bir sual verdim. “Mən bir heyvan kimi ... Mən bir təbiət hadisəsi kimi...” Aygün dərhal cavab verdi:  -  Heyvan kimi özümü ceyrana bənzədirəm. Səbəbini soruşduqda sadəcə ceyranın gözəl olduğunu və özünü ceyrana bənzətdiyini dedi. Təbiət hadisəsi kimi isə özünü qara bənzətdi. Qarı ağ, təmiz və qüsursuz olduğuna görə sevdiyini izah etməyə çalışdı balaca Aygün.
Biz də Aygünün öz fikrinə söykənib ona qar kimi təmiz, saf və qüsursuz həyat yolu arzu edirik. Uğurların davamlı olsun, Aygün! Səsin daim zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий