XXI əsr uşaqları dünyagörüşü ilə əvvəlki nəsillərdən əsaslı dərəcədə fərqlənir. Belə gənclərdən
biri də Rəna Canpolad qızı Həsənovadır. Rəna 8 sentyabr 2002-ci ildə Bakı şəhərində
anadan olmuşdur. Valideynləri deyir ki, Rəna uşaqlıqda cox təmkinli və sakit
olub, valideynlərini də incitməyib. Rəna hər zaman yeniliyə can atmış, eyni
oyuncaqlarla oynamağı sevməmişdir. Ziyalı ailədə doğulması Rənada təhsilə
başlamazdan əvvəl yazıb oxumaq həvəsi yaratmışdır. Onda yazıb oxumaq həvəsinin
yaranmasında nənəsinin böyük rolu olmuşdur. Babası deyir ki, Rənanın
ugurlarının əsas səbəbi onun məsuliyyətli olmasıdır. Doğmalarının sevimlisi
olan Rəna təhsilə başladıqdan sonra müəllimlərinin də sevimlisinə çevrilmişdir.
Rəna 2009-cu ildə Baki şəhərindəki Arif Vəliyev adına
258 saylı orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbdə təhsilini
davam etdirir. Bütün fənləri eyni dərəcədə sevir və əla qiymətlərlə təhlis pillələrində
uğurla addımlayır.
Bütün tədbirlərdə fəal iştirak edir, sinif rəhbəri, fənn
müəllimlərinin verdiyi tapşırıq və məsləhətlərə diqqətlə əməl edir. Dərslərini əla
oxumaqla yanaşı bədii qiraətlə məşğul olur, əlavə kitablar oxuyur, intellektual
verlişlərə baxır. Rəna 2012-ci ildə məktəb üzrə IV siniflər arasında keçirilən
riyaziyyat fənnindən yarışda I yerə cıxdığı və 2013-cü ildə Bakı şəhəri üzrə IV siniflərin riyaziyyat fənnindən
"İstedada gedən yol" müsabiqəsində 30000 sagirdin arasında
"Qızıl onluğa" düsdüyü günü ən uğurlu günləri hesab edir.
Qəhrəmanımız uğurlarına görə müəllim heyətinə, eyni
zamanda valideynlərinə borclu olduğunu düşünür. Rəna həyatda valideynlərinə
oxşamaq, öz nailiyyətləri ilə onların etimadını doğrultmaq istəyir.
Təhsilə böyük marağı onda elmin ən yüksək zirvəsinə
çatmaq arzusu yaradır. Arzuları böyük olan Rənaya biz də dərslərində uğur və müvəffəqiyyətlər
diləyirik...
Комментариев нет:
Отправить комментарий