elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 февраля 2015 г.

Tural Vidadi oğlu Rzayev

Aybəniz xanım Tural adını çox sevib. Bu adın ifadə etdiyi paklıq, təmizlik mənası daim onun üçün müqəddəs dəyərlər olduğu səbəbindən. Və nəhayət oğlan övladı dünyaya gələndə adını Tural qoymaq istədiyini bil­di­rən­də onun istəyi müsbət qar­şılanır. Beləliklə dünyaya yeni bir Tural qədəm qo­yur.
Körpəlikdə o çox ma­raq­lı və qeyri adi uşaq olub. 9 ayında iməkləməmiş yeriyib, 2 yaşına qədər bir söz belə deməyib lakin sonra böyüklər kimi cümlələrlə danışmağa baş­la­yıb. Böyük hərəkətləri ilə seçilib və böyükləri hey­rət­ləndirib.
Məktəbə qədər oxumağı və yazmağı artıq bilirdi. Onun məktə­bə­qədər hazırlıq mərhələsi ilə anası məşğul olurdu. Eyni zamanda uşaq bağçasında hazırlıq kurslarına gedirdi. Tural hazırlıq kurslarını əla qiymətlərlə bitirib. Onun ən çox şahmata marağı var. Gedişləri bir dəfə ona izah etmək yetər.
Tural Vidadi oğlu Rzayev 2001-ci il yanvarın 1-də Mingəçevir şəhərində dünyaya göz açıb. Mingəçevir şəhərindəki İsmət Qayıbov adına 10 saylı orta məktəbdə oxuyur
Dərslərini yaxşı oxuyur. Sevimli fənni riyaziyyat və coğrafiyadır. Məktəbin ictimai həyatında da fəal iştirak edir.
Tural kiçik yaşlarından idmana maraq göstərib. Sağlam bədəndə sağlam ruhu olar – prinsipinə əsaslanan valideynləri onun bu istəyinə biganə qalmayıblar. Və beləcə Tural idmanın kikboksinq növü ilə məşğul olmağa başlayıb. 2011-ci ilin sentyabrında Ağdam rayonunun Quzanlı qəsəbəsində müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar keçirilən yarışmada 26,5 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2012-ci ilin yanvar ayında Mingəçevir şəhərində keçirilən Azərbaycan kuboku yarışlarında II yeri tutduğu üçün diplomla təltif olunub.
Onun idman sahəsindəki uğurları barədə MTV telekanalında məlumat da verilib.
Tural gələcəkdə iqtisadçı olmaq istəyir. Yiyələnəcəyi peşə üzrə mümkün olan ən yüksək zirvəyə qalxmaq əsas hədəflərindəndir. Boş vaxtlarında futbol və şahmat oynamağı xoşlayır.

Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ - Xoşbəxtliyi yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, xaricdə təhsil almaq istərdim”.

18 февраля 2015 г.

Rəna Canpolad qızı Həsənova

XXI əsr uşaqları dünyagörüşü ilə əvvəlki nəsillərdən əsaslı dərəcədə fərqlənir. Belə gənclərdən biri də Rəna Canpolad qızı Həsənovadır. Rəna 8 sentyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Rəna uşaqlıqda cox təmkinli və sakit olub, valideynlərini də incitməyib. Rəna hər zaman yeniliyə can atmış, eyni oyuncaqlarla oynamağı sevməmişdir. Ziyalı ailədə doğulması Rənada təhsilə başlamazdan əvvəl yazıb oxumaq həvəsi yaratmışdır. Onda yazıb oxumaq həvəsinin yaranmasında nənəsinin böyük rolu olmuşdur. Babası deyir ki, Rənanın ugurlarının əsas səbəbi onun məsuliyyətli olmasıdır. Doğmalarının sevimlisi olan Rəna təhsilə başladıqdan sonra müəllimlərinin də sevimlisinə çevrilmişdir.
Rəna 2009-cu ildə Baki şəhərindəki Arif Vəliyev adına 258 saylı orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbdə təhsilini davam etdirir. Bütün fənləri eyni dərəcədə sevir və əla qiymətlərlə təhlis pillələrində uğurla addımlayır.
Bütün tədbirlərdə fəal iştirak edir, sinif rəhbəri, fənn müəllimlərinin verdiyi tapşırıq və məsləhətlərə diqqətlə əməl edir. Dərslərini əla oxumaqla yanaşı bədii qiraətlə məşğul olur, əlavə kitablar oxuyur, intellektual verlişlərə baxır. Rəna 2012-ci ildə məktəb üzrə IV siniflər arasında keçirilən riyaziyyat fənnindən yarışda I yerə cıxdığı və 2013-cü ildə Bakı şəhəri  üzrə IV siniflərin riyaziyyat fənnindən "İstedada gedən yol" müsabiqəsində 30000 sagirdin arasında "Qızıl onluğa" düsdüyü günü ən uğurlu günləri hesab edir.
Qəhrəmanımız uğurlarına görə müəllim heyətinə, eyni zamanda valideynlərinə borclu olduğunu düşünür. Rəna həyatda valideynlərinə oxşamaq, öz nailiyyətləri ilə onların etimadını doğrultmaq istəyir.
Təhsilə böyük marağı onda elmin ən yüksək zirvəsinə çatmaq arzusu yaradır. Arzuları böyük olan Rənaya biz də dərslərində uğur və müvəffəqiyyətlər diləyirik...

16 февраля 2015 г.

Fuad Seymur oğlu Rəsulov

Azərbaycanın gənc istedadlarından biri də Fuad Seymur  oğlu Rəsulovdur. O, hələ kiçik yaşlarından həssas,hər xırda detalla maraqlanan uşaq olub. Uşaqlıqda döyüş səhnələri olan filmlərə baxmağı, babası ilə muğam müsabiqələrini diqqətlə izləməyi eləcə də silah oyuncaqlarına maraq göstərməsi ilə seçilirdi. Hətta birgün mağazada hərbi nişanları olan gödəkçəni aldırmışdır. Bu da təsadüfi deyil ki, o hərbiçi olmağı arzulayır. Baxmayaraq ki, valideynləri onun həkim və ya hüquqşünas olmağını istəyir. Məktəbə gedənə qədər Fuad artıq yazıb-oxumağı bacarırdı. Bunu o, bağça müəlliməsi Gülövşə müəllimənin sayəsində öyrənmişdir. Qeyd edək ki, Fuad ziyalı ailəsində böyüyüb. Onun tərbiyəsində nənəsi Sədaqət və babası Dəmir xüsusi rol oynayır. Babası Dəmir Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsini qırmızı diplomla bitirib. Babasının onu elmə həvəsləndirməsi onda bir sitimul yaradıb və Fuad babasını özünə nümunə hesab edir.
Hazırda Hövsan qəsəbəsindəki E. Qaranızadə adına 270 saylı məktəbin əlaçı şagirdlərindən biridir. O, ən çox riyaziyyat, informatika, ingilis dili və həyat bilgsisi fənlərinə daha çox maraq göstərir. Bundan başqa məktəbin ictimai işlərində də fəal iştirak edir. Bunlardan əlifba şənliyində “Qırmızı papağın” nağılında qurd rolunda iştirakını misal göstərmək olar. Asudə vaxtlarında Fuad gəzməyi, əyləncələri, yayda dənizə, kəndə gedərək dincəlməyi çox xoşlayır. Onun ən böyük arzusu hərbiçi olmaq və düşmalarımızda torpaqlarımızı azad etməkdir. Vətənə, millətə layiqli övlad olaraq tarixin yaddaşında yaşamaq istəyir. 
Ona gələcək işlərində uğurlar diləyirik.

Rəsulova Bənövşə Seymur qızı

Vətənimizin istedadlı övladlarından biri də Bənövşə Seymur qızı Rəsulovadır. O sakit təbiətli olub. Bənövşə adını ona babası verib. Belə ki, anasının adını nəvəsi ilə yaşatmaq istəyirdi. Buna görə də nəvəsini çox istəyirdi. Bənövşə rəqs etməyə, şeir deyib mahnı oxumağa maraq göstərirdi. Gəlincikləri ilə oynayar, onlara mahnılar oxuyardı ki, “Ağıllı kuklam” mahnısı üstünlük təşkil edirdi. 4-5 yaşlarından şəkilli nağıl kitablarına meyl edərdi. Bənövşə məktəbə gedənə qədər Gülövşə xanımın sayəsində yazıb-oxumağı, sait, samitlər, toplama, çıxma əməllərini öyrənmişdi.
Hazırda Hövsan qəsəbəsindəki E. Qaranızadə adına 270 saylı məktəbdə təhsil alan Bənövşə əlaçıdır. Onun ən çox sevdiyi fənlər ana dili, xarici dil və riyaziyyatdır. O, məktəbin təşkil etdiyi tədbirlərdə də aktiv iştirakı ilə seçilir. Bu da təsadüfi deyil. Belə ki, hələ bağçada olarkən bir sıra tədbirlərdə böyük maraqla çıxış edirdi. Bunlardan qoğalın nağılında qoğal, turpun nağılında nənə rollarını ifa etməsini misal göstərmək olar. Bənövşə asudə vaxtlarında nağıl kitabları oxumağı, nənə və anasına ev işlərində kömək etməyi xoşlayır. Məktəbi əla qiymətlərlə başa vurub, ali məktəbə daxil olub gələcəkdə bir müəllim olmaq istəyən Bənövşə bu sənətə marağın onda Gülovşə və Ülkər müəllimlərinin yaratdığını deyir. Belə ki, öz sevimli müəllimlərindən öyrəndiklərini gələcəkdə öz şagirdlərinə sevə-sevə öyrədəcəyini deyir. Bənövşə ən yüksək zirvədə olan bir pedaqoq kimi tarixin yaddaşına düşmək istəyir. 
Ona bu yolda uğurlar arzulayırıq.

15 февраля 2015 г.

Saday Sabir oğlu Əzimli

 
 
Azərbaycanımızın istedadlı gənclərindən biri də Saday Sabir oğlu Əzimlidir.  O, əslən Qarabağımızın cənnət guşələrindən olan Şuşadandır. Lakin Şuşa düşmən tapdağında olduğu üçün Saday 27 iyul 2000 tarixində Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından uşaqlarla ünsiyyət qurmağı, idman etməyi, futbol oynamağı xoşlayardı. Uşaqlıqda akrobatika, üzgüçülüklə məşğul olmuşdur. Saday 2009/2011-ci ildən cüdo idman növü ilə məşğuldur.
Hazırda Məhəmməd Əsədov adına 29 saylı orta məktəbin IX sinfində təhsil alır. Dərslərini yaxşı oxuyan Sadayın ən çox sevdiyi fənn tarixdir. Sinif rəhbəri Leyla İsmayılova başda olmaqla müəllimləri ondan razılıq edir. Bundan başqa Saday “Sərhədçi” İdman Mərkəzində Adil Həsənovun başçılığı ilə cüdo ilə məşğul olur. O, respublikamızın şəhər və rayonlarında, eləcə də Türkiyə, Rusiya kimi ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda, turnirlərdə iştirak edərək uğurlar qazanmışıdr. 27.02.2011 tarixində “Sərhədçi” İdman Mərkəzinin cüdo güləşi üzrə yeniyetmələr arasında keçirdiyi birinciliyində 38 kq çəki dərəcəsində I yer tutaraq təltif edilmişdir. 16-17.04.2011 tarixində Bərdə şəhərində milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş cüdo üzrə Bərdə şəhər açıq birinciliyində 46 kq çəki ilə III yer tutmuşdur. 28.05.2011 tarixində Xaçmazda 28 May Respublika Gününə həsr edilmiş turnirdə 46 kq çəki dərəcəsində II yer tutaraq təltif edilmişdir. 19-20.11.2011 tarixində Ankara şəhərində təşkil olunan yarışmasında gümüş medala layiq görülmüşdür. 02.04.2011 tarixində Mingəçevirdə respublikanın əməkdar məşqçisi Qeorqi Camiaşvilinin xatirəsinə həsr olunmuş cüdo üzrə 1998-2000-ci il təvəllüdlü idmançıların ikinci respublika turnirində 46 kq çəki dərəcəsində I yer tutaraq mükafatlandırılmışdır. 25.12.2011-ci il tarixində “Sərhədçi” İdman Mərkəzinin yeniyetmələr arasında keçirdiyi birincilikdə 42 kq çəki dərəcəsində III yer tutmuşdur. 18.03.2012 tarixində Novruz bayramına həsr olunmuş cüdo üzrə Zaqatala Uşaq Gənclər İdman məktəbinin açıq birinciliyində 1998-2000-ci il təvəllüdlü yeniyetmələr arasında 46 kq çəki dərəcəsində I yer tutaraq təltif edilmişdir. 31.03.2012-01.04.2012 Ankarada Genclik və Spor il Müdürlüğünce düzənlənən Ankara illərarası cüdo şampiyonası yarışmasında qızıl medal almışdır. 28.10.2012 tarixində Bakı şəhərində Qurban bayramına həsr olunmuş yeniyetmələr arasında “Sərhədçi” İdman Mərkəzinin birinciliyində 46 kq çəki dərəcəsində I yer tutaraq təltif edilmişdir. 01.12.2012 tarixində Bakı şəhərində yeniyetmələr arasında “Sərhədçi” İdman Mərkəzinin birinciliyində 50 kq çəki dərəcəsində I yer tutduğuna görə təltif olunub. 23.03.2013 tarixində Sankt Peterburqda 18-ci Beynəlxalq festivalda yeniyetmələr arasında 1999-2000-ci il təvəllüdlü 55 kq çəki dərəcəsində II yer tutduğuna görə təltif edilmişdir. 13-14.04.2013 tarixində Ərzurumda təşkil olunan II Abdurrahman Qazi cüdo turnirində 55 kq çəki dərəcəsində I yerə sahib olmuşdur. 24.04.2013 tarixində Bakı şəhərində “Sərhədçi” yığma komandasının tərkibində yerli və beynəlxalq idman yarışlarında iştirakına və yüksək nailiyyətlər qazandığına görə mükafatlandırılmışdır. 01-02.06.2013 tarixində Tovuzda təşkil olunan Uşaqların Beynəlxaql Müdafiə gününə həsr olunmuş az yaşlı yeniyetmələr arasında cüdo üzrə şəhərlər arasında turnerdə 55 kq çəki dərəcəsində I yer tutaraq təltif edilmişdir. 26.06.2013 tarixində Bərdə şəhərində 26 iyun Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş cüdo üzrə Bərdə şəhər açıq birinciliyində 55 kq çəki dərəcəsində I yerə nail olmuşdur. 28.12.2013 tarixində Samsun şəhərində təşkil olunan dostluq qarşılaşmasında 60 kq çəki dərəcəsində I yerə sahib olmuşdur. 26-27.04.2014 tarixində Mingəçevirdə respublikanın əməkdar məşqçisi Q. Camiaşvilinin xatirəsinə həsr olunmuş 2000-2002-ci il təvəllüdlü idmançıların IV respublika turnirində 60 kq çəki dərəcəsində I yerə nail olmuşdur. 26.10.2014 tarixində Samsunda I Uluslararası Naci Yeğen Turqay Doğruoğlu cüdo turnirində 60 kq çəki dərəcəsində I yerə nail olub. 21-23.11.2014 tarixində Rusiyanın Lipetsk şəhərində L.L.Larikovun xatirəsinə həsr olunmuş 14-cü beynəlxalq turnirdə 1998-2000 ci il təvəllüdlü yeniyetmələr arasında 60 kq çəki dərəcəsində I yer tutaraq mukafatlandırılıb. 20-21.12.2014 tarixində Türkiyənin Rize şəhərində təşkil olunan Uluslararası Çay Kupası turnirində 66 kq çəki dərəcəsində II yerə sahib olmuşdur.
Onun bu uğurları barədə Şuşa rayon İcra Hakimiyyətinin saytında 16.12.2014 tarixində onun uğurları barədə məlumat yerləşdirilmişdir.

Saday məktəbi bitirdikdən sonra ali təhsil almaq və peşəkar idmançı olmaq istəyir. Vətənin keşiyində durmaq, ölkəyə layiqli vətəndaş olmağı arzulayır. İdman sahəsində daha böyük uğurlar qazanaraq Avropa və dünya çempiyonu olmaq, Vətən bayrağını daha da yüksəklərə qaldırmaq istəyir. Onun daha böyük uğurlar qazanacağına heç bir şübhəmiz yoxdur.